Pakistan mətbuatında “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub
14.07.2020 [14:55]
Pakistanda nəşr edilən “İslamabad Post” qəzetində, “Diplomatic News Agency” və “Dispatch News Desk” xəbər agentliklərində, eləcə də “Centreline” jurnalında İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma altında muzey olduğu və Bakının akropolu və ya Qədim Şəhər adlandırıldığı bildirilib. XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq şəhərin qala divarlarından kənara çıxaraq genişləndiyi, divarların xaricində bir çox binaların inşa edildiyi və Bakının sürətlə böyüdüyü qeyd olunub.
Müəllif İçərişəhərin əzəmətinin, onun misilsiz memarlıq abidələri və şəhər planlamasının əsl küçə mənzərələri ilə vəhdətini özündə əks etdirməsini ifadə edir. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu - Qız Qalası olduğunu bildirən müəllif XII-XV əsrə aid Şirvanşahlar Sarayının da Azərbaycan memarlığının incisi olmasından bəhs edib .
Məqalədə İçərişəhərin ərazisi, idarəedilməsi, tarixi abidələri və onların qorunması, eləcə də Qız Qalası və Şirvanşahlar Sarayı barədə ətraflı məlumat da oxucuların diqqətinə çatdırılıb.
Materialın sonunda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı tarixi binaların olduğu qeyd olunub və bu tarixi məkanın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olduqdan sonra şəhər rəhbərliyi tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, Bəylər məscidi və digər tarixi abidələrin qorunması və bərpası istiqamətində işlərin uğurla başa çatdırılmasından bəhs olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

