/ / Azərbaycanda mədəniyyətimizin, milli musiqimizin inkişafına dövlət səviyyəsində yüksək qayğı göstərilir
Azərbaycanda mədəniyyətimizin, milli musiqimizin inkişafına dövlət səviyyəsində yüksək qayğı göstərilir
18.09.2020 [00:00]
Bu sahədə qarşıya qoyulan əsas məqsədlərdən biri ondan ibarətdir ki, milli mədəniyyətimiz tarixilik ənənələrinə sadiq qalsın, eyni zamanda, müasir çağırışlara cavab versin və gənclərimizin mənəvi tələbatını ödəsin, onlara yüksək vətənpərvərlik hissləri aşılasın
“Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndər istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biri milli mədəniyyətimiz, o cümlədən də musiqimiz olub. Ulu Öndər milli mədəniyyətimizə belə həssas yanaşmasının ifadəsi olaraq 1995-ci ildə - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində hər il sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı Fərman imzalayıb. Beləliklə, hər il Milli Musiqi Günü ilə bağlı paytaxtda və regionlarda genişmiqyaslı tədbirlər keçirilir ki, bu da mədəniyyətimizin təbliği, gənc nəsilin milli ruhda yetişməsi baxımından çox önəmlidir.
Azərbaycanda Milli Musiqi Günü hər il yüksək səviyyədə qeyd olunur
Ulu Öndər Heydər Əliyevin bəhs olunan Fərmanı ilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü respublikamızda Milli Musiqi Günü kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyildir. Məlum olduğu kimi, Azərbaycan xalqı tarix boyu zəngin mədəni irs yaradıb. Sonrakı mərhələlərdə respublikamızda müxtəlif nəsillərin nümayəndələrinin xalqımızın zəngin mədəni irsinə əsaslanaraq yaratdıqları əsərlər, o cümlədən də musiqi nümunələri bu gün bəşəriyyətin inciləri sırasınada yer alır. Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş simalardan biri də Üzeyir bəydir. Bu gün Azərbaycanın peşəkar musiqisi məhz onun qoyduğu möhkəm təməl üzərində inkişaf edir. Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur. Novator sənətkar Şərqdə ilk operanın müəllifidir. Üzeyir Hacıbəyli milli musiqimizdə dönüş edib, onu peşəkar zəmində inkişafa istiqamətləndirib, əsərlərində çox uğurlu şəkildə Şərq və Qərb musiqisinin möhtəşəm sintezini yaradıb. Sentyabrın 18-nin - dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimizə və mədəniyyət xadimlərinə göstərdiyi qayğının və hörmətin bariz nümunəsidir.
Respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətimizə qayğı siyasəti son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçısı İlham Əliyev vaxtaşırı mədəniyyət xadimləri ilə görüşlər keçirir və milli mədəniyyətimizin perspektiv inkişafı üçün onlardan təkliflər alır. Beləliklə, deyə bilərik ki, müstəqil Azərbaycanda milli mədəniyyətimiz konseptual əsaslarla inkişaf etdirilir. Qarşıya qoyulan əsas məqsədlərdən biri ondan ibarətdir ki, milli mədəniyyətimiz tarixilik ənənələrinə sadiq qalsın, eyni zamanda, müasir çağırışlara cavab versin və gənclərimizin mənəvi tələbatını ödəsin, onlarda yüksək vətənpərvərlik hissləri aşılasın.
Bu gün müxtəlif janrlarda yüksək peşəkarlıqla yaradılan mədəniyyət nümunələrimizin dünyanı fəth etməsi son dərəcə qürurverici haldır. Xalqımızın mədəni irsinin qorunmasının, dünya şöhrətli yeni mədəni irs nümunələrinin yaranmasının arxasında isə davamlı dövlət qayğısı dayanır. Son vaxtlarda respublikamızın əsas teatrları, muzeylərimiz yüksək səviyyədə təmir edilib. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilib. Müasir İncəsənət Muzeyi fəaliyyətə başlayıb. Hazırda ölkəmizin bütün bölgələrində Tarix-Diyarşünaslıq muzeyləri yaradılıb. Eyni zamanda, vurğuladığımız kimi respublikamızda Milli Musiqi Günü hər il yüksək səviyyədə qeyd olunur. Bütün bunlar mədəniyyət xadimləri, o cümlədən də musiqiçilər üçün yaradıcılıq imkanlarının genişlənməsi deməkdir və mədəniyyətimizə yüksək dövlət qayğısını əks etdirir.
Heydər Əliyev Fondu milli mədəniyyətimizin inkişafına və təbliğinə mühüm töhfələr verir
Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə, həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sanballı töhfələr verir. Ulu Öndərimizin adını daşıyan Fondun dəstəyi ilə indiyədək ölkə üzrə çoxsaylı mədəniyyət obyektləri, tarixi abidələr, muzeylər yüksək səviyyədə təmir olunaraq istifadəyə verilib.
Fond milli mədəniyyətimizin xarici ölkələrdə təbliğində fəal iştirak edir. Bunun təsdiqi olaraq qeyd edək ki, təkcə son illərdə Fondun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, 58-ci Venesiya Biennalesində Azərbaycan pavilyonu yaradılıb, Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib, Moskvada Nəsiminin büstü ucaldılıb, Fransada “Azərbaycan parkı” və Xurşidbanu Natəvanın abidəsi açılıb, yenə də Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb, Parisdə “Azərbaycan şəhərciyi” təşkil olunub və digər layihələr reallaşdırılıb.
Ulu Öndərimizin adını daşıyan Fondun təşkilatçılığı ilə keçirilən musiqi tədbirlərinin də statistikası kifayət qədər zəngindir. Fond davamlı olaraq festivallar keçirir. Qurumun dəstəyi ilə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının şöhrəti ölkəmizin hüdudlarını aşıb. Fondun muğamlarımızın qorunması və təbliği istiqamətində fəaliyyəti böyük əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondu həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsinin təbliğinə öz töhfəsini verir. Fond artıq bir neçə ildir ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına təşkilatçılıq edir. Qeyd edək ki, bəhs olunan festival Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2009-cu ildən etibarən hər il keçirilir. Indiyədək dahi bəstəkarın xatirəsinə həsr olunan beynəlxalq festivallarda Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış ediblər.
Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox böyük səyləri sayəsində Üzeyir Hacıbəylinin yubileyi bir neçə dəfə UNESCO səviyyəsində qeyd edilib. Elə sentyabrın 18-də Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım etməsi də onun milli mədəniyyətimizə, o cümlədən də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz irsinə böyük rəğbətinin ifadəsidir. “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram. Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”, - deyə paylaşımda qeyd olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

