Azərbaycanın geostrateji məkanda yerləşməsi fəaliyyətimizə geniş imkanlar açır
06.10.2012 [16:39]
- Elçin müəllim, ilk olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti haqqında ümumi məlumat verməyinizi xahiş edirik. Son zamanlar görülən işlər barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, liman fəaliyyətini müasir tələblər səviyyəsində qurmağa çalışır. Fəaliyyətə başladığı dövrdən liman tədricən öz imkanlarını genişləndirib. Məlumat üçün bildirim ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə təsis edilib. Amma bu limanın yaradılmasına dair 1562-ci ildə şah Təhmasibin fərmanı da mövcud olub. Yarandığı vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan Liman, keçən bir əsrdən artıq dövr ərzində inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilib və trans-Xəzər ticarətində mühüm rol oynayır.
Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, tarixi İpək Yolunun bərpası olan TRASECA layihəsində körpü rolunu oynayır.
Aprel ayından noyabr ayınadək, Rusiyanın daxili su yollarında naviqasiya açıq olanda gəmilər Qərbi Avropa və Qara Dəniz limanlarından Bakı limanına birbaşa reyslər edə bilərlər. Son on ildə Trans-Xəzər neft daşımalarının və neft avadanlığının Azərbaycana idxalının əhəmiyyətli dərəcədə artması fonunda Limanın bir nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artıb. Mən həmçinin, diqqətinizə bir sıra statistik məlumatları çatdırmaq istəyirəm. Belə ki, 2011-ci ildə limandan 6 709 min ton yük aşırılıb. Bu isə, 2010-cu ilin göstəricisindən 16,8 faiz çoxdur. Bunlardan 3 836 min tonu Bərə terminalı vasitəsilə Bakı - Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı istiqamətlərində qəbul edilərək göndərilib. Dübəndi terminalında 1 745 min ton neft və neft məhsulları, əsas yük terminalında 1 128 min ton quru yüklər işlənib. Cari ilin 9 ayı ərzində də limanın göstəriciləri qənaətbəxşdir. Bu dövr ərzində limanda 4 750 min ton yük aşırılıb. Bunun 59 faizi bərə terminalının, 22 faizi neft terminalının, qalanı isə əsas yük terminalının payına düşür.
- Terminallardan söz düşmüşkən, bu strukturların vəzifəsi nədən nədən ibarətdir?
- Bizim əsas fəaliyyətimiz gəmilərə xidmət və yüklərin aşırılmasıdır. Liman bir neçə terminaldan ibarətdir. Konteyner Terminalı Əsas Yük Terminalının bazasında yaradılıb və bütün tiplərdən olan konteynerlərin, o cümlədən, 40 futluq konteynerlərin aşırılması üçün nəzərdə tutulub. Terminal ildə 15 000-ə qədər konteyner qəbul etmək imkanına malikdir. Terminaldakı bağlı anbarların sahəsi 1600 kv. metrdir. Terminalın idarə edilməsi beynəlxalq standartlara cavab verən müasir kompyuter sistemi vasitəsi ilə həyata keçirilir. Konteyner Terminalı müasir yükaşırma avadanlığı- 42 tonluq y/q qabiliyyəti olan Kalmar tipli avtoyükləyici və 40 tonluq y/q qabiliyyəti olan Kalmar tipli ştabelyığıcı, Terberq tipli 2 liman dartıcısı, 6 ədəd Planmarin tipli yedək, Hayster tipli 3 avtoyükləyici ilə təchiz olunub. Dəmiryol xətti terminalın beynəlxalq konteyner daşımaları xətlərinə çıxışını təmin edir.
Bərə Terminalında isə, Bakı və Türkmənbaşı /Aktau/ İran limanları arasında hərəkət edən dəmiryol vaqonlarının, yük və minik avtomaşınlarının bərələrə/bərələrdən aşırılması, habelə, sərnişinlərin mindirilib-düşürdülməsi həyata keçirilir. Bu istiqamətlərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin bərələri işləyir. Hər bir bərə eyni vaxtda 28 dəmiryol vaqonu yaxud 40 treyler, 202 sərnişin və 50-yə dək minik avtomaşını qəbul edə bilər. Terminal ildə 8 milyon tonadək yük aşırmaq gücünə malikdir. Bərə Terminalı, Avropa və Asiyanı birləşdirən körpü olması etibarı ilə, tarixi İpək Yolunun bərpası olan TRASECA layihəsində çox mühüm rol oynayır. Xüsusi ilə Avropa-Asiya istiqamətində yük axınlarının daimi, ilbəil artımını nəzərə alaraq yaxın illərdə hər iki xətdə yükaşırmanın həcminin əhəmiyyətli dərəcədə yüksəlməsini gözləmək olar.
