Cəmil Həsənlinin kim olduğunu Azərbaycan cəmiyyəti bu günədək dəqiqləşdirə bilmir
23.08.2012 [22:43]
- Hikmət müəllim, “Yeni Azərbaycan”da dərc edilmiş müəllifi olduğunuz “özününkülərin arasında özgə” başlıqlı yazıya “Azadlıq” qəzetində Cəmil Həsənli münasibət bildirib. O hesab edir ki, “Yeni Azərbaycan” qəzeti Rüstəm İbrahimbəyov haqqında yazılan yazılara görə üzr istəməlidir. Sizin bu məsələyə münasibətiniz necədir?
- İlk növbədə, qeyd edim ki, “Yeni Azərbaycan” qəzetində 27 iyul 2012-ci il tarixində dərc olunan “Siz kimsiniz, Rüstəm İbrahimbəyov?” adlı məqalədə yazılan və ictimaiyyətə təqdim olunan faktların heç biri sonradan həmin yazı ilə əlaqədar olaraq müsahibə verən Rüstəm İbrahimbəyovun özü tərəfindən təkzib olunmadı. Bu və ya digər şəkildə bütün faktlar Rüstəm İbrahimbəyovun öz dilindən təsdiqini tapdı, faktlar qəbul edildi, ancaq heç şübhəsiz, müdafiəçi rolunda çıxış edən R.İbrahimbəyovun faktlara yanaşma tərzi və metodu başqa idi ki, bu da özünümüdafiə instinktindən doğan refleksiv yanaşma idi. Bütün bunlardan sonra Cəmil Həsənlinin birdən-birə R.İbrahimbəyovun vəkili, müdafiəçisi rolunda çıxış etməsi və o faktların hamısının yalan olduğunu iddia etməsi bir daha onu göstərir ki, C.Həsənli “papadan artıq katolikdir” və əslində, etiraf edilən faktların yalan olduğunu iddia etməklə özünün yalançı olduğunu bir daha sübut etmiş olur. Bütövlükdə, “Yeni Azərbaycan” qəzetinin üzr istəməli olduğu məsələsinə gəldikdə, qeyd etmək istərdik ki, əgər üzr istəmək lazımdırsa, ilk növbədə, ictimai xadim kimi Azərbaycan ictimai sferasına qədəm qoyduğu gündən Azərbaycan ictimaiyyətinə danışdığı saysız-hesabsız yalanlarına görə C.Həsənli bundan sonra qalan ömrünün hər gününü Azərbaycan xalqından üzr istəməyə sərf etməlidir ki, bəlkə xalq onu bağışlaya. Fikrimizcə, məsələyə bu cür yanaşma ilə C.Həsənli müsahibəsində çox sevərək işlətdiyi və özünü də aid etdiyi ziyalı kateqoriyasına uyğun olmayan mövqedən çıxış edib. çünki ziyalılıq təkcə danışmaq deyil, həm də dinləməkdir. Ziyalılıq tolerantlıqdır, müxalif fikrə, fərqli mövqeyə dözümlülükdür. Ziyalılıq həm də başqalarının da ziyalılığını qəbul etməkdir. Ziyalılıq daxili hikkəyə, ambisiyaya və eqoya qalib gəlməkdir. Əlbəttə ki, bu fikirlər ziyalılığın vəsfinin kiçicik bir hissəsidir. Ancaq elə bu kriteriyalardan yanaşsaq görərik ki, bu ziyalı keyfiyyətlərinin böyük əksəriyyətini C.Həsənlidə görmək mümkün deyil. çünki o, R.İbrahimbəyov və ya başqa birisi haqqında bir fikirdə ola, başqa bir ziyalı isə başqa cür düşünə bilər. Bunu qəbul etmək lazımdır. Heç də məcburi deyil ki, hamı konkret ictimai fiqur, peşə sahibi, sənət növü, yaxud yaradıcılıq nümunəsi haqqında eyni cür düşünsün. Hər hansı bir nümunə birinin xoşuna gələ, başqa birisi loyal münasibət göstərə, bir başqası isə tənqid edə bilər. Məhz cəmiyyətin inkişafının fikir plüralizminin əsasında duran məsələlərdən biri də bundan ibarətdir. Elə demokratiyanın, söz, fikir azadlığının əsasında duran prinsiplər də bunlardır. C.Həsənli ona ünvanlanmayan bir yazıya cavab vermək, başqasına vəkillik etmək fikrinə düşüb. Görəsən, onu bu vəkilliyə vadar edən hansı maraqlardır? Bunun arxasında R.İbrahimbəyovun qeyri-qanuni yollarla mənimsədiyi külli miqdarda vəsaitdən pay almaq arzusu dayanmır ki?
