Yeni layihələr Azərbaycanın dünyada əhəmiyyətini daha da artırır
05.07.2013 [01:44]
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov www.yap.org.az saytına müsahibə verib:
- Valeh müəllim, bu günlərdə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya çıxaracaq layihə kimi Trans-Adriatik Qaz Kəmərini (TAP) seçdi. Bu layihənin Azərbaycan üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, Avropa bazarı regionda ən böyük bazardır. Bu bazarın yaxın onilliklərdə təbii qaza olan tələbatı daha da artacaq. Ona görə də, Azərbaycan qazını Avropa bazarına çatdıran layihələr önəmlidir. Əlbəttə ki, bu layihələr arasında müxtəlif variantlar ola bilər. Onların arasından iqtisadi və maliyyə cəhətdən daha mənfəətli olduğuna görə TAP layihəsi seçilib. Təbii ki, mütəxəssislər müəyyən tədqiqatlar aparandan sonra dəyərləndirmələrin nəticəsi olaraq bu qərar verilib.
Layihənin əsas əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan qazı ən əlverişli, təhlükəsiz və səmərəli yol ilə Avropa bazarına çatdırılacaq. Onu da nəzərə almaq lazımdır ki, TAP layihəsi Azərbaycanla Avropa bazarı arasındakı məsafənin yalnız bir hissəsini əhatə edir. Amma bu yolda Türkiyə bazarı var, bununla bərabər Yunanıstan vasitəsilə başqa bazarlara da çıxmaq imkanı var. Çünki TAP-dan öncə TANAP layihəsi həyata keçirilməlidir. Bu da çox önəmlidir, çünki TANAP olmasa, Avropaya bizim qazımızı aparan hər hansı layihənin önəmi yoxdur. Ona görə də, ən önəmli layihə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyə sərhəddinə çatan qaz kəməridir, ondan sonra isə Türkiyə ərazisindən keçən TANAP layihəsidir. TANAP-la bağlı artıq lazımi işlər gedir. Amma nəzərə almaq lazımdır ki, TAP-la bərabər TANAP-a birləşə biləcək başqa kəmərlər də ola bilər. Bununla da, Azərbaycan qazı yalnız Türkiyə, Yunanıstan və İtaliyaya yox, İtaliya vasitəsilə digər Avropa ölkələrinə nəql olunacaq. Bilirsiniz ki, bir neçə gün öncə İsveçrə Senatının spikeri ölkəmizdə səfərdə oldu. Bu qonaq da TAP layihəsinin əhəmiyyətini vurğuladı. Çünki bu kəmərin çəkilməsi ilə İsveçrə üçün də imkanlar yaranır. Ümumiyyətlə, bu layihə Avropa ölkələri üçün çox əhəmiyyətli olacaq.
- Bildiyimiz kimi, Ümummilli lider Heydər Əliyev Azərbaycanın neft strategiyasının müəllifidir. Hazırki layihələri də bu neft strategiyasının məntiqi davamı hesab etmək olarmı?
- Strategiya ona görə strategiyadır ki, o qısa bir müddət üçün hesablanmayıb. Yəni strategiya uzunmüddətli dövrü əhatə edir. Təbii ki, bütün bunları Ulu öndər Heydər Əliyevin təkcə neft strategiyasının yox, bütövlükdə iqtisadi və siyasi strategiyasının da bir hissəsi kimi qəbul etmək lazımdır. Çünki bu strategiyada layihələrin adları konkret çəkilməsə də, strategiya çərçivəsində görülən işlər ölkəmizi bu istiqamətə aparırdı: Azərbaycanın neft və qazını, iqtisadiyyatımızı dünya bazarları üçün açmaq, iqtisadiyyatımızı dünya iqtisadiyyatının bir hissəsinə çevirərək inkişaf etdirmək. Təbii ki, Heydər Əliyevin neft strategiyasının uğurlu inkişafı olmasaydı, o nailiyyətlər əldə edilməsəydi, bu siyasətin davamı da ola bilməzdi. Əlbəttə ki, bu yeni mərhələdə, yeni şəraitdə qəbul edilmiş qərarlar Ulu öndər Heydər Əliyevin strategiyasının əsasında qurulmuş və inkişaf edən layihələrdir.
