/ / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn forumda iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn forumda iştirak edib
28.11.2020 [01:38]
Bu günlərdə Koreyanın Yeoju şəhərində UNESCO-nun Ümumdünya İrsi Festivalı çərçivəsində “Davamlı gələcək üçün bəşəriyyətin dəyəri” adlı beynəlxalq onlayn forum və elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər UNESCO, o cümlədən UNESCO üzrə Koreya Respublikasının Milli Komissiyası, Ümumdünya Konfutsi Mədəniyyəti Fondu (WFCC) ilə Xalq Sənəti Beynəlxalq Təşkilatı (IOV) tərəfindən təşkil olunub.
Tədbirlər dil, ədəbiyyat, fəlsəfə və dini əhatə edən mövzular üzrə mədəni, regional sərhədlər, sivilizasiyalararası mübadilə və müxtəlif qarşılıqlı fəaliyyət növləri, Şərq ilə Qərb arasında dialoqun aparılmasını nəzərdə tutan qlobal dəyərlərin müəyyənləşdirilməsinə həsr olunub.
Tədbirlərə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da qatılıb.
Günay Əfəndiyeva öz çıxışında, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadıqlarını, onların bir-birinə ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə zəncirvari şəkildə bağlı olduqlarını bildirib. Fondun prezidenti, həmçinin ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin – mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını vurğulayıb.
Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini, keçən il isə Özbəkistan və Macarıstanın təşkilatın sıralarına daxil olduğunu qeyd edib. Fondun fəaliyyətindən məlumat verən G.Əfəndiyeva, türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Fondun mühüm prioritetlərindən birinin Türk dünyasının maddi-mənəvi irsinin qorunması olduğunu bildirən G.Əfəndiyeva, Azərbaycanın və bütövlükdə Türk Dünyasının ayrılmaz parçası olan Qarabağın mədəni irsindən bəhs edib. O, Qarabağ və onun ətraf rayonlarında yerləşən Azərbaycanın tarixi, dini abidələrin, memarlıq və incəsənət nümunələrin işğalçılar tərəfindən məhv edilməsini qeyd edib, dağıdılmış mədəni irsin hazırkı acınacaqlı vəziyyətinin rəhbəri olduğu təşkilatı çox ciddi narahat etdiyini bildirib. G.Əfəndiyeva öz çıxışında Fondun himayəsi altında nəşr olunan mədəniyyət abidələrinə vurulan ziyanı əhatə edən, Qarabağ ilə bağlı tarixi həqiqətləri çatdıran bir sıra kitabları izləyicilərə nümayiş etdirib.
Daha sonra Koreya Respublikası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında konstruktiv əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Günay Əfəndiyeva, bu münasibətlərin gələcəkdə daha da genişlənməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, fondun rəhbəri müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edib.
Tədbirlərdə müxtəlif ölkələrin, o cümlədən Koreya, Qazaxıstan, Özbəkistan, Vyetnam, Butan Krallığının mədəniyyət nazirləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, mütəxəssislər, elm adamları iştirak ediblər.
Tədbirlər, həmçinin maraqlı təqdimatların, musiqi və səhnə tamaşaların nümayişi ilə davam edib.
Forum və elmi konfrans yerli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48

