Teatr və konsert salonları maraqlı Yeni il proqramı hazırlayıb
31.12.2019 [11:23]
2020-ci ilin ilk günlərində də paytaxtımızın mədəniyyət ocaqları şəhər sakinlərinin və qonaqların ən çox üz tutacaqları ünvan olacaq
Artıq 2019-cu ilin son gününü yaşayırıq. Ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının kollektivləri öz ənənəsinə sadiq qalaraq başa çatan ildə də məhsuldar işləyiblər. Teatr və konsert salonları, həmçinin, Yeni il ərəfəsində bir-birindən rəngarəng repertuarlarla tamaşaçıların görüşünə gəliblər. Və bu repertuarla tanışlıq onu deməyə əsas verir ki, 2020-ci ilin ilk günlərində də istər paytaxt sakinlərinin, istərsə də qonaqların ən çox üz tutacaqları ünvan məhz sənət ocaqlarımız olacaq. Öz növbəsində Heydər Əliyev Sarayı da ənənəsinə sadiq qalaraq Yeni il şənliyini daha da yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, dekabrın 29-dan şənliklərə start verən sarayda ilk olaraq, “Yeni il simfoniyası” adlı konsert proqramı keçirilib. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin verdiyi məlumata görə, yeni ilin ilk günlərində, daha dəqiq desək yanvarın 2-də isə uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il Karnavalı keçiriləcək. Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcək.
Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər, “Zima” beynəlxalq uşaq musiqi festivalının iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqlara gözəl əhval bəxş edəcək.
Bununla yanaşı, 4 və 5 yanvar tarixlərində balacalara “Qar Kraliçası və yeddi gözəl” interaktiv musiqili-tamaşa nümayiş olunacaq. Musiqili-tamaşada uşaqlar Malifisenta, Avrora, Zoluşka, Anna, Mulan, Bel və hətta təkrarolunmaz qardan adam Olaf ilə tanış olacaqlar.
Uşaqlar Qerda ilə birlikdə Kayı axtaracaqlar və sonra Santa Klausun və onun dostlarının köməyi ilə quldurlar və qəzəbli Qar Kraliçası ilə mübarizə aparacaqlar. Kayın qəlbindəki buzu nə məğlub edə bilər? Əlbəttə ki, şən mahnılar, rəngarəng rəqslər, sevimli qəhrəmanların uşaqlarla interaktiv oyunları və uşaqların gözəl gülüşü.
“Şaxta baba və Befan nənələr” Dram Teatrının səhnəsində...
Akademik Milli Dram Teatrı isə Yeni il şənliklərinə “Şaxta baba və Befan nənələr” adlı səhnə əsəri ilə başlayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, ənənəvi xarakter daşıyan şənliklərə hər il olduğu kimi, bu il də tamaşaçılar tərəfindən böyük maraq var. Bildirilib ki, qəhrəmanların əyləncəli sərgüzəştlərinə tamaşa edən azyaşlılar üçün bu səhnə əsərləri əsl Yeni il hədiyyəsi olacaq. Yanvarın 6-dək davam edəcək tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.
Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev, Əlfida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Fəridə Şahbazova, Dilarə Nəzərova, Vüsal Mustafayev və başqaları çıxış edirlər.
Musiqili Teatrın kollektivi “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” adlı səhnə əsərini hazırlayıb
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də Yeni il şənliklərinə böyük həvəslə hazırlaşıblar. Kollektiv 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gəlib. Belə ki, sənət ocağına üz tutan balaca tamaşaçılar bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” adlı səhnə əsərini izləyə biliblər. Qurumdan verilən məlumata görə, maraqlı və macəra dolu Yeni il tamaşaları yanvarın 5-dək hər gün dörd seans olmaqla nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək. Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri - Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.
Məlumat üçün bildirək ki, bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova və başqaları ifa edirlər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