- Neft və sərnişin terminallarının üzərinə nə kimi vəzifələr düşür?
- Dübəndidə yerləşən neft terminalı Abşeron yarımadasında ən iri neftaşırma terminalıdır. Terminal, Qara dəniz limanlarına, oradan da dünya bazarlarına göndərilən Qazaxıstan, Türkmənistan və Azərbaycan neftinin aşırılmasını həyata keçirir. Terminalda eyni vaxtda, yükaşırma qabiliyyəti 5000 tondan 13000 tona qədər olan 4 tankerin boşaldılmasına imkan verən 2 pirs vardır. Terminal ildə 15 milyon tonadək yük aşırma gücünə malikdir. “Əsrin müqaviləsi” çərçivəsində inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdıqdan sonra dünya bazarlarına nəql edilmək üçün xaricdən gələn neftin həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Tranzit neftin həcminin artması Neft Terminalının mövcud guclərinin artırılmasını tələb edir. Terminalda, onun akvatoriyasında gəmi üzgüçülüyünün təhlükəsizliyini təmin edən gəmilərin hərəkətini idarəetmə xidməti (GHİX) fəaliyyət göstərir. GHİX, gəmilərin bütün sutka ərzində ötürülməsini təmin edən müasir radionaviqasiya avadanlığı ilə təchiz edilib.
600 və 1600 at gücündə olan iki yedəkçi gəmilərin təhlükəsiz yanalmasını təmin edir. Terminal, gəmilərdən çirklənmiş tullantıların qəbul edilməsi, ətraf mühitin çirklənməsinə, o cümlədən, qəza nəticəsində neft və neft məhsullarının axması hadisələrinə qarşı mübarizə üçün müasir avadanlıqla təchiz olunub. İki neft tullantısı yığan gəmi bütün sutka ərzində akvatoriyada növbə çəkir.
Körpülərinin ümumi uzunluğu 340 metr olan Sərnişin Terminalı isə yerli və xarici sərnişin gəmilərinin qəbul edilməsi üçün nəzərdə tutulub. Perspektivdə terminaldan Xəzəryanı ölkələrin limanları arasında müntəzəm reyslər edən sərnişin gəmilərinə xidmət etmək üçün istifadə edilməsi gözlənilir. Biz Dəniz Vağzalının əsaslı təmir edib istifadəyə vermişik, vağzal sərnişinlərin yüksək səviyyəli istirahətini təmin edən müasir avadanlıqla təchiz olunub.
Sərnişin Terminalının körpülərindən neftçilərin gündəlik olaraq Neft Daşlarına daşınılması həyata keçirilir.
- Bəs Liman müfəttişliyi və Gəmilərin Hərəkətini İdarə Etmə Mərkəzi işini hansı səviyyədə qurub?
- Liman müfəttişliyinin və Gəmilərin Hərəkətini İdarə Etmə Mərkəzinin yüksək səviyyəli ixtisasa malik kadrları gecəli-gündüzlü sahil, dəniz hidrotexniki qurğularının, gəmilərin texniki vəziyyətini nəzarətdə saxlayır, gəmilərin hərəkəti zamanı, lövbər və ya körpüdə dayandığı vaxtlar onların qarşılaşa biləcəyi maneə və təhlükələr barədə qabaqcadan xəbərdar edir, onların hərəkətini tənzimləyir, hava şəraiti və daha optimal iş variantları barədə məlumatlar çatdırır.
Liman müfəttişliyinin Gəmilərin Hərəkətini İdarə Etmə Mərkəzi müasir radiotexniki avadanlıqla təchiz olunub və gəmilərin sahillə operativ əlaqə yaratmasına, bədbəxt hadisə baş verərsə təcili xilasetmə işlərinin başlanması və idarə olunmasına imkan yaradır. Limanın dənizdə 10 mil məsafədə nəzarət etdiyi sahədə, dəniz nəqliyyatı ilə bağlı fəaliyyətlə məşğul olan hər bir müəssisə Liman nəzarəti müfəttişliyi ilə əlaqə saxlamasından ancaq faydalana bilərlər.
