Yenə gəlir yaz ayları
10.02.2022 [23:00]
Kiçik çillənin ilk 10 günlüyündə Xıdır Nəbi bayramını qeyd edərdilər
İlhamə
Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə elimizə Novruz qədəm qoyur.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Elə çillə sözü özü də məşəqqət, əzab, əziyyət mənasında işlədilir.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunurdu.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.
Novruzun - bahar bayramının gəlişini müjdələyən çərşənbələrin ilki olan Su çərşənbəsi ilə təbiətdə ilk olaraq su cana gəlir.
Martın 1-i Od, 8-i Yel, 15-i isə Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və yaXıdır Nəbi ?dlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir.
Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir. Qədimdən Ruzi-Hızır (Xızır günü), yəni Xıdırelləz xalq arasındakı inama görə Xızırla İlyasın bir araya gəlməsi xatirinə keçirilir. Bu bayram yeni təqvimə görə hər il 6 mayda qeyd olunur.
Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq (Ali) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır.
Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.
Dədə-babalarımız hər il qış yarı olanda Böyük çilləylə Kiçik çillə arasında Xıdır bayramı keçirərdilər. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.
Başqa mənbələrdə isə həmin gecənin İkinci çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim “Xıdır Nəbi” bayramı adlandırılır.
Qodu gəzdirənlər qazanı döyəcləyə-döyəcləyə oxuyardılar:
Evdəkilər evdədimi
Çöldəkilər çöldədimi
Verənin oğlu olsun
Verməyənın qızı olsun
Adı Fatma olsun
Qaşları çatma olsun
Anası suya gedəndə
Təndirə düşsün
Boğulsun ölsün
Boş qaytarmayın.
Həmin gün mütləq buğdadan qovud hazırlanar, həm evdəkilər yeyər, həm də pay verilərdi.
Çillə qarpızının kəsildiyi günlərdi bu günlər. Nənə-babaların “Qovudunuz bərəkətli, qarpızınız çox tumlu olsun” duasının tarixi də məhz bu mərasimlərə bağlıdır. Bəzi bölgələrimizdə nişanlı qızların evlərinə xonçalarda çillə qarpızı göndərmək ənənəsi indi də qalır.
Xıdır İlyasın darda qalanlara kömək etdiyinə inanıb, imdad diləyərdilər. “Qul sıxışmayınca Xıdır İlyas yetişməz” (Qıl əziyyət çəkməsə Xıdır İlyas köməyə gəlməz) məsəli də bizlərə dədə-babalarımızın inancından qalıb. Bu axşam Xıdır Nəbi gələr deyə, dilinizi şirin, niyyətinizi saf tutun. Qədim türklərin bir adəti var idi. Diləklərini yazıb, gül ağaclarının budağından asardılar, çin olacağına inanardılar. İnanaq. Gözəlliklərə, gözəl diləklərin yerinə yetəcəyinə inanaq.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

