Xanın qızı: Hər zəngi atama böyük qürur verirdi
07.01.2022 [10:36]
“Şuşanın dağlarına” görə incidilən, “balam hanı” deyib haray çəkən, Məşədi İbada toy edən Xan
İlhamə Rəsulova
Ən məşhur şuşalılardan söz düşəndə yəqin ilk yada düşən XX əsr Şuşa musiqi məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Xan Şuşinski olar. O, məşhur Cavanşirlər nəslinin nümayəndəsiydi. Xan Şuşinski 1901-ci ildə Qarabağ xanlığının banisi Pənahəli Xanın kötükcəsi Aslan ağa Cavanşirin ailəsində doğulmuşdu. Anası Bəyimxanım da Cavanşirlər sülaləsindən, Behbud bəyin nəslindən idi. Aslan ağanın Şuşada evi olmaqla yanaşı, Xanbağı yaxlınlığında Ballıca kəndində böyük mülkü var idi. Sonralar, Sovet hakimiyyəti qurularkən qolçomaq adlandırılmış, səsi əlindən alınmışdı. O zaman bütün bəy, xan nəslinin nümayəndələri təqib olunurdu. Xan Şuşinskinin bu təhlükələrdən uzaqda qalmasının tək səbəbi hansı nəslin nümayəndəsi olduğunu kimsənin bilməməsi idi. Heç kim onu İsfəndiyar Cavanşirov adıyla tanımırdı. Atası ona İsfəndiyar adı vermiş, Xan adını ustadı İslam Abdullayevdən, “Segah İslam”dan almışdı.
“Segah İslam” məclislərin birində yeniyetmə İsfəndiyarın səsini bəyənib, özünə şagird götürmüşdü. Bir dəfə “Segah İslam” İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində məclisdə imiş. Qrammofonda Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinlədikdən sonra İsfəndiyardan da eyni muğamı oxumasını istəyir. Hər kəs gənc xanəndənin ifasını heyranlıqla dinləyir. Ustadı bu mükəmməl ifadan sonra üzünü məclisdəkilərə tutub deyir ki, Əbülhəsən İranda xandır, İsfəndiyar da bu gündən Azərbaycanda xanəndələrin Xanıdır. Adı olsun Xan. O dövrdə ustad sənətkarlar vallarına səs yazdırmaq üçün Polşaya gedirdilər. Polşada bütün familiyaların sonunda “ski” birləşməsindən istifadə edilirdi deyə, xanəndə Xan da sonralar beləcə olmuşdu Xan Şuşinski.
Burda kiçik bir haşiyə çıxmaq yerinə düşərdi. Xanəndə Əbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət idi. İran Şahı Əhməd Şah onun sənətini yüksək qiymətləndirib, ona Xan titulu, böyük mülk, var-dövlət hədiyyə etmişdi. Şah bu xanəndənin səsinə o qədər vurulmuşdu ki, kəndli balası Əbülhəsənə Xan titulu verərək, onu Təbriz şəhərinin valisi təyin etmişdi. Əbülhəsən Xan İqbal istədiyi vaxt dəvətsiz Şah sarayına daxil ola bilən nadir adamlardan biri idi.
Xanəndənin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevanın “Yeni Azərbaycan” qəzetinə danışdığına görə, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilir. Xanı tanıyan hərbçi onun öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, Xan Şuşinskini hərbi xidmətdən azad edir.
“Xan Şuşinski 1939-cu ildə Mircəfər Bağırovun göstərişi ilə 24 saat müddətində yaşadığı Ağdam şəhərindən Bakıya köçürülür. Bakıda qaynar yaradıcılıq fəaliyyəti ilə məşğul olan Xan tez-tez xarici ölkələrə, müxtəlif rayonlara qastrollara getsə də, ayağını Şuşadan kəsmir, vaxtaşırı Qarabağa üz tuturdu. Sonralar, yəni 1960-cı ildə Şuşanın “Çöl qala” məhəlləsində həyət evi almışdı, məzuniyyətini bu evdə keçirərdi. Yeri gəlmişkən, bu ev Üzeyir Hacıbəyovun ev muzeyinin qonşuluğunda yerləşirdi. Hər il onun doğum gününü, yəni avqustun 20-ni mütləq Şuşada keçirərdik. Atamın Ağdamda da böyük mülkü var idi”.
