Rəşid ömrü...
14.12.2023 [11:14]
Aysu ABBASOVA
Bu gün Rəşid Behbudovun anadan olmasından 108 il ötür. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan Xalq artisti, Gürcüstan Əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib.
İlk addımlar...
Onun atası, Məcid Behbudalı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olub. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlı olub. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçib.
1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan “Müstaid” yay konsertinə iştirak etməyə dəvət edirlər. O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid, 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar.
Rəngarəng yaradıcılıq yolu...
1946-cı ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. Tofiq Quliyevlə sənət əlaqələri möhkəmlənir. Behbudovun repertuarında Tofiq Quliyevin “Azərbaycan”, “Neftçi mahnısı”, “Züleyxa-xanım” və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri Fikrət Əmirovla da sıxlaşır. Maestro bəstəkarın “Gülüş”, “Ulduz” romanslarını, “Sevdiyim yardır” və digər mahnılarını ifa edir.
1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş “Sevil” operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır.
1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə “Doğma Xalqıma” sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olub.
1957-ci ilin fevral ayında Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına, onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək edir. 1959-cu ildə Rəşid Behbudova SSRİ Xalq artisti adı verilir.
1961-ci ildə Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu.
70-ci illərdə isə, Rəşid Behbudov yenə ekranlarda “1001-ci qastrol” filmində görünür. 1980-ci ildə isə, ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.
Ən maraqlı məqamlar - Hər şey olduğu kimi...
1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edən dahi sənətkar haqqında ölümündən sonra filmlər çəkilməyə başladı. 2000-ci ildə “Hər şey olduğu kimi” filmi çəkildi. Film dahi müğənni, Xalq artisti Rəşid Behbudov haqqında toplanmış xronikal kadrlardan ibarətdir. Tamaşaçı bir daha onun məlahətli səsi ilə ovsunlanır.
Azərbaycanda ilk çoxseriyalı sənədli film “Rəşid ömrü” filmi böyük sənətkarımız Rəşid Behbudova həsr edilib.
13 oktyabr 2001-ci ildə, Rəşid Behbudovun xatirə gecəsində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin Rəşid Behbudovla bağlı söylədiyi xatirələrindən ən maraqlı məqamlar:
Heydər Əliyev: “Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci Dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir. Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. İkinci beləsi olmayıbdır. Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnılarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı”.
Bu gün də xalqımız dahi sənətkara böyük hörmət bəsləyir və anadan olmasının 108-ci ilində onu hörmətlə anır...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

