Şəfiqə Məmmədova: Rasim Ocaqov milli kinomuzun simvoludur
20.11.2020 [09:48]
Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca “kino adası” - “Ocaqovun kinosu” var idi, indi də var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi - öz ssenaristləri, öz sevimli aktyorları, öz bəstəkarları, yaradıcı heyəti və bu aləm sözün əsl mənasında, onun əsl həyatı idi. O, başqa həyatı istəmirdi.
Bu sətirlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın kino sənətimizin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 87-ci ildönümü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi qeydlərdə yer alır.
Xalq artisti yazır: “Özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda mən də var idim. Onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları - “İstintaq” filminə görə SSRİ Dövlət Mükafatına, “Ad günü” filminə görə isə Azərbaycan Dövlət Mükafatına layiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl xatirə kimi yaşayacaq.
Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansamblının bütövlüyü idi... Heç bir məsələdə kompromislərə getməzdi... Dostluqda çox möhkəm, vəfalı və sədaqətli idi.
Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan milli kinosu onun varlığı, həyatı idi.
Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı. O da bu sərvəti, çəkdiyi filmləri öz xalqına miras qoyub getdi. Xalq da onun adını həmişə yaşadır. Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!
Hansısa tədbirdə çıxışım zamanı etiraf etdim: “Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim”. Kamera qarşısında isə çətin məqamlarda azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Bunlar üçün mən Rasimə minnətdaram! Onun mənə olan böyük hörmətinə, diqqətinə, sevimli aktrisası olmağıma və çox uzun illər davam edən dostluğumuza görə minnətdaram.
Ömrünün son aylarında həmişə bir yerdə idik. Demək olar ki, hər gün Kinematoqrafçılar İttifaqının binasında görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət, bir gün çox ehtiyatla soruşdum: Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi: “Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm”. Elə də oldu... Rasim yaşamadı...
Azərbaycan milli kinomuza elə bir böyük itki üz vermişdi ki, biz hələ də bu itkinin ağrısını çəkməkdəyik.
Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və kinomuzun təkrarsız epoxasını da özü ilə apardı. Artıq bu gün Rasim Ocaqov milli kinomuzun bir simvoludur!”.
P.S. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov barədə xatirə kitabı yazacağam...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