Bütün bunlardan əlavə, Liman donanması fəaliyyət göstərir ki, yedəkçiləri, bunker gəmilərini, işlənmiş suları yığan gəmiləri, neftyığan gəmiləri, losman və yanğınsöndürən katerləri, kran gəmisini özündə birləşdirən 20 gəmidən ibarətdir. Donanma, nəqliyyat gəmilərinə xidmət göstərmək üçün nəzərdə tutulur. Liman donanmasının tərkibinə həmçinin, əhaliyə və şəhərimizin qonaqlarına xidmət göstərən gəzinti katerləri daxildir.
- Limanın işinin hüquqi tənzimlənməsi, beynəlxalq əməkdaşlıq məsələləri necə qurulur?
- Bizim təşkilatımızın nizamnaməsi var və bu nizamnaməyə əsasən fəaliyyət göstəririk. Təşkilat birbaşa Nazirlər Kabinetinə tabedir. Beynəlxalq məsələlərə gəlincə, fəaliyyətimiz bütün tələblərə uyğundur və bu yöndə nəzarəti Dövlət Dəniz Administrasiyası həyata keçirir.
Əlbəttə ki, bir sıra ölkələrin şirkətləri ilə əməkdaşlıq edirik və öz xidmətlərimizi onlara təklif edirik. Biz xidmətimizin 60 faizini Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəririk. Eyni zamanda, Qazaxıstanın, İranın gəmilərinə xidmət göstəririk və ayrı-ayrı şirkətlərin yükaşırmalarında iştirak edirik.
Onu da qeyd etmək istəyirəm ki, Sovet dövründə işlər sistemləşdirilmişdi və Bakı limanı Xəzərin şərqi ilə qərbini birləşdirirdi. Amma indiki şəraitdə işimizi elə qurmağa çalışırıq ki, xarici ölkələrin şirkətlərini özümüzə cəlb edə bilək. Hədəfimiz Çinlə geniş əməkdaşlıq etməkdır. Bu gün Çin bu yöndə Rusiya ilə fəal əməkdaşlıq edir. Bakı limanının gücü çoxdur. Amma Çindən gələn yükləri qarşılamaq üçün Türkmənsitan və Qazaxıstan limanları da tələblərə cavab verməlidir. Bu gün Bakı limanı yükaşırılması işində bütün Xəzəryanı dövlətlər arasında birincidir. Çünki bütün istiqamətlərdə bu proses həyata keçirilir.
- Ələt qəsəbəsinin ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi inşa olunur. Bu kompleks istifadəyə veriləndən sonra perspektiv imkanlarınız nə dərəcədə genişlənəcək?
- Bildiyiniz kimi, 2010-cu il noyabrın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsinin ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi keçirilib. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq.
Yeni limanın layihələndirmə işlərində biz iştirak etmişik və ərazini təklif kimi irəli sürmüşdük. Azərbaycan geostrateji bir məkanda yerləşir və yuxarıda qeyd etdiyim kimi, Böyük İpək Yolunun üzərində olması geniş imkanlar açır. Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra imkanlar daha da genişlənəcək. Bu mənada yeni liman daha böyük tutuma malik olacaq. Bu liman Gürcüstan yolunun üzərində yerləşəcək və beləliklə də, müəyyən yükdaşıma, nəqliyyat xərcləri, həm də zaman müddəti azalacaq. Təsəvvür edin ki, indiki ərazimizdən bir vaqon bərədən çıxandan 16 saat sonra Biləcəri qəsəbəsinə gedib çıxır. Çünki Bakı şəhərində böyük sıxlıqdır. Bu baxımdan da, yeni liman böyük üstünlüklərə malikdir. Nəzərdə tutulur ki, yeni liman kompleksi 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində istismara verilsin.
Təbii ki, yeni limanın istismara verilməsi fəaliyyətimizdə böyük imkanlar açacaq. Biz tranzit yüklərin cəlb olunmasına çalışırıq. İnanıram ki, bu sahədə də lazımi nəticələr əldə olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