- C.Həsənli qeyd edir ki, “Yeni Azərbaycan” qəzetində dərc olunan yazı əvvəlcə rus dilində yazılıb, sonra Azərbaycan dilinə tərcümə edilib. Bu barədə nə deyərdiniz?
- Məqalənin hansı dildə yazılıb, hansı dilə tərcümə edilməsi o qədər də əhəmiyyətli deyil. C.Həsənli məqalənin məzmununu inkar edə biləcək arqumentlər tapa bilmədiyi üçün diqqəti texniki məsələlərə yönəltməyə çalışır. Fikrini əsaslandırmaq üçün C.Həsənli iddia edir ki, bu yazıda elə terminlər var ki, onlar Hikmət Babaoğlunun bütövlükdə jurnalistika yaradıcılığında və rəhbərlik etdiyi qəzetdə bu vaxtadək istifadə edilməyibdir. Bir tərəfdən də iddia edir ki, Hikmət Babaoğlu həm müəllif kimi maraqsızdır, həm də onun rəhbərlik etdiyi qəzet oxunaqlı deyil. Əgər belədirsə, görəsən, C.Həsənlini Hikmət Babaoğlunun jurnalistika sahəsindəki fəaliyyətini küllən izləməyə vadar edən hansı səbəbdir? Əgər C.Həsənli etiraf etdiyi kimi Hikmət Babaoğlunun bütün yaradıcılığını oxuyubsa, deməli, onun kimi başqa adamlar da tapıla bilər ki, “Yeni Azərbaycan” qəzetini və Hikmət Babaoğlunun jurnalistika fəaliyyətini izləmiş olsun. çox təəssüf ki, bu məsələdə də C.Həsənli səmimi deyil. Əgər o, doğrudan da, mənim yaradıcılıq fəaliyyətimi izləsə idi, görərdi ki, Hikmət Babaoğlu jurnalist fəaliyyəti ilə bərabər, eyni zamanda, beynəlxalq münasibətlər, dünya siyasəti, xarici siyasət, siyasi təhlil, siyasi analitika və proqnozlaşdırma və s. üzrə 3 dərsliyin müəllifidir. Bu dərsliklər Azərbaycanın ən aparıcı universitetlərində tədris olunur, eləcə də, ölkəmizin ən aparıcı kitabxanalarında, o cümlədən, Milli Kitabxananın elektron kitabxanasında da mövcuddur. Heç olmazsa, C.Həsənli o kitablarla tanış olsa, haqqında danışdığı terminlərin həmin kitablarda əksini tapdığının şahidi olar. Əgər o, doğrudan da, iddia etdiyi kimi, mənim yaradıcılığımı izləyibsə və ona qiymət verməyə çalışırsa, bu cür politoloji terminlərin, söz birləşmələrinin siyasi publisistikada işlənməsinin ilkin müəlliflərindən birinin də Hikmət Babaoğlu olduğunu görmüş olar.
- C.Həsənli Sizin London Simfonik Orkestri haqqında fikirlərinizə nədənsə ironik münasibət bildirir. O hesab edir ki, London Simfonik Orkestrindən yalnız bir qrup insan zövq ala bilər. C.Həsənli deyir: “Amma həmin musiqinin sədaları altında Qəbələnin ətraf kəndlərində və Azərbaycanın minlərlə yaşayış məntəqəsində evlərinə eşşəklə su daşıyan insanların məişətində və yaşayışlarında elə bir ciddi dəyişiklik hiss edilmir”.
