Əsəri “öldürülən” heykəltəraşımız
15.07.2022 [10:55]
MÜŞFİQƏ
Sabirin heykəli, Nərimanovun heykəli... Bilirsinizmi hər gün önündən keçdiyimiz, çox vaxt əhatəsində görüşdüyümüz bu heykəllərin müəllifi kimdir? Cəlal Qaryağdı...
Xalq rəssamının anadan olmasından 107 il ötür. Mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya gələn Cəlal məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. Cəlalın gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub.
Yaşadığı emalatxanaya Heydər Əliyev gəlmişdi...
Bir ara pul dərdindən rəssamlıq məktəbini atmaq həddinə çatır. Ən nəhayət, arayıb-axtarıb qəzetdə özünə iş tapır, plakatlar, karikaturalar çəkib pul qazanır. 18 yaşında rəssamlıq məktəbinin ilk azərbaycanlı müəllimi olur. Leninin heykəlinə görə xeyli pul qazanır, yavaş-yavaş kasıblığın daşını atır...
Leninin heykəlini götürəndə isə “ona baxa bilmərəm” - deyib iki-üç gün havalı kimi gəzir. Heykəl bir müddət rəssamların kombinatının qarşısında atılıb qalır. Sonra xırda-xırda doğranır.
46 yaşında olarkən tələbəsi Firəngizlə evlənir. Bu evlilikdən bir qızı, bir oğlu dünyaya gəlir. Ailəsi ilə birgə Montində emalatxanada yaşamalı olur. Bir gün həmin emalatxanaya Heydər Əliyev gəlir... N.Nərimanovun heykəli 10 il idi ki, emalatxanada saxlanılırdı. Heydər Əliyev gəlir, heykələ baxır və bəyənir. Ucaldılsın, deyir. Ev almaqlarına da kömək edir.
Sabirin heykəli ona həvalə olunur
Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.
İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin əlində kitab, oturmuş halda təsvir olunan baxışlarından “süzülüb gələn” satirik misralar sanki görənləri ovsunlayır. 64 ildir ki, bəlkə də müəllifini bilmədən heykəlin önündən keçərkən şairin dillər əzbəri olan şeirlərini xatırlayıb, onun ruhunu şad edirik. Əgər bu günlərdə yolunuz oradan keçsə, Cəlal Qaryağdını da xatırlamağı unutmayın.
Nərimanovun heykəlini niyə sökmək istədilər?
Haqqında söz açdığımız Nəriman Nərimanovun tunc abidəsi də sənətkarın yaradıcılığının qızıl səhifələrindəndir. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Nə üçün bu fakt heykəltəraşın nəzərindən yayınsın ki?... 1970-ci illəri vərəqlədikcə görürük ki, Nərimanovun heykəli yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlanıb tamamlanıb. Lakin abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Hətta o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbətlər də gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu.
Moskvaya bu məzmunda donos verilmişdi: “Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir”. Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.
Sənətkar Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun, təyyarəçi Adil Quliyevin və başqalarının büstlərini də yaratmışdı. General - mayor Həzi Aslanovun portreti, eləcə də snayper Ziba Qəniyeva, Rəşid Behbudov kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.
Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla memarlığın sintezinə ən gözəl nümunədir. Burada tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə bir incəlik və zəriflik gətirir. Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbiyyatımızın görkəmli xadimlərinin heykəlləri binanın arxitekturası ilə plastik əlaqə və həmahənglik təşkil edir. Burada görkəmli sənətkar M.P.Vaqifin heykəlini C.Qaryağdı ustalıqla işləyib.
Onun yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Belə ki, şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.
Şəksiz, yaradıcılığı zamanın müxtəlif dövrlərini özündə yaşadır. Bu mənada ki, Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında hazırlanmış “Fərhad Bisütun dağını yararkən” barelyefi, Xurşidbanu Natəvanın büst və portretləri diqqəti cəlb edir. Onun “Tarçalan”, “Kamançaçı”, “Xanəndə” fiqurlarında obrazların yığcamlığı və milli kolorit özünu göstərir. Cəlal Qaryağdı bədii təfəkküründən yaranan incə ştrixləri rənglərin və fırçanın köməyi ilə kətan üzərində əks etdirərək, əsərlərinin hər birində yüksək sənətkarlıq nümayiş etdirib.
Görkəmli sənətkar 2001-ci ilin ilk günündə 86 yaşında dünyasını dəyişib.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

