Əliqismət Lalayev: Biz birlikdə güclüyük, möhtərəm Prezidentimiz! Xalq Sizinlədir!
20.04.2020 [19:09]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış rejissor Əliqismət Lalayev rəhbərlik etdiyi teatrın kollektivi adından Prezident İlham Əliyevə dünyanı sarsıdan koronavirus pandemiyasının respublikamızda geniş yayılmasının qarşısının alınması istiqamətində apardığı uzaqgörən siyasətə, əhalinin sağlamlığının qorunması naminə həyata keçirdiyi qabaqlayıcı tədbirlərə görə təşəkkürünü bildirib.
Teatr direktoru dövlət başçısına ünvanladığı müraciətində minnətdarlığını belə ifadə edib: “Möhtərəm cənab Prezident! Dünyanı sarsıdan, milyonlarla insanın qorxu kabusuna çevrilən koronavirus infeksiyasının respublikamızda geniş yayılmasının qarşısının operativ surətdə alınması istiqamətində Sizin rəhbərliyinizlə aparılan təxirəsalınmaz tədbirlər ölkə əhalisinin müxtəlif təbəqələri arasında birmənalı olaraq belə qarşılanır: Azərbaycan qüdrətli dövlətdir və onun çox qüdrətli, uzaqgörən, xalqın qayğısına qalan, böyükdən kiçiyə hər kəsin sağlamlığını nəzarətdə saxlayan bir lideri var! Sizin bu humanistliyiniz, şəfqətiniz, körpə uşaqlardan tutmuş yaşlı vətəndaşlarımıza qədər hər bir ailəni düşünməyiniz, bəlkə də, dünyanın heç bir siyasi liderində yoxdur. Hələ yaxın günlərədək parıltısı ilə göz qamaşdıran bəzi dövlətlərdə pandemiyanının ikinci - üçüncü günü qocalardan, kimsəsizlərdən üz çevirdilər, minlərlə insanı taleyin amansız imtahanı ilə baş-başa buraxdılar.
Siz isə bütün ailənizlə birlikdə xalqın yanındasınız!
Sizin bu gözlənilməz bəlaya qarşı vaxtında başladığınız səmərəli mübarizə tədbirləri barədə indi xarici ölkə mətbuatı da yazır, gənc dövlətimizi, onun rəhbərini - sevimli Prezidentimizi nümunə göstərirlər. Əlbəttə, bu, bizim üçün - Sizi ümid, pənah yeri bilən ölkə vətəndaşları üçün qürurverici bir duyğudur. Biz buna görə Sizə borcluyuq”.
Müraciətdə qeyd olunur ki, dövlət başçısı tərəfindən məqamında verilən sərəncamlar, açılan yeni xəstəxanalar, virusun qarşısının alınmasına kömək edən gigiyenik ləvazimatlar hazırlayan yeni fabrikin qısa müddətdə işə başlaması, bütün ölkə ərazisində aparılan dezinfeksiya tədbirləri, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, onlarla digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə nəzarət olunması nəticəsində yeni növ koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısı alınıb. Müraciətdə daha sonra deyilir: “Siz bu ağır və səksəkəli günlərdə bir daha bütün bədxahlarınıza sübut etdiniz ki, Vətəni, xalqı populist çağırışlarla yox, işlə-əməllə sevərlər. Koronavirus dalğasının dünyada və Azərbaycanda yavaş-yavaş səngiməsinə baxmayaraq, gözəgörünməz düşmənlə müharibə hələ də davam edir. Bu çətin sınaqdan az itkilərlə və alnıaçıq çıxmaq üçün atdığınız bütün addımlar xalqın yaddaşına yazılır və əminəm ki, bir millət olaraq bu gün ölkəmizdə yaşayan hər bir vicdanlı insan Sizə, eləcə də ailənizə hörmət və ehtiramını ifadə etmək, minnətdarlığını bildirmək arzusundadır. Xalq-rəhbər birliyinin, dövlət-cəmiyyət yekdilliyinin təntənəsidir bu, cənab Prezident! İnanıram ki, bu birlik, bu yekdillik yaxın gələcəkdə Qarabağımızın azadlığına nail olacaq Ali Baş Komandanımızı da alqışlayacaq!
Sizinlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa səmimi və təsirli çağırışları, sözün əsl mənasında, bizə yaşamaq, daha gözəl günlər haqqında düşünmək üçün bir stimul verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə yardım kampaniyasına yüzlərlə insan qoşulub. Bu ağır və imtahan dolu günlər bir daha xalqımızın xeyirxahlıq, yardımlaşmaq, bölüşmək kimi milli xüsusiyyətləri unutmadığını sübut etdi.
O xalq böyükdür ki, körpəsinə mərhəmət, böyüyünə ehtiram göstərsin! Biz bunun nümunəsini millətin, ölkənin müqəddəs xeyirxahı kimi Sizin simanızda gördük.
Uca Allah Sizi qorusun!
Biz birlikdə güclüyük, möhtərəm Prezidentimiz! Xalq Sizinlədir! Azərbaycan vətəndaşları bu əzmkarlığınız, bu yorulmaz mübarizə əzminiz, qayğı və diqqətiniz üçün Sizi çox sevir, ürəkdən alqışlayır, Sizə uzun ömür, can sağlığı arzulayır.
Tanrı Sizi qorusun! Tanrı millətimizi, Vətənimizi qorusun!”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

