Tanınmış dirijor, görkəmli bəstəkar...
19.08.2023 [12:10]
Şahanə
Avqustun 20-də Hacıbəyovlar ailəsindən olan Azərbaycanın tanınmış dirijor və bəstəkarı Niyazi Tağızadənin xatirə günüdür.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Böyük sənətkar Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti adlarına, Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.
Həyat yoldaşı Həcər xanım Niyazi haqqında xatirələrində onu böyük sevgi ilə xatırayır. "Niyazi xəstələnəndə uşaq kimi olurdu, əsəbiləşirdi. Şıltaqlığa başlardı, onun üçün hazırladığım xörəkdən əvvəl özümün dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı".
Həcər xanımın "Ərim haqda xatirələr"i belə bitir: "Sözün düzünü desəm, hərdən mənə elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı bir yana, heç mənə verdiyi əziyyətləri də görmür. Olurdu ki, inciyirdim ondan... Ancaq bu düşüncələr bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə, Niyazi həmişə dostlarımıza deyirdi ki, heç bir qadın onun mənimçün elədiklərini edə bilməzdi. Həcərin önündə çox günahım var və ona çox borcluyam. Mən də Niyaziyə minnətdaram". Bu sətirləri oxuyub Həcər xanımın böyük sevgisini, Niyazi qüdrətini duymamaq olmur. Niyazinin Həcər xanımla övladları olmayıb. Amma bəstəkar özündən sonra musiqi xəzinəmizə bəstələdiyi əsərləri ilə rəng qatıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 19:16
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02

