/ / Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
10.09.2020 [09:16]
Azərbaycana səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, qurumun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavinləri Qismət Gözəlov, Sultanbek Rayev və nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Türk Şurasının nüfuzunun qlobal miqyasda gücləndirilməsini məmnunluqla qeyd edib və təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Fondun fəaliyyətindən söz açan Günay Əfəndiyeva, türkdilli xalqların ortaq irsinin təbliği çərçivəsində keçiriləcək yeni layihələr barədə danışıb. Günay Əfəndiyeva fondun binasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə quruma ayrılan vəsait hesabına ərsəyə gəldiyini vurğulayaraq, yaxın gələcəkdə türkdilli təşkilat rəhbərlərinin Koordinasiya İclasının qurumun binasında keçirilməsini təklif edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türk Şurasının pandemiya şəraitində keçirdiyi tədbir və görüşlərdən danışıb. O, təşkilatın nüfuzunun beynəlxalq aləmdə artırılmasında Azərbaycanın aktiv sədrliyini və vacib rol oynadığını qeyd edib. Bağdad Amreyev, fondun fəaliyyətini yüksək qiymətləndirərək, Türk Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər türkdilli təşkilatlar arasında əlaqələrin genişləndirilməsinə fəal dəstək verəcəyini bildirib.
Görüşdə Türk Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək əməkdaşlığın perspektivləri, qarşıdakı tədbirlərin koordinasiyası və ardıcıllığı, birgə sənədlərin qəbulu və imzalanması, Türk Şurasının növbəti Zirvə görüşü, eləcə də Türkdilli təşkilatların rəhbərlərinin Koordinasiya İclası ilə bağlı mövzular müzakirə edilib.
Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun binası ilə tanış olublar. Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

