Azərbaycan hakimiyyəti bu hadisədən qətiyyən sarsılmayıb
02.10.2012 [17:04]
Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi:
- Gülər Əhmədova və Elşad Abdullayev arasında görüşün videosu və onun cəmiyyətdə yaratdığı rezonansa münasibətinizi bilmək istərdik.
- Əlbəttə, bunun rezonans doğurmağı təbiidir. Biz belə də gözləyirdik. Nəzərə alınsa ki, tərəflərdən biri keçmişdə universitet təsisçisi, rektoru, digər tərəf isə millət vəkili, hakim partiyanın üzvü olub. Bu, gözlənildiyi kimi rezonans doğurdu, Azərbaycan cəmiyyətində müəyyən müzakirələrə yer açdı. Ancaq təəssüf doğurucu hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, Prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər. İki-üç gündür, biz bunu mətbuatdan müşahidə edirik. Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir. Çünki bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub. Belə əyri yollarla topladıqları sərvəti hesabına kimlərinsə vasitəsi ilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar. Azərbaycan cəmiyyətində keçmişdə də belə hallar olub, bu gün də var, gələcəkdə də olacaq. Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu səhvdir. Hakimiyyət bu hadisədən qətiyyət sarsılmayıb. Keçmişdə də biz Elşad Abdullayev kimi insanların mənsəb qazanmasına imkan verməmişik, bu gün də vermirik, gələcəkdə də verməyəcəyik. Amma belə cəhdlərin qarşısını da almaq indiyədək heç bir hakimiyyətə nəsib olmayıb. Əsas məsələ odur ki, hakimiyyət buna qarşı ciddi mübarizə aparır. Belə bir əzm bizdə var. Cəmiyyətdə bu məsələyə olan münasibəti də, cəmiyyətin ayrı-ayrı institutlarında doğurduğu rezonansı da biz yaxşı anlayırıq.
- Bu hadisədən sonra müxalifət düşərgəsindən parlamentin qeyri-legitim olduğu və buraxılması, yenidən seçkilərin keçirilməsinə dair bəyanatlar səsləndirilir...
- Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur. O cümlədən nə müxalifətdə, nə də bu işi tədqiq edən daxili və xarici ekspertlərdə... Elə Elşad Abdullayevin videosunun özü də onu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar. Onlar kiminlə danışıq aparıblar, bunun bugünkü parlamentə heç bir dəxli yoxdur. Onlarla Gülər Əhmədova kimi, ondan da yüksək ranqlı, hakimiyyətə daha yaxın olan insan tapa, işə qoşa bilərdilər. Amma bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfü, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz.
- Elşad Abdullayev Azərbaycanın hüquq-mühafizə orqanlarını adam oğurluğu ilə bağlı etdiyi müraciətlərə baxmamaqda ittiham edir. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Elşad Abdullayevin hüquq-mühafizə orqanları ittiham etməyə heç bir əsası yoxdur. Onun necə insan olduğunu, cəmiyyətdə hansı imic qazandığını hamı yaxşı bilir. Əlbəttə, deyə bilərlər ki, necə oldu, belə bir insan Azərbaycanda universitet açdı, tələbələr yığdı, ən həssas bir sahədə müəssisə sahibi oldu. Təəssüflər olsun ki, belələri ayrı-ayrı zamanlarda müəyyən əməllərini həyata keçirə bilirlər. Amma hakimiyyət onun xarakterini, məqsədini bilən kimi universitetini bağladı. Bu gün müxalifət gecə-gündüz bağırır ki, Elşad Abdullayev hakimiyyəti ifşa elədi. Bəs Elşad Abdullayevin özünü kim ifşa elədi? Məgər o müxalifətçilərin özlərinin uşaqları, yaxınları həmin universitetdə təhsil almırdılar? Orada dərs demirdilər? Elşad Abdullayevdən bəhrələnməyə çalışmırdılarmı? Hakimiyyət onun Azərbaycan təhsilinə daxil olmaqla güddüyü məqsədi bilən kimi dərhal o universiteti bağladı. Elşad Abdullayev əlində çamadanlarla, əyri yollarla əldə elədiyi pullarla qapı-qapı gəzməyə başladı ki, universitetin fəaliyyətini bərpa eləsin. Buna nail ola bilmədi. Bunu Elşad Abdullayevin özü sübut elədi. İndi o, hakimiyyəti təhdid edir ki, onda başqa video var, açıqlayacaq. Azərbaycan hakimiyyəti Elşad Abdullayevin açıqlayacağı heç bir videodan qorxmur. Hakimiyyət Elşad Abdullayevin əməllərinə heç vaxt şərik olmayıb, gələcəkdə də olmayacaq. Onun hansısa yollarla qazandığı pullara şərik olmaq istəyən, qeyri-qanuni yolla ona vasitəçilik etmək istəyən insanlarla bağlı faktı varsa, buyursun, açıqlasın. O adamlar mütləq şəkildə cəzalandırılacaqlar. Azərbaycan hakimiyyətində belə insanlar təmsil olunsalar da, onlar zamanında müəyyən edilib və cəzalarını alıblar. Keçmişdə də biz belə insanları cəzalandırmışıq, bu gün də Prezidentimizin iradəsi ondan ibarətdir ki bu cür insanlar cəzalarını almalıdırlar. Gələcəkdə də belə olacaq. Biz belə hallarla barışmaq niyyətimiz yoxdur.
- Gülər Əhmədovanın bundan sonrakı siyasi taleyi necə olacaq?
- Hər halda video prokurorluq tərəfindən araşdırılır. Videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur. Yəni belə bir çəkiliş olub. Bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq. Heç kimə güzəşt yoxdur. Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini Ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir. O anlamda düşünürəm ki, bu yoxlamanın axırını gözləməliyik. O ki, qaldı Gülər Əhmədovanın YAP-da gələcək təmsilçiliyinə, partiya ilə münasibətlərinə, bu haqda partiyanın müvafiq orqanları açıqlamalar verib. Mən onu da demək istəyirəm ki, müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də, bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub, onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nə isə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