- ABŞ, Avropa İttifaqı və başqa dövlətlər TAP layihəsini dəstəklədiklərini bəyan ediblər. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini nə dərəcədə gücləndirir?
- Mənim fikrimcə, müəyyən qüvvələr Azərbaycana hər zaman qısqanclıqla yanaşırlar. Səbəbi də bundan ibarətdir ki, bəzi qonşu ölkələrdən fərqli olaraq Azərbaycan doğrudan da müstəqil siyasət həyata keçirən dövlətdir. Bu müstəqillik formal deyil, Azərbaycan qüdrətli, inkişaf edən ölkədir və maliyyə cəhətdən də heç kimdən asılı deyil. Əksinə, Azərbaycanın yetərli qədər maliyyə imkanları var və bunun əsasında da inkişaf edir. Eyni zamanda, başqa ölkələrə investisiya da yatırırıq. Bu nöqteyi-nəzərdən, Azərbaycan, əlbəttə ki, tam müstəqil dövlət olaraq başqalarından özünə qarşı bərabərhüquqlu tərəfdaş kimi yanaşma tələb edir. Bunu isə bəziləri qəbul edə bilmir.
Bu baxımdan, Azərbaycan kiminsə dəstəyinə, yardımına arxalanaraq öz inkişaf proqramını qurmur. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının gücü ondan ibarətdir ki, Azərbaycan öz imkanlarına, öz qüdrətinə, öz millətinə güvənərək inkişaf siyasətini qurub və uğurla həyata keçirir. Ona görə də, Azərbaycan dövləti hər hansı qərarı verəndə kiminsə dəstəyinə arxalanmır, ölkəmizin, xaqımızın firavan gələcəyini düşünür. Bu mənada şəxsən mənim üçün bir o qədər də önəmli deyil ki, hansısa dövlət və ya təşkilat bu layihəyə dəstək verir. Önəmlisi odur ki, bu qərarı verən Azərbaycan dövləti və onun başçısıdır. Bu qərar Azərbaycana, xalqımıza və onun gələcəyinə xidmət edir. Onu da deyim ki, layihə həyata keçiriləndən sonra yeni imkanlar yaranacaq. Yəni, Azərbaycanın dünya iqtisadi həyatında, dünya siyasətində dəyəri artır. Və Azərbaycan beynəlxalq miqyasda daha da önəmli ölkə olacaq, regional səviyyədə yox, daha geniş səviyyədə dəyərləndiriləcək. Bu baxımdan, bəhs etdiyimiz dövlətlərin TAP layihəsini dəstəkləmələri heç də təsadüfi deyil. Azərbaycan həmin ölkələr üçün önəmli dövlətdir. Yəni onlar Azərbaycanın önəmini nəzərə alaraq belə bəyanatlar verirlər.
- Bəs yaxın perspektivdə bu layihəyə Mərkəzi Asiya dövlətlərinin qoşulması nə dərəcə real ola bilər?
- Yadınızdadırsa, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə dair qərar veriləndə hər tərəfdən deyirdilər ki, bu kəmərə ehtiyac yoxdur, kəməri neftlə doldurmaq olmayacaq və s. Amma bu gün kəmər yüksək səviyyədə fəaliyyət göstərir və başqa dövlətlərin də nefti bu kəmərlə dünya bazarlarına çıxarılır. Təhlükəsiz, səmərəli yol açılandan sonra, təbii ki, bu yoldan hamı istifadə etmək istəyəcək. Bu layihə uğurla inkişaf edəndən sonra, əlbəttə ki, genişlənəcək, kəmərlərin keçiriciliyi artırılacaq. Dediyim kimi, bu kəmər təhlükəsiz, səmərəli və mənfəətli olacaqsa, həmin ölkələr də ona qoşula bilər. Yəqin ki, belə də olacaq.
- Bundan sonra da ölkəmiz tərəfindən neft və qazın ixracatı ilə bağlı yeni istiqamətlər və bazarlar açıla bilərmi?
