Bu dəfə Cavidlər səhnədə idi
03.03.2023 [10:48]
Kənan Hacı
Bir zamanlar onun pyesləri səhnələri lərzəyə gətirərdi... Sonra qara yellər əsdi, nəinki pyeslərinin səhnələşdirilməsi, adının çəkilməsi belə qadağan olundu... Sonra dövranın gərdişi dəyişdi, bütün repressiya olunanlar, güllələnənlər kimi o da bəraət aldı. Günahı nəymiş? Vətən aşiqliyi, Turan eşqi...
Sonra yenidən Azərbaycan səhnəsi onun zəkasından süzülüb gələn “İblis”, “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur” kimi nəhəng tamaşalarla müzəyyən oldu. Hüseyn Cavid dühası yenidən Azərbaycan teatrına yeni bir intibah yaşatdı. Onun dramaturgiyası, bənzərsiz üslubu, yazı manerası Azərbaycan teatrının yeni mərhələsi idi. Cavidin əsərləri sanki Tanrıdan yerə, insana, insandan göyə, Tanrıya bir baxışdır. Bu baxış Azərbaycan teatrına yeni paradiqma gətirdi. Bu haqda çox yazılıb, çox deyilib. Hüseyn Cavid sənətkarlığının fərqli yönləri haqda görkəmli tədqiqatçılarımız, ədəbiyyatşünas alimlərimiz saysız-hesabsız əsərlər, monoqrafiyalar yazıblar. Onun ədəbiyyatımızdakı müəzzəm yeri bütün zamanlardan görünməkdədir. Məqsədimiz Cavid dramaturgiyasını təhlilə cəlb etmək deyil.
Ömrünün, yaradıcılığının böyük bir hissəsini Hüseyn Cavidə həsr etmiş, onun haqqında ensiklopedik səciyyə daşıyan “Cavidnamə” kimi samballı bir kitab yazmış tədqiqatçı alim Azər Turan mənəvi övladlıq borcunu bu dəfə başqa bir əsəriylə ortaya qoydu. “Atam, anam, qardaşım, mən və Stalin” dramını yazdı.
Bu sətirləri yazarkən mərhum Xalq şairimiz Zəlimxan Yaqubun vaxtilə Azər Turan haqqında dediyi fikirləri xatırladım: “Uzun illərin müşahidəsi kimi məndə belə bir fikir formalaşıb ki, Azər Turan Cavid Əfəndinin ömür-gün yoluna ayna tutmaq, böyük şairin faciəli taleyini, çoxşaxəli və uzunömürlü yaradıcılığını, fikir və məfkurə dünyasını bütün çalarları və rəngləri, bütün istiqamətləri və yönləri ilə açmaq, təhlil və vəsf etmək, sevmək və yenidən sevdirmək üçün bu dünyaya gəlib”.
Bu yaxınlarda “Atam, anam, qardaşım, mən və Stalin” dramı əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluşunda səhnə həllini tapdı. Tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin - Hüseyn Cavidin, Mişkinaz Cavidin, Ərtoğrol Cavidin və Turan Cavidin - Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.
Aktyor Evində keçirilən premyera böyük maraqla qarşılandı və anşlaqla keçdi. Hüseyn Cavidin nakam taleyi, bütünlükdə Cavidlər aləsinin iztirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əyaniləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyunu nümunəsində əksini tapdı.
Tamaşa zamanı zala nəzər yetirdim, hamı nəfəsini içinə çəkib səhnədə gördükləri tarixin bir parçasını həyəcanla izləyirdi. Zaman metomorfozu obrazların taleyinə proyeksiya olunur, biz səhnədə Cavidlərin o keşməkeşli zaman burulğanında hansı əzabları yaşadığını əyani şəkildə görürük. Müəllif Cavidin ədəbi taleyinə, ömür süjetinə əsaslanıb, eyni zamanda, onun özünün yaratdığı obrazlardan parçalar da əlavə etməklə dramaturji xətti inkişaf etdirir.
