Ölüm sevinməsin!
23.11.2022 [11:03]
Günel ABBAS
Azərbaycanın görkəmli bəstəkarı, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 74 il ötür. Üzeyir Hacıbəyovun ölümü təkcə Azərbaycan yox, bütün dünya incəsənəti üçün böyük itkidir. Çünki musiqinin parlaq günəşi 74 il əvvəl şərqdən batmış, Üzeyir bəy isə həmin gün əbədiyyət qürubuna çəkilmişdi...
Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. 1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşıb və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşib. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, “Monolit” binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edib.
Yaradıcı ömrün səhifələri...
Üzeyir bəyin yaradıcılığında bəstəkarlıq nə qədər böyük yer tuturdusa, publisistika da bir o qədər önəm daşıyırdı. O, sözünü ciddi və yumorla, yumşaq və satirik kəskinliklə, rahat və bitkin ifadə etməyi bacarırdı. Yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy az sonra peşəkar qəzetçilik fəaliyyəti ilə məşğul olub. Ümumiyyətlə, o, bədii yaradıcılığa publisistika ilə başlayıb. “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və sair gizli imzalarla zamanının ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxsaylı məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
Üzeyir bəyin fikrincə, bir millətin varlığının əsas amili onun dilidir. Buna görə bütün xalq və ilk növbədə ziyalılar, alimlər öz dilini qoruyub saxlamağa və inkişaf etdirməyə borcludurlar. 1906-cı ildə “İrşad” qəzetində dərc etdirdiyi bir məqaləsində Üzeyir Hacıbəyov yazırdı: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”. “Peterburqskiye vedomosti” qəzetində Maqda Neyman adlı bir yazar tərəfindən dilimizin saflığı əleyhinə yürüdülmüş həyasız böhtana öz nifrətini də bildirmişdi. Ana dilinin tədrisini irəli sürən Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazıb. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilib. Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürür. Mühərrir dilini bilməyənlərə istehza ilə yanaşmaqla, onlara “zavallı” deyə məraciət edir, həm də ana dilini öyrənmək üçün həmin “zavallı”lara yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz dilini bilməyib ərəb, fars, rus, fransız, ingilis dillərində “bülbül” kimi ötənlərə istehza ilə gülüb, buna qarşı vaxtında mübarizəyə başlamışdı. Üzeyir bəy özü ana dilimizi bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə - ərəb, fars, türk, tatar, rus, gürcü, ləzgi dillərinə də yiyələnmişdi. Ona görə də istedadlı mühərrir dil məsələsinə tez-tez müraciət edib, zəngin, lirik Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib.
Üzeyir bəy 1906 və 1907-ci illərdə ilk milli toplantılar olan Qafqaz türk müəllimlərinin I və II qurultaylarının keçirilməsində də fəal iştirak etmişdi. Qurultayın qərarlarına uyğun olaraq, 1907-ci ildə çoxdankı arzusunu həyata keçirmək məqsədilə ana dilində “Hesab məsələləri” kitabı nəşr etdirmişdi. Üzeyir bəy mətbuat işçilərinə kömək məqsədilə “Türki-rusi və rusi-türki lüğət”i də hazırlamışdı. O, 1905-ci ildə “Həyat” qəzetində yazırdı: “Avropalılar bu dari-dünyaya ana bətnindən mədəniyyətli düşməyiblər. Biz türklər də əl-ələ verib, cümləmiz mədəniyyət və mərifət sarayına daxil olmağa amadəyik. Çifayda, bəzi fasid və məfsud şəxslər belə bir fürsətli həngamda bizlərə xələl yetirir”. Üzeyir bəy daha sonra yazırdı: “Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba?!”
Bu böyük soydaşımızın peyğəmbərcəsinə xəbərdarlığı ayıq-sayıqlığa çağırış idi. “Qələmin müqəddəs vəzifəsi gərək həqiqəti söyləmək olsun”, deyən Həsən bəy Zərdabidən estafeti qəbul edən Üzeyir bəy Hacıbəyov da bu həqiqəti deməkdən qorxmamışdı. “Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir”, deyərək açıqca yazmışdı: “Özgə xalqın kişiləri bir-birinə mədəd yetirib; dövlətli kasıba, qüvvətli zəifə, elmli elmsizə arxa olub. Bizim kişilərimiz bir-birinin ayağından çəkib, dövlətli kasıbın, qüvvətli zəifin, elmli elmsizin üstünə minib deyir: “Mənə belə xoşdur, altda qalanın canı çıxsın””.
Millət fədaisinin bu sözləri bu gün də vicdanı ayıq olan kimsəni titrədirsə, demək, Üzeyir Hacıbəyovun başlatdığı, çox şeyə nail olduğu mübarizə yolunda indiki nəsillərin görəcəyi işlər az deyil.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

