Söz-saz sənətimizin Ulu Çinarı...
07.03.2023 [10:48]
Aşıq Ələsgərin anım günüdür
Yeganə BAYRAMOVA
Bu dünyanın çox illərini yola salmışdı. Gərdişi-dövranın hər üzünü görmüşdü. Aşiqliyi də vardı, aşıqlığı da. Hər ikisi fitrətdən bəxş olunmuşdu ona. Uzun illər çox sayda el şənliyi, toy məclisi onun sazı, sözü ilə yadda qalmışdı. Hara gedirdisə, baxışlarda ehtiram, məhəbbət görürdü. Təkcə Azərbaycanın yox, bütün Türk elinin ən şanlı səhifəsidir Aşıq Ələsgər...
Bu gün Dədə Ələsgər kimi də xatırlanan Aşığın vəfatından 97 il ötür. Xalqı mənən birləşdirən, söz-saz sənəti ilə könülləri oxşayan Aşıq Ələsgər dünya var olduqca yaşayacaq. O, 1821-ci il, martın 22-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı, dörd oğlu, iki qızı vardı. Alməmməd kişinin uşaqları böyüdükcə qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərlik edir.
O vaxta qədər Ələsgər xüsusi təhsil ala bilməmişdi. Başqa göyçəlilər kimi o da kiçik yaşlarından gördüyü müxtəlif məclislərdə mollaların hədisələrini, dərvişlərin nağıllarını, aşıqların dastanlarını çox eşitmişdi. Güclü yaddaşı sayəsində onların hamısını yaddaşında saxlamışdı. Saz sənətinin bir çox sirrini də kənd camaatının içində, el sənətkarlarının, ağsaqqalların yanında öyrənmişdi. İlk şeirlərini də yeniyetməlik çağlarında aşıqların təsiri ilə söyləmişdi.
Atası Ələsgərin saza, şeirə bağlılığını gördükdən sonra onu Aşıq Alının yanına aparır. Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini, el şənlikləri, toy məclislərini müstəqil idarə etməyi öyrədir. Beləliklə, Ələsgər aşıq kimi çox tez tanınır. Bir gün Göyçənin Qızılbulaq kəndində, Böyük Ağanın evində qurulan məclisdə Aşıq Alı və gənc şagirdi deyişirlər. Sonralar bu məclis barədə dastanlar deyildi. Kimi Aşıq Alının öz şagirdini daha da şöhrətləndirmək, el içində ucaltmaq qəsdilə ona məğlub olduğunu, bəziləri isə gənc aşığın söz döyüşündə ustadını endiyini söylədi. Qaydaya görə, deyişmədə məğlub olan öz sazını qalibə təslim etməlidir və Aşıq Alı da sazını Aşıq Ələsgərə uzatdı.
Gənc aşıq böyük bir sınağa çəkilmişdi. Aşıq Alı kimi ustada üstün gəlmək, sazını əlindən almaq dastanlara sığmayan hünər olardı. Ancaq o gün Aşıq Ələsgər yalnız aşıqlıq sənətində deyil, mərifət elmində də kamil olduğunu göstərdi. Ustadının qarşısında baş əyib ehtiramla dedi:
“Bir şəyir ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar”.
Aşıq Ələsgər yaradıcılığında Göyçənin toponimləri, tarixi qaynaqları və adət-ənənələri çox sərrast həkk olunub. Aşıq özünü yaradıcılığında tez-tez təqdim edir, bu isə onun Vətəni-doğulub boya-başa çatdığı Göyçəsinə məhəbbətindən, kökünə olan hörmət-izzətindən irəli gəlir:
“İstəsən ki, Ələsgəri görəsən,
Göyçə mahalıdı mahalım mənim!”
Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır. O, eyni zamanda, əməksevərliyi ilə nümunə olub. Lap qoca yaşlarında belə əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb.
1915-ci ildə aşığın həyatında kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir. 1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalı talanır, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olur. İki ilə qədər Yanşaqda yaşayan aşıq sonra Tərtərə köçür, bir neçə ayda orada qalır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdır, ömrünün son illərini doğma kəndində yaşayır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq 1926-cı il martın 7-də 104 yaşında doğulduğu kənddə vəfat edib və Ağkilsə qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyev 2021-ci fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38