- Birincisi, hesab edirik ki, bu, böyük Atatürkün təbirilə desək, millətin əfəndisi olan kəndliyə həqarətdir. Eşşəklə su, odun daşımaq, bu heyvandan məişətdə, gündəlik həyatda bir nəqliyyat vasitəsi, işçi vasitə kimi istifadə etmək dünyanın bütün dağlıq ərazilərində mövcuddur və olduqca normal qarşılanır. Heç bir yerdə ziyalı C.Həsənli kimi öz millətinin, xalqının bu cür tarixi, ənənəvi məişət həyatına xor baxmır. Yalnız məsələyə məhz ulaq təfəkkürü ilə yanaşmaqla yuxarıdakı qənaəti ifadə etmək olar.
- C.Həsənli Sizi Bəşər Əsədin “baş yazarı” ilə müqayisə edir...
- Bu, olduqca uğursuz və bir o qədər də məntiqsiz müqayisədir. Azərbaycan inqilablar dövrünü ötən əsrin 90-cı illərində yaşayıb. Bəşər Əsəd rolunda isə C.Həsənlinin müdafiə etdiyi o zaman hakimiyyətdə olan İ.Qəmbər və Ə.Kərimli olub. AXC-Müsavat cütlüyü eynən Bəşər Əsəd psixologiyasında olduğu üçün öz vətəndaşının üzərinə ordu göndərdi və xalqımıza vətəndaş müharibəsi yaşatdı. ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə gətirdi. Qardaş qanı axıdıldı. Axırda da bütün bəşər əsədlər kimi onların da sonu gəldi. Belə olan halda görünən odur ki, “Bəşər Əsədin baş yazarı”na daha çox Cəmil Həsənli bənzəyir.
- Müsahibədə “h” hərfinin “q” kimi yazılması məqalənin ruscadan tərcümə edildiyinin sübutu kimi göstərilir. Belə bir iddia nə dərəcədə doğrudur?
- “Yeni Azərbaycan” qəzetindəki bir texniki səhvi qabartmağa çalışan və onu dəlil-sübut kimi qəzetimizə qarşı istifadə edən C.Həsənli öz müsahibəsində çoxlu sayda qrammatik səhvlərə yol verib. “Sayıqlayan” sözünü “sayığlayan”, “qədəri kimi” olacaq sözü “qədər”, “ultimatum” sözünü “ultumatum” və s. şəklində verir. Ən faciəvisi isə budur ki, professor vətəninin adı olan Azərbaycan sözünü yazının başlığında “Azərbacan” kimi göstərir və onu əcaib işarələrlə çərçivəyə alır. Bəlli olmur ki, bu işarələr dırnaq işarəsidir, yoxsa nəyinsə simvoludur. Lakin buna baxmayaraq, biz əlbəttə ki, qrammatik səhvləri irad tutmamaqla yanaşı, “Yeni Azərbaycan” qəzetinin bir hərf səhvinin əldə bayraq edilməsini də C.Həsənlinin arqument qıtlığından, tənqid üçün əsas tapa bilmədiyindən yaranan çarəsizliyi kimi qəbul edirik.
- C.Həsənli R.İbrahimbəyovu milli ləyaqət anlayışını ortaya qoyaraq yeni formalaşmaqda olan milli ziyalılarımızın zəfər və faciəsini, onların milli tariximizdə və taleyimizdə önəmli yerini cəmiyyətə təqdim edən şəxs kimi vəsf edir...
- C.Həsənlinin bu fikri yenə də, Azərbaycan ziyalılarına təhqirdir və ötən əsrin 70-80-ci illərinə qədər formalaşmış, Sovet dövründə yaşamalarına baxmayaraq, təpədən dırnağa qədər milli olan ziyalı nəslinə hörmətsizlikdir. Milli ziyalılarımızın indi-indi formalaşmasını iddia etmək keçmişimizə həqarətdir. Əgər R.İbrahimbəyov doğrudan da, milli ziyalılığın ləyaqətidirsə, o zaman görəsən, necə oldu ki, “Kabusun gözüylə” filmində Azərbaycan qadınını yüngül xasiyyətli obraz kimi təqdim edərək oyuncağa çevirdi? Bu filmdə təkcə Azərbaycan qadını deyil, Azərbaycan kişisi də təhqir olunur, qeyrətsiz, barbar rolunda təqdim edilir. R.İbrahimbəyovun sözügedən filmində təbliğ etdiyi əxlaqi dəyərlər, daha doğrusu, əxlaqsızlıq Azərbaycan xalqının adət-ənənələri, milli, dini dəyərləri ilə ziddiyyət təşkil edir. Əgər milli ləyaqət, milli ziyalılıq simvolu budursa, o zaman Azərbaycan xalqına bu keyfiyyətdə milli ziyalılar lazım deyil.
