Azərbaycandakı qədər azad və demokratik seçki heç yerdə keçirilmir
05.10.2012 [03:47]
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi:
- Mediada belə bir fikir var ki, Siyavuş Novruzov Gülər Əhmədovanı qoruyur. Bu nə dərəcədə realdır?
- Gülər Əhmədova bəyəm uşaqdır, nədir onu qoruyasan?! Maraqlı yazırlar. Hər bir şəxsin özünün atdığı addımlar var. Bu addımlarla əlaqədar da bilirsiz ki, Gülər Əhmədova MSK-ya müraciət etdi. Öz mandatından imtina etdi. MSK da qərar verdi. Qalan məsələlər istintaqın işidir. Kimin təqsirli olub-olmamağını istintaq müəyyənləşdirə bilər. Yəni ortada fakt var. Mən dəfələrlə demişəm ki, kimin hansı partiyanın üzvü olub-olmamasından, hansı vəzifəni daşımasından, hansı ixtisas sahibi olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Qanun bunu araşdırıb öz fikrini deyəcək. Bunu gündəmdə saxlamağın heç bir mənası yoxdur. Bununla bağlı kifayət qədər yazılıb, hər kəs də öz mövqeyini bildirib.
- Gülər Əhmədova YAP-dan nə vaxt xaric ediləcək?
- O, YAP-ın sıravi üzvüdür. Partiyanın rəhbər orqanlarında təmsil olunmur. Ona görə də təşkilat nə vaxt məqsədə müvafiq biləcəksə, onda xaric ediləcək. Onu hələ heç kəs deyə bilmir ki, YAP-dan çıxarılacaq, ya da çıxarılmayacaq. Bunlar hamısı araşdırmalardan sonra həll olunacaq.
- Belə bir fikir dolaşır ki, YAP Elşad Abdullayevin məsələsinə birmənalı qiymət verməyib. Siz nə düşünürsünüz?
- Bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Bu da öz həllini tapacaq. Burada nə birmənalı, nə beşmənalı qiymət var? Hansı mənadan söhbət gedə bilər? YAP-da həmişə bütün məsələlərlə bağlı yekdil fikir olub. Kimsə bir cinayət törədibsə, hər cinayət törədəndən ötrü partiya münasibət bildirməlidir? YAP iqtidar partiyasıdır. Eyni zamanda, kim nə əməlin sahibirdirsə, qanun qarşısında cavabdehdir. Elşad Abdullayev də partiyanın rəhbər strukturunda təmsil olunmayıb. Seçkili orqanda yoxdur. Buna nə münasibət bildirməliyəm?
- Yəni bildirilir ki, Elşad Abdullayev bir il bundan qabaq YAP-dan xaric olunub? Bu düzdürmü?
- Bilirsiniz, bizim hər rayon təşkilatında 13 000, 17 000 min partiya üzvümüz var. Hər biri də partiya qarşısında bərabərdir. Elşad Abdullayev də partiyanın rayon təşkilatının sıralarından xaric olunub.
- İctimai Palata ilə Ziyalılar forumu arasında keçiriləcək “Ümumrespublika demokratiya müşavirə”sinə YAP-ın dəvət edilib-edilməməsi ilə bağlı iki qurum arasında fikir ayrılıqları var. Siz bunu necə qiymətləndirirsiniz?
- Birincisi, bunlar hər ikisi bir dərnəkdir. Hər hansı ictimai-siyasi bir qurum deyil. Bir-biri ilə görüşməsi və yaxud da hansısa fikirlər söyləməsi bizim üçün o qədər də əhəmiyyət daşımır. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə siyasi partiyalar məşğuldur. Siyasi partiyaların da hər birinin özünün nizamnaməsi var. Həmin nizamnamənin tələblərinə uyğun olaraq da addımlar atılır. Qarşılarına qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə məşğuldurlar. Ora hərə bir tərəfdən gəlib yığışıb. Onlar eyni əqidəyə və ideyaya qulluq edən insanlar deyil. Bu baxımdan da mən hesab edirəm ki, bu məsələ bunların YAP-ın qərargahına gəlib-gəlməməsi ilə bağlı deyil. Sadəcə olaraq özlərinin arasında ciddi şəkildə bir konflikt var. Bu konflikti ört-bastır etmək üçün də bu məsələdən istifadə edirlər. Bir çoxları elə əvvəldən İctimai Palatanın nəyəsə qadir olmadığını görüb ordan uzaqlaşdı. Bəziləri bekarçılıq əlaməti olaraq ora yığışıb. Bəziləri hər hansı məsələ ilə bağlı fikir mübadiləsi üçün yığışıb. Məqsədli şəkildə ora toplaşan insanlardır.