- Vaxtilə arzu edirdik ki, bir kəmər olsaydı, neftimizi dünya bazarına ixrac edərdik. Amma bir gün Azərbaycan Prezidenti bəyan edəndə ki, Azərbaycanın 7 istiqamətdə neft və qazını ixrac etməyə imkanı var, hamımız bundan qürur duyduq. Vaxtilə bir kəmər arzusunda olan ölkə qısa zamanda bu qədər kəmər ilə özünün neft və qazını ixrac edir. Bu da Ümummilli lider Heydər Əliyevin neft strategiyasının dahiliyindən irəli gəlir. Bütün bunlar isə siyasətdə də, iqtisadiyyatda da bizim sözümüzün dəyərini artırır. Azərbaycan tək bir bazardan asılı deyil. Diversifikasiyanın həm iqtisadi, həm siyasi əhəmiyyəti var, həm də müstəqil qərar vermək baxımından çox önəmli məsələdir. Yəni burada kimdənsə asılı olmuruq, bütün məsələlərdə qərar verən Azərbaycandır. Məhz buna görə də, indi bir sıra dövlətlər TAP layihəsini alqışlayır. Əsas məsələ odur ki, kəmərlər iqtisadi cəhətdən səmərəli olsun. Bu baxımdan, gələcəkdə də yeni kəmərlərlə bağlı qərarlar verilə bilər.
- Valeh müəllim, Azərbaycan Ermənistanı işğalçı siyasətini davam etdirdiyi üçün bu nəhəng layihələrdən kənarda qoyur. Bu dövlət layihələrdən kənarda qalmaqla nələri itirir?
- Ermənistan rəhbərliyi erməni xalqının taleyini düşünsəydi, Azərbaycanla dostluq əlaqələrinə üstünlük verməli idi. Çünki Azərbaycanla dostluq əlaqələri qurulsaydı və Ermənistan bu layihələrdə iştirak etsəydi, bundan bəhrələnə bilərdi. Bununla da, sosial-iqtisadi cəhətdən Ermənistan inkişaf edərdi. İnsanlar üçün önəmli məqam, ilk növbədə, sosial rifahdır, yüksək həyat şəraitidir. Əgər bu şərait yoxdursa, boş-boş sözlərlə insanları doyurmaq, çörək vermək olmaz. Ermənistanda isə vəziyyət hazırda bu cürdür.
Ermənistan dövləti əgər işğalçılıq siyasətinə son qoysa, Azərbaycan torpaqlarını azad etsə və bir milyondan çox azərbaycanlı öz yurdlarına qayıtsa, vəziyyət başqa cür olacaq. Yəni bundan sonra Ermənistan enerji və başqa layihələrdə iştirak edə bilər. Nə qədər gülünc olsa da, bu gün işğalçı dövlət münaqişənin həll edilməməsinə görə Azərbaycanı ittiham edir. Ermənistanın rəhbər şəxsləri ölkəmizi güc tətbiq etmək cəhdlərində, qarşılıqlı etimadın yaradılmamasında və s. ittiham etməyə çalışır. Sual olunur: hərbi gücü hansı tərəf- Azərbaycan, yoxsa Ermənistan tətbiq edib? Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla işğal edib, 20 faiz torpağımızda bütün nə varsa dağıdılıb, insanlar öz torpaqlarından didərgin düşüb. Bu gün həmin ərazilərdə erməni hərbi qüvvələri mövcuddur. Azərbaycan da məhz bu güc tətbiqinin aradan qaldırılmasını, işğala son qoyulmasını istəyir.
Bu, başqa məsələdir ki, Ermənistan tərəfi indiyə qədər mövcud olan işğalçılıq siyasətini arxa plana keçirib, olanları unutdurub, bundan sonra sülh danışıqları adı altında sonsuza qədər problemin uzanmasına çalışır. Əlbəttə ki, bu hərəkətləri ilə onlar heç kimi aldada bilməzlər. Münaqişənin həllinin sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad olunmalı, insanlar öz torpaqlarına qayıtmalıdır. Erməni tərəfi isə bu faktorları kənara qoyub, kiçik detallar ətrafında müzakirələr açmaqla heç nəyə nail ola bilməyəcək. Ermənistan işğalçılıq siyasətinə son qoyduqdan sonra Azərbaycanla əməkdaşlıq və enerji, nəqliyyat, eləcə də digər layihələrdə iştirak edə bilər. Əgər bu rellığı anlasalar, erməni xalqı ağır sosial-iqtisadi böhrandan xilas olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