- C.Həsənli, həmçinin, qeyd edir ki, Azərbaycan ziyalılarının böyük bir qismi latın əlifbasında oxuyub-yaza bilmir. Bu iddia ilə razılaşmaq olarmı?
- O, bu fikirləri bildirərkən hansı statistikaya əsaslanır və nəyin əsasında Azərbaycan vətəndaşlarına qarşı bu cür ittiham irəli sürür, aydın deyil. Onun fikirlərindən belə çıxır ki, oxumağı da, yazmağı da bacaran elə yalnız C.Həsənlidir. Təəssüf ki, C.Həsənlinin Azərbaycan xalqına, vətəndaşlarına qarşı təhqiramiz fikirləri bununla məhdudlaşmır. O qeyd edir ki, Azərbaycan xalqının böyük əksəriyyəti Panamanın harada olduğunu bilmir, digər hissəsi də bu ölkənin adını şlyapa anlamında qəbul edir. Bu, Azərbaycan təhsil ictimaiyyətinə, Azərbaycan xalqına qarşı təhqirdir. Azərbaycan cəmiyyəti kifayət qədər intellektual əsaslarda formalaşmış savadlı cəmiyyətdir. Hələ orta məktəblərdə, hətta məktəbəqədər təhsil müəssisələrində dünyanın siyasi coğrafiyası haqqında Azərbaycan şagirdlərinə, yeni nəslə kifayət qədər məlumat verilir. Əminəm ki, çox az adam tapılar ki, bir dövlət kimi Panamanı şlyapa ilə dəyişik salsın. Ancaq təəssüf ki, C.Həsənlinın bir ziyalı kimi daxili təkəbbürü, eqosu Azərbaycan xalqını bu şəkildə təhqir edəcək qədər qəddar, eyni zamanda, ictimaiyyətə şillə vuracaq qədər zavallıdır.
- Doğrudanmı “Yeni Azərbaycan” qəzetinin elektron versiyasına gündə 50-60 adam daxil olur?
- C.Həsənlinin bunu necə hesablaması bizə aydın deyil. “Yeni Azərbaycan” qəzetinin elektron versiyasına girişi hesablayan sayğac kodlaşdırılıb və yalnız redaksiyanın texniki heyəti bunu görə bilir. Görünür, C.Həsənli bunu fala baxaraq müəyyənləşdirib.
- C.Həsənli həm də qeyd edir ki, R.İbrahimbəyov Sovet dövründə böyük uğurlar qazanıb, amma eyni zamanda, Sovet totalitarizminin ağırlığını da öz çiyinlərində çəkib.
- Hesab edirik ki, C.Həsənli burada da özünə və ziyalılığa qarşı qeyri-səmimidir. Əgər o, həqiqi ziyalı mövqeyindən çıxış etmək istəyirdisə, burada mütləq qeyd etməli idi ki, hansı “sehrli əl” məhz R.İbrahimbəyovu totalitarizmin “ağırlığından” xilas etdi və onun əsərləri sonradan qeyd etdiyi kimi, ölkənin ayrı-ayrı teatrlarında və kinoteatrlarında səhnə həyatına qovuşa bildi.
- Panamaya qeyri-qanuni yolla 48 milyard maliyyə köçürülməsi ilə bağlı iddiaya nə deyə bilərsiniz?