- Əgər müxalifətdən YAP-a həmin müşavirədə iştirak etmək üçün dəvət gəlsə, qəbul edəcəksiniz?
- Bu ümumxalq müşavirəsi deyil. Onlar heç bir xalqı təmsil etmir. Xalqın təmsilçilik forması var. Xalqı Azərbaycan Respublikasının Prezidenti təmsil edir. Çünki xalq Ona mandat verib. Öz qohum-əqrəbasını təmsil edə bilməyən şəxs necə xalqın təmsilçisi ola bilər? Bunu həm hüququ, həm də mənəvi tərəfdən fikirləşin. O insanların heç bir potensialı çatmır ki, xalqı təmsil etsin.
- Gürcüstanda keçirilən parlament seçkilərində sizcə, Saakişvili niyə uduzdu?
- Onu gürcü xalqı özü müəyyənləşdirir. Seçkilər xalqın iradəsini ifadə edir. Xalq belə məsləhət görüb belə olubdur, yəni. Bu xalqın iradəsindən asılıdır.
- Belə demokratik bir seçki 2013- cü ildə ölkəmizdə də baş tutacaqmı?
- Azərbaycanda həmişə ədalətli, demokratik seçkilər keçirilib. Yenə də keçiriləcəkdir. Azərbaycanda keçirilən seçkilərin demokratikliyinə heç kimin şübhəsi ola bilməz. İqtidar həmişə ədalətli seçkilərin tərəfdarı olub. Bunu da həyata keçirib. Sadəcə, bəzi beynəlxalq təşkilatların, seçkidə uduzanların qərəzli fikirləri ortada olub. Azərbaycana təzyiq göstərib təbii sərvətlərini öz xeyirlərinə istifadə etmək istəyənlər, dövlətlər və bəzi beynəlxalq təşkilatlar belə addımları atır. Elə Ramil Səfərovla bağlı məsələni götürək. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı indiyə kimi bir bəyanat verməyən təşkilatlar sadəcə Ramil Səfərovun qanuna və hüquqa uyğun şəkildə əfv olunmasına görə hər biri bəyanat yayır. Amma Azərbaycanın haqq işi qalıb kənarda. 20 ildən artıqdır ki, Azərbaycanın əraziləri işğal altındadır. BMT TŞ-nin dörd qətnaməsi var. Heç biri bir addım atmırlar. Seçkidə də həmin qərəzin şahidi olduq. İstər Avropa Birliyi, istər Avropa Şurası, istərsə də ATƏT tərəfindən. Həmin ATƏT bəyan edir ki, yazı-pozu bilməyən Əfqanıstanda demokratik seçki keçilirilib. Hansı ki, onlar imza ata bilmirlər, barmaq basırlar. Və yaxud İraqda belə demokratik seçki keçirilib. Görürsünüz onların demokratiyasını, yəqin sizin də məlumatınız var. Azərbaycana çatanda isə öz qərəzlərini ortaya qoyurlar.
- Bu qərəzin səbəbi nədir bəs?
- Səbəb Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə istifadə istəyidir.
- Saxtalaşma demişkən, Gülər Əhmədovanın o rüşvət videosunda da ATƏT-in, Avropa Şurasının da adı çəkilir...
- ATƏT, Avropa Şurası qərəzli bəyanatlar verir. Mən neçə-neçə ölkələrdə müşahidəçi olmuşam. ABŞ-da, Avropa ölkələrində də müşahidəçi qismində iştirak etmişəm. Azərbaycandakı qədər azad və demokratik seçki heç yerdə keçirilmir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

