“Milyonluq rəssam”
08.04.2023 [11:49]
Niyə cəzalandırılırdı?
Şahanə XANKİŞİYEVA
Bu gün dünyaca məşhur Pablo Pikassonun anım günüdür. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. İlk əvvəl atasının, daha sonra anasının soyadını daşıyan Pikassonu 23 müxtəlif adlarla çağırıblar. Pablo Pikasso adı ilə isə incəsənətdə “milyonluq rəssam” kimi tanınıb.
Pikasso doğulduqdan sonra maraqlı bir hadisə yaşanır, o, ölü doğulur. Ancaq bir siqaret tüstüsü onun həyatını xilas edir. Belə ki, ölmüş körpəni görən dayısı siqaret çəkərək tüstünü onun üzünə üfürür və Pablo ağlamağa başlayır. Beləliklə, siqaret və dayısı Pikassonun həyatını xilas edir...
“Tanrı da bir sənətkardır... Mənim kimi. Mən, Tanrıyam” - Pikasso...
Pikasso rəssamlığa çox erkən yaşlarında başlayıb. O, sözün əsl mənasında rəssam olmaq üçün doğulub, belə ki, ilk dediyi söz ispan dilində “qələm” mənasını bildirən “lapiz”in qısaldılmış forması “piz” olub. Sonra isə atası onun rəssamlığa yönəlməsində dəstək verib. Elə ilk rəssamlıq dərslərini rəsm müəllimi olan atası Xose Ruizdən alır. Ruiz Pablonun özündən daha üstün olduğunu gördükdən sonra rəsm çəkməkdən imtina edir.
Pikasso məktəbdə seçilən şagirdlərdən olsa da tez - tez cəza alırdı. Pikasso sonralar verdiyi müsahibələrdə pis bir şagird olduğunu və tez - tez zirzəmiyə göndərildiyini deyib. Ağ divarları olan boş bir otaqda sadəcə bir oturacağın olduğunu deyən Pikasso
orada vaxt keçirməyi sevdiyini, hətta sonsuza qədər orada qala biləcəyini deyib. Çünki, zirzəmidə fasiləsiz qara qələmlə işləyə bilmək arzusu onda “zirzəmi sevdası” yaratmışdı. 8 yaşında isə özünün ilk ciddi əsəri olan “Pikador”u yaradaraq ömrü boyu özündə saxlayır.
Pikasso 1894-1895-ci illərdə La-Korunyad incəsənət məktəbində təhsil alır. 1898-ci ilin iynunda Barselonaya dönür və burada “Els Quatre Gats” kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılır. Onun ilk rəsm sərgisi də məhz bu kafedə nümayiş etdirilir. Ən məşhur əsərləri sırasında isə erkən-kubist tərzində olan “Avinyonlu qızlar” və “Gernika” əsəri xüsusi qeyd edilə bilər.
Parisdə olduğu zaman Pikasso tez bir zamanda sənətkarların əhatəsinə girir və ömrünün sonuna qədər bir çox şairlə dostluq edir. Bunlar arasında Maks Yakob və Giyom Apolliner var idi. Pikasso xüsusilə Maks Yakob ilə yaxın idi. Belə ki, 1902-1903-cü illərin qışında, Pikassonun sözün əsl mənasında diləndiyi zaman, Yakob otağını onunla bölüşməyə dəvət edir. Yalnız bir yataq olduğundan dostlar yatağı günün vaxtlarına görə bölür: Yakob gecə, Pikasso gündüzlər yatır və bu ikisinə də uyğun gəlir, çünki Pablo gecə işləməyi üstün tuturdu...
Pikassonun həddindən artıq özünəvurğunluğu və eqosu onun həm həyatına, həm də yaradıcılığına ciddi zərbə vurur. Belə ki, dövrünün psixoloqları onun hərəkətlərində şəxsiyyət pozuqluğu meyarlarının olduğunu demişdilər. Rəssamın dostu ilə dialoqda dediyi cümlə də onun özünə pərəstişkarlığın sübutunu tapıb: “Tanrı da bir sənətkardır... Mənim kimi. Mən, Tanrıyam”
Rəssamın hətta şizofrenik statusu tibb ictimaiyyəti tərəfindən dəstəklənirdi. Buna isə səbəb rəsmlərindəki mürəkkəblik idi.
Mona Lisa’nı kim oğurladı?
1911- ci ildə “Mona Liza” portreti Luvrdan oğurlandığı zaman polis Pikassonun şair dostu Giyom Apollineri şübhəli qismində saxlayır, amma o, günahkar kimi Pikassonu göstərir. Nəticədə polis Pikassonu nəzarətə götürür, ancaq sonradan hər ikisi azadlığa buraxılır...
4 may 2010-cu ildə Kristiesdə 106 milyon 482 min dollara satılan Pikassonun “Çılpaq, Yaşıl yarpaqlar və Büst” əsəri o dövrdə dünyanın ən bahalı sənət əsəri oldu.
2015-ci il mayın 11-də hərracların birində satılan sənət əsərləri üçün yeni rekord qeydə alınıb - Pablo Pikassonun “Əlcəzair qadınları” adlı rəsm əsəri 179 milyon 365 min dollara satılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