Bu tamaşanın özəl qavrama prinsipləri var. Səhnədə sanki obrazlardan daha çox Tarix və Zaman danışır. Hadisələri onlar yönləndirir. Bu prizmadan yanaşanda tamaşada üst-üstə qalaqlanmış, hələ qatı açılmayan düşüncə layları ilə rastlaşırsan. Psixoloji ovqatın doğurduğu təəssürat nəticəsində tamaşaçını dürlü-dürlü mətləblər çulğayır. Məkan-zaman-insan üçbucağında bütöv bir nəslin taleyi tamaşaçıya təqdim olunur. Bu psixoloji-dramatik və fəlsəfi-emosional məhvərdə Cavidin personası bütün əzəməti ilə görünür. Dialoqlar Cavid faciəsinin mahiyyətini açmağa xidmət edir.
Obrazlar səhnədə sənədlərin dili ilə danışır. Uydurma heç nə yoxdur. Bu, bir həyat dramıdır. Bu dramın içində XX əsrin bütöv bir ədəbi mərhələsi və bu mərhələni yaradan şəxsiyyətlərin taleyi öz əksini tapır. Bu ağır və qaranlıq, Şər qüvvənin hakim olduğu dövrü bir saatın içində əhatə etmək, onu tamaşaçıya təqdim etmək o qədər də asan deyil. Səhnə həlli üçün ilk növbədə konstruktiv ideya, teatr poetikasının səciyyəvi xüsusiyyətləri və formanın bəlli prinsipləri müəyyənləşməlidir ki, rejissor bütün bunların öhdəsindən uğurla gəlir. Zaman içində əbədiyyət qazanan şair sonda Şərə qalib gəlir. Cavidin əsl, doğru-dürüst, dolğun və etibarlı, dərin məzmunlu, eyni zamanda, əzablı, keşməkeşli yaşam tarixçəsi onun yaradıcılığı ilə iç-içədir. Müəllif və rejissor tamaşanın ana xəttini məhz bu prinsiplə müəyyənləşdirir.
Zaman obrazı olduqca uğurlu tapıntıdır. O sanki müəllifin də, rejissorun da iradəsindən kənara çıxır, onun səhnədə obrazlarla toqquşma məqamları diealektik qanunauyğunluqla ustalıqla tənzimlənir. Bu, çox mükəmməl və uğurlu bir tapıntıdır. Mizanlar, monoloqlar ideya dərinliyinə və kompozisiya bütövlüyünə xidmət funksiyasını doğruldur. Psixoloji qatın açılmasında katalizator rolunu oynayır. Eyni zamanda, tamaşaçının sənətdən aldığı təəssüratı gücləndirir.
Bəhram Osmanov modern teatr poetikasının və dünya teatrında çoxdan gerçəkləşmiş sənədli tamaşa formalarını sintez halına gətirib. Beləliklə, tamaşaçıya həm ənənəvi, həm də novator üslubda tamaşa təqdim olunur. Biz səhnədə Ərtoğrolun nakam ömür yolunu izləyirik, Turanın həyəcanlarını, çırpıntılarını, Mişkinaz xanımın dəyanətli duruşunu, mərdanə xarakterini görürük, Cavidin əbədi nisgili, nakam arzuları, yarımçıq qalmış yaradıcılıq yolu içimizi sızladır. Bu tamaşa həm də yaddaşımızı təzələyir, bizi keçmişə yenidən nəzər salmağa, keçmişin dərslərindən nəticə çıxarmağa sövq edir.
İrəvan Dövlət Azərbaycan Dram Teatrınının aktyorları əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev öz rollarının öhdəsindən uğurla gəldilər.
Premyera bitər-bitməz tənqidçi Əsəd Cahangirlə foyedə fikirlərimizi isti-isti bölüşdük. Əsəd tamaşanı “sənətin qələbəsi” adlandırdı. Və əlavə etdi ki, Cavidin ruhu da zalda dolaşırdı, mən bunu hiss etdim. Biz adətən, səhnədə Cavidin obrazlarını görmüşdük. Bu dəfə Cavid özü və Cavidlər səhnədə idi. Azərbaycan teatrında ilk dəfə idi ki, onları səhnədə görürdük.
Hüseyn Cavid həmişə bizimlədir - həyatda da, səhnədə də.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