O oxuyanda konsert salonlarında qadınların ürəyi gedərmiş
“Xan Şuşinski çox yaraşıqlı kişiydi. Məşhurluğun da gətirdiyi cazibəylə xanımlar tez-tez ona sevgi məktubları yazardılar. Hətta konsertlərinə tamaşa etməyə gələn xanımların ürəyi də gedərdi. O isə həyat yoldaşına sadiqliyi ilə ad çıxarmışdı”,- deyə xanəndənin qızı qeyd edir.
Musiqişünas Firidun Şuşinski xatirələrinin birində danışardı ki, filarmoniyadan çıxarkən qarşısını kəsib ona məktublar uzadan xanımlara zarafatla “bu işlərlə qardaşım məşğul olur. Məktubları ona yazın deyərmiş”.
Övlad həsrəti və ikinci evlilik
Xan 20 yaşında evlənsə də, bu evlilikdən övladı olmamışdı. “Süsən sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?” mahnısını oxuyanda, “Allah mənə övladdan başqa hər şey verdi” deyəndə Xan əmi, əslində öz qubarını, övlad həsrətini dilə gətirirdi.
35 illik evlilikdən sonra birinci xanımı təkid edir ki, Xan evlənib, oğul-uşaq sahibi olsun. Öz qohumlarından biri ilə həyat yoldaşını evləndirir. İlk övladı Bəyimxanım dünyaya gələndə Xan Şuşinskinin artıq 55 yaşı var idi.
“Uzun illərdən sonra dörd övladının olması onu çox xoşbəxt etmişdi. Övladlarına ana, atasının, xalalarının adını vermişdi. Xan Şuşinski özü gözəl musiqilər də bəstələyirdi. Çox zaman bu əsərlər efirlərdə xalq mahnısı kimi təqdim olunurdu. Qızı Bəyimxanımın ilk dəfə dil açıb ona dədə deməsi münasibətilə xanəndə qızına ithafən “Ay qəşəng ceyran” mahnısını yazır. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb
Məşhur “Şuşanın dağları” mahnısının da sözləri və bəstəsi Xan Şuşinskiyə məxsus idi və hətta bu mahnıya görə onun “başı da ağrımışdı”.
30-cu illərin əvvəllərində Cavanşirlər nəslindən çıxan tanınmış ziyalıların hamısı repressiya qurbanı olur. O, həmin illərdə yazdığı bu mahnıda “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı” ifadələrində bizim indiki bayrağımızı nəzərdə tutub. O, mahnıda Şuşanın həqiqətən də başının bəlalı olduğunu deməyə çalışmışdı. Buna görə xanəndə Xalq Daxili İşlər Komissarlığına çağırılıb, mahnının sözlərinin “Şuşanın dağları deyil dumanlı” kimi oxumaq tapşırılır. O ərəfələrdə xanəndə çox incidilir, 37-ci ildə Hüseyn Cavidin qəzəlləri, şeirlərini muğam üstündə ifa etdiyi üçün bir il səsi alınır, efirlərə çıxa bilmir”, - deyə Bəyimxanım Verdiyeva qeyd edir.
Lermontovun “qəzəl”inə muğamat
Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməmişdi. Üzeyir bəylə bir-birlərinə dərin hörmətləri var idi. Üzeyir bəy onu dəfələrlə opera teatrına dəvət etsə də Xan əmi, “Mən üzümə kraska vurub camaat qarşısına çıxa bilmərəm” deyirmiş. Üzeyir bəyin könlünü almaq üçün də “Məşədi İbadın toyunu elədim bəsdir” deyərmiş. Söhbət “O olmasın, bu olsun” filmində Xan əminin oynadığı xanəndə obrazından gedir. Onun “Şahnaz” muğamından oxuduğu parça filmə xüsusi gözəllik qatır.
