Meliorasiya və su təsərrüfatı sahəsində nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir
02.10.2012 [17:03]
- Əhməd müəllim, meliorasiya və su təsərrüfatı ölkəmizin iqtisadiyyatının, xüsusi ilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır. Bu baxımdan, rəhbərlik etdiyiniz təşkilatın cari ilin ötən dövrü ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumat verməyinizi xahiş edirik...
- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi, cari ilin 8 ayı ərzində də konkret tədbirlər işlənib həyata keçirilmişdir. 2012-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, Cəmiyyət öz daxili imkanlarını səfərbər edərək, üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir. 2012-ci ilin 8 ayı ərzində Kür, Araz və onlara qovuşan çaylardakı mövcud torpaq mühafizə bəndlərinin 74,1 km hissəsində hündürləndirmə və möhkəmləndirmə işləri, 2826 kbm betonitlərlə və 2716 kbm faşinlə sahilbərkitmə işləri, Kür çayının uçmaya meylli sahillərində 91,8 km məsafədə qayakəsmə işləri görülmüş və 8 ədəd su keçidləri tikilmişdir. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait (10,1 mln. manat) və Maliyyə Nazirliyinin əmri ilə ayrılmış vəsait (13,0 mln. manat) hesabına bəndlərdə 182,95 km məsafədə (Kür çayı 110,75 km, Araz çayı 43,8 km və Girdiman çayı 43,8 km) təmir-bərpa işləri, Kür çayının təhlükəli döngələrində 730 pm məsafədə daş tökmə ilə sahilbərkitmə işləri aparılmışdır.
- Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən layihələrdən biri də əkin sahələrinin suvarılması, kollektor-drenaj şəbəkələrində əsaslı tikinti, təmir-bərpa və yenidənqurma işlərinin aparılmasıdır. Bu istiqamətdə görülən işlərin əhəmiyyəti nədən ibarətdir?
- Cari ilin 8 ayında suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 40,5 mln.kbm həcmində (15000 km) lildən təmizləmə işləri görülmüş, 4210 hidrotexniki qurğu, 685 hidropost, 3609 subartezian nasosu, 246 stasionar nasos, 306 elektrik və dizel mühərriki, 142 transformator, 8 üzən nasos stansiya təmir edilib işlək vəziyyətə gətirilmişdir. Çay məcralarında 10,9 mln. kbm həcmində məcratəmizləmə işləri aparılmış, 12,2 min kbm şax-daş və faşin, 2,7 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 13,4 min kbm həcmində təmir işləri görülmüşdür.
Vegetasiya suvarması başlananadək su anbarlarında 15,7 mlrd.kbm həcmində su toplanmışdır ki, bu da cari ildə vegetasiya suvarmalarının mütəşəkkil keçirilməsinə şərait yaratmışdır. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1351,8 min hektar sahədə orta hesabla 3,1 dəfə suvarılmış, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 4,1 dəfə, yem bitkiləri 441753 hektarda 3,3 dəfə, bostan-tərəvəz 70758 hektarda 4,5 dəfə, çoxillik əkmələr 83109 hektarda 3,2 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,0 dəfə suvarılmışdır. Hazırda payızlıq əkinlərin suvarılması davam etdirilir.
Bütün suvarma mənbələrindən 6,5 mlrd.kbm su götürülmüş və ayrıclardan su istifadəçilərinə 4,96 mlrd. kbm su verilmişdir. Cari ilin 8 ayı ərzində kollektor-drenaj şəbəkələri vasitəsi ilə suvarılan sahələrdən 2,88 mlrd. kbm duzlu drenac suları kənarlaşdırılaraq Xəzər dənizinə axıdılmışdır. Torpaq eroziyası və su itkisinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və digər su təsərrüfatı obyektləri boyunca 82 hektar sahədə yeni meşə zolaqları salınmışdır.
Hazırda 1325 min hektar suvarılan torpaq sahəsini əhatə edən 547 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir. Cəmiyyətlə Sudan İstifadəedənlər birlikləri arasında qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, onlarla müqavilələrin bütünlüklə bağlanılmasına nail olunmuş və 1840 min manat vəsait toplanmışdır.
Cari ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə büdcə və digər maliyyə mənbələri hesabına 01.09.2012-ci il tarixinə tikinti obyektlərində 440628,51 min manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
- Əhməd müəllim, verdiyiniz məlumatlardan aydın olur ki, bu sahədə ciddi nailiyyətlər əldə edilmişdir. Bəs hazırda bölgələrimizdə daha hansı layihələr həyata keçirilməkdədir?