- C.Həsənli siyasətdə, ictimai münasibətlərdə kifayət qədər məlumatlı olmadığı kimi, maliyyə və iqtisadi məsələlərdə də məlumatsız adamdır. Bu gün Azərbaycanın ümumi valyuta ehtiyatları təxminən, eyni həcmdə, yəni 45 milyard dollar hesablanır. Bu, Azərbaycanın uzun illər ərzində əldə etdiyi valyutanın ümumi məbləğidir. Belə olan halda, iqtisadiyyatı, maliyyə məsələlərini yaxşı bilməyən ən sadə vətəndaşı da, Azərbaycanın bütövlükdə sahib olduğu vəsait qədər maliyyənin kənarda olmasına inandırmaq olmaz. Görəsən, C.Həsənlinin özü bu yalana, bu qədər maliyyəni hansısa digər yollarla ölkədən çıxarmağın mümkünlüyünə inanırmı və 48 milyardın nə qədər pul olması haqqında onun təsəvvürü varmı? çünki bu günə qədər Azərbaycan iqtisadiyyatından gələn gəlirlər çox dəqiq hesablamalarla respublikanın bu və ya digər fondlarında toplanır. Bu qədər maliyyə vəsaitinin qeyri-qanuni yollarla əldə olunması heç bir ciddi, az-çox savadlı adama inandırıcı görünə bilməz. çox təəssüf ki, C.Həsənli fürsətdən istifadə edərək bu yalanı da oxuculara təqdim etməyə çalşır.
- C.Həsənli qeyd edir ki, “biz heç kimə dövləti idarə etməyi öyrətmək fikrində deyilik, amma 20 ildir ki, ərazisi işğal olunmuş bir ölkənin 20 metr ərazisinin işğaldan azad edilməməsi səbəbini soruşmaq haqqına malikik və bu haqqı bizim əlimizdən heç kim ala bilməz”. Buna münasibətiniz necədir?
- Yaxşı olardı ki, C.Həsənli doğrudan da bu sualı həqiqi ünvanına yönəldə idi və indi müdafiə etdiyi insanların hakimiyyətdə olduğu dövrdə Azərbaycan torpaqlarının işğala məruz qalma səbəbini məhz onlardan soruşaydı. Bu sualın cavabı bizim üçün də maraqlıdır. Bütövlükdə isə C.Həsənlinin müsahibəsində özünütəkzib, ziddiyyətli fikirlər, əsası olmayan iddialar o qədər çoxdur ki, onların hamısına cavab vermək mümkün deyil. C.Həsənli dövlətin zor aparatı olduğunu qəbul etmək istəmir. Halbuki, dövlət sinifli cəmiyyətin siyasi sisteminin əsas institutu kimi məhz idarəetmə üçün yaradılmaqla zora söykənir. Əgər dövlət zorakılığı və dövlətin zoru olmasa, o zaman cəmiyyətdə 1991-93-cü illərdə olduğu kimi, vətəndaş zorakılığı hakim olur ki, bu da hüquqi dövlət anlayışına və ədalətli idarəetmə prinsipinə ziddir. Əlbəttə ki, dövlətin bu əsas missiyasını heç kim inkar edə bilməz və sevinirik ki, Azərbaycan cəmiyyəti də öz dövlətini, özünün zor aparatını formalaşdıra bilib. Bu fikirlərin fərqli şəkildə interpretasiyası isə sadəcə məsələnin məğzi ilə manipulyasiya etməkdən ibarətdir. Sonda bir fikri də bildirmək istərdim ki, C.Həsənli yazısı boyu daim Azərbaycan xalqına, ziyalılarına, ayrı-ayrı fərdlərə, onun kimi düşünməyən bütün insanlara qarşı aqressiya nümayiş etdirməklə, daxilindəki qeyri-tolerantlığı və antidemokratik ruhu büruzə verir. Bu zaman onun şəxsiyyətinin ziddiyyətli olması ortaya çıxır. Bir müddət əvvəl Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi fəaliyyət göstərən C.Həsənli öz fikirlərində daha səmimi, daha loyal və mülayim idi. Deputat seçilmədikdən sonra isə o, ətrafdakılara və hakimiyyətə qarşı yenidən aqressiv olmağa başladı. Hesab edirik ki, onun ictimai fəaliyyətində seçdiyi bu üsul məhz metodların kokteylidir. Elə həm də kakafoniyadır. Bu prinsiplərin, bu cür kakafonik düşüncə tərzi və ideoloji kokteylin məhsulu olan C.Həsənlinin kim olduğunu Azərbaycan cəmiyyəti bu günədək dəqiqləşdirə bilmir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