1934-cü ilin payızında Bakıda Lermontovun 120 illik yubileyi qeyd olunur. Tədbirdə Azərbaycan Respublikasının dövlət və hökumət rəhbərləri ilə yanaşı, Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak edirlər. Tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstdə mütləq Lermontovun şeirlərindən oxumalıdır. Xanəndə məcburən Lermontovun şeirlərindən birini köçürüb, qavalın içərisinə yapışdırır və muğam üstündə Lermontovun şeirini oxuyur. Tədbirdən sonra M. Bağırov yaxınlaşıb, razılığını bildirərkən - Xan, yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın?, deyə zarafat edir.
Əslində, bu hekayənin içində həmin dövrün ağır məhdudiyyətlərini görmək olur.
Böyük Teatrın aparıcı solisti, SSRİ Xalq Artisti İvan Semyonoviç Kozlovski konsertlərin birində onun səsinin gücündən heyrətə gəlib, iki əli ilə başını tutub və “Aman Tanrım, bu necə səsdir, bu ilahi vergidir”, deyə qışqırıb. Halbuki Sovet İttifaqının ən zil səsli tenoru o özü sayılırdı.
Bəyimxanım xanımın dediyinə görə, məşhur xanəndə Bülbüllə birlikdə Xanın səsinə qulaq asan italiyalı müğənnilər onun zil səsinə heyran qalaraq xahiş ediblər ki, boğazını göstərsin. Onlar Xanın boğazında hansısa bir səsgücləndirici qurğunun olub-olmadığını bilmək istəyirdilər.
“Ulu öndər Heydər Əliyev hər zaman Xan Şuşinski şəxsiyyətinə, sənətinə yüksək dəyər verirdi. Ulu öndər Mərkəzi Komitədə işləyərkən ayda bir dəfə zəng edib atası ilə söhbət edər, atamla hal-əhval tutardı. Onların dostluğu çoxdan başlamışdı. Atamın ilk mənzili Həsən Əliyevin mənzili ilə qonşu idi və Heydər Əliyevlə də orada görüşüb, tanış olmuşdular. Heydər Əliyevin hər zəngi atama böyük qürur verirdi, çox şad olurdu. Heydər Əliyev bir dəfə zəng eləyib dedi ki, sənə Hökumət Evinin arxasında ev verəcəm, neçənci mərtəbəni istəyirsən?
Bu insanın o qədər işin arasında, hətta neçənci mərtəbənin verilməsinə belə diqqət etməsi bizi heyrətləndirmişdi. Mənzil verildi, elə evə köçərkən qapının ağzını iki nəfər kəsdi ki, sizə təcili telefon çəkməliyik, Heydər Əliyev zəng vuracaq. Atama həmin gün dünyanı bağışlamışdılar. Çox şad olmuşdu, Ulu Öndərin bu diqqəti hamımızı xoşbəxt edirdi. Atam həmişə deyərdi ki, mən uzun bir ömür yaşadım, çox rəhbərlər gördüm, ölkələr gəzdim, Heydər Əliyev qədər ölkəsinin mədəniyyət xadimlərinə sənətə, sənətkara, insana dəyər verən ikinci rəhbər görmədim. Biz həmişə ailə olaraq Heydər Əliyevi böyük sevgi ilə xatırlayırıq. Biz xoşbəxt xalqıq ki, Allah bizə belə bir rəhbər qismət etmişdi. 2001-ci ildə Ulu Öndərimizin sərəncamı ilə Xan Şuşinskinin anadan olmasının 100 illik yubileyi bütün ölkədə təntənə ilə qeyd edildi. Bu həm Xan sənətinə, həm də Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqət və sevgi demək idi”,- deyə Bəyimxanım Verdiyeva qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