- Dünya Bankının krediti hesabına “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işlərinin həyata keçirilməsi üzrə bağlanmış tikinti müqavilələrinin icrası davam etdirilmişdir. Layihə çərçivəsində 240,6 km içməli su və 272 km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Eyni zamanda, “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”ndə respublikanın 15 rayonunda (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) yaradılmış SİB-in xidmət ərazilərində təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin bərpası və həmin sahələrin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün layihə üzrə nəzərdə tutulmuş işlər davam etdirilmişdir. Layihə çərçivəsində Şimal regionu Quba rayonu Alekseyevka SİB-də suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi işləri başa çatdırılmış, Mil-Muğan regionu İmişli rayonu R-2 SİB-də suvarma və drenaj sistemlərinin qazılması, lildən təmizlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi davam etdirilmişdir. Eyni zamanda Qax, Zərdab, Sabirabad və Quba Regional Dəstək Mərkəzləri üçün ofis binalarının tikintisi başa çatdırılmış, Goranboy rayonunda 18 SİB üçün ofis binalarının tikintisi davam etdirilmişdir. Ümumilikdə 105624,71 pm uzunluğunda suvarma kanalları lildən təmizlənmiş, yenidən qurulmuş və bərpa olunmuşdur. 58500 pm uzunluğunda drenaj sistemində qazma və lildən təmizləmə işləri aparılmış, 120 ədəd hidrotexniki qurğu təmir olunmuş, 165 ədəd yeni qurğu tikilmiş və 4000 pm uzunluğunda suvarma boru kəməri təmizlənmişdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə 2012-ci ildə Dövlət Neft Fondundan ayrılmış 200,0 mln. manat vəsait hesabına “Taxtakörpü su anbarının SES-lə birlikdə tikintisi”, “Taxtakörpü- Ceyranbatan kanalının tikintisi” və “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi” obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.
Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli 90 s nömrəli sərəncamının icrası olaraq “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində kanalın 6,7 km -lik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi layihəyə uyğun olaraq 30 avqust 2012-ci il tarixində başa çatdırılmış və onun zonasında 774 və 831 hektar sahələrdə Səhmdar Cəmiyyətinə həvalə edilmiş kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal onun zonasında yerləşən Beyləqan rayonunun 1500 ha və Ağcabədi rayonunun 1300 ha sahədə özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə Padar magistral kanalının hidrotexniki qurğularla birlikdə 3 km-lik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmiş və Araz çayının yeni qolunun tikintisi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi obyekti üzrə Araz çayının Yeni qolunun 5 km-lik hissəsində Baş sugötürücü qurğuda tamamlama işləri aparılmışdır. Eyni zamanda Sabirabad, Salyan və Qax rayonlarında yerləşən 29 min hektar az məhsuldar qış otlaqlarında meliorativ tədbirlərin aparılması məqsədi ilə layihə sənədləri hazırlanmışdır.
- Torpaqların su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər hansı səviyyədədir?
- Torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə Neftçala, Kürdəmir, Goranboy, Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Qazax və Ağstafa rayonlarında 68717 pm uzunluğunda suvarma kanalları, nasos stansiyaları tikilmiş, yenidən qurulmuş və bərpa olunmuşdur.
Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarlarında əsaslı təmir işləri aparılmış, “Şəmkirçayı üzərində dəryaçanın tikintisi” kompleksinə daxil olan Şəmkir çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmiş, bənddə gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş və ondan su götürən Sol və Sağ sahil magistral kanallarına su vermək, eləcə də Gəncə şəhərinin və Samux rayonunun əhalisini içməli su ilə təmin etmək üçün ümumi uzunluğu 9 km və sərfi saniyədə 21 kbm olan tunelin 8 km- lik hissəsi tikilmiş, qidalandırıcı, nəqledici, təhliyyə kanallarında qurğularla birlikdə tikinti işləri aparılmış və s. işlər yerinə yetirilmişdir.
Respublikanın rayonlarında 1401 hektar sahədə, əsasən suvarma su mənbəyi işğal zonasında qalmış rayonların əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün qazılacaq 40 ədəd subartezian quyusunun yerləri müəyyənləşdirilmiş və layihə sənədləri hazırlanaraq 29 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.
Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində və rayonun sərhədyanı ərazilərində, Yevlax rayonunun 1000 ha torpaq sahəsində, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, İsmayıllı rayonunda Mican kəndində, Tərtər, Ağstafa və Şəmkir rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədi ilə ümumilikdə 63365 pm uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 km-lik başlanğıc hissəsində və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisində 15 km-lik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər rayonu üzrə Zirə qəsəbəsi, Sabunçu rayonu üzrə Bilgəh kəndinin, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyaların, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır. Ümumilikdə 7316 pm kanal yenidən qurulmuş, 25018 pm təzyiqli metal boru və 11273 pm uzunluğunda suvarma boru kəməri çəkilmişdir.
- Məlum olduğu kimi, sel və daşqınlar nəticəsində bir sıra yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi ziyan dəydi. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması, eləcə də, gələcəkdə bu problemlərin qarşısını almaq üçün görülən işlər haqqında da məlumat verərdiniz...
- Respublikanın ən sel təhlükəli hesab olunan çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi işləri həyata keçirilmişdir. Respublika ərazisindəki (Göyçay, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcanaçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qarqarçay və Dəmiraparançay) çaylarında 6309,37 pm uzunluğunda (dəmir-beton, daş-beton, beton, daş tökmə) sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, Türyançay çayının məcrasında 2045 pm uzunluğunda məcratəmizləmə işi görülmüş, İran İslam Respublikası ilə sərhəddə yerləşən Araz və Bolharı çaylarında sahilbərkitmə işləri aparılmışdır. Neftçala rayonu ərazisində Kür çayı boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləndirilməsi tədbirləri üzrə 89,72 km uzunluğunda bənd vurma işləri görülmüşdür.
Qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Mil-Muğan hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar tikinti işləri tamamlanmış, Göyçay rayonu ərazisində Göyçay çayında baş sugötürücü qurğuda və Şirvan şəhərinin ərazisində Baş Şirvan kollektorunda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilmiş, Quba rayonunda Qudyalçay hidroqovşağında bərpa işləri aparılmışdır.
Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və su təsərrüfatı sahəsində 2012- ci ildə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19

