Bahar Muradova: Bu günə qədər münaqişənin həlli ilə bağlı ciddi addımlar atılmayıb
06.07.2013 [09:56]
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın SİA-ya müsahibəsi:
- Bahar xanım, artıq ATƏT PA -nın İstanbulda təşkil olunan yay sessiyasına yekun vuruldu. Həmin sessiya çərçivəsində mühüm qərarlar verildi, qətnamələr qəbul olundu. Ümumilikdə götürdükdə ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansı addımları atmaq fikrindədir və bu istiqamətdə səylərini davam etdirirmi?
- Konkret olaraq ATƏT-in məsələyə baxışının nədən ibarət olduğunu desək, onların bu günə qədərki fəaliyyəti çox qısa olub. ATƏT-in Minsk qrupu və həmsədrlər, sədrlik institutu vasitəçilik missiyasını həyata keçirir və danışıqlar yolu ilə məsələnin həllinə üstünlük verirlər. Azərbaycan da bu günə qədər bu formatda keçirilən danışıqlarda iştirak edən tərəf kimi ona təklif olunan hər varianta konstruktiv yanaşıb. Ermənistan tərəfinin mövqeyi isə aydındır. Biz bu barədə dəfələrlə münasibətimizi bildirmişik. Ermənistan tərəfi istənilən halda status-kvonun saxlanmasına, təcavüzün davam etməsinə xidmət göstərən mövqe sərgiləyib. Konkret olaraq ATƏT-in fəaliyyətinə gəlincə, onlar tərəfləri bir-birlərinə qarşı kompromisə getməklə sülh danışıqlarını başa çatdırmağa çağırırlar. Bunun üçün də müxtəlif səfərlər təşkil edilir, görüşlər keçirilir və bəyanatlar verilir. Amma çox təəssüf ki, bu günə qədər münaqişənin həlli ilə bağlı ciddi addımlar atılmayıb. Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT PA-nın yay sessiyasında da bu məsələ geniş fikir mübadiləsinə səbəb oldu. Çünki həm çıxışlarda, həm təqdim olunan qətnamə layihələrində və bütövlükdə yekun deklorasiyasında həlli uzadılmış münaqişə, o cümlədən Dağlıq Qarabağla bağlı müddəalar öz əksini tapdı. Azərbaycan tərəfi həm təqdim olunan hesabat məruzələrində, həm də onların icrasında qəbul olunan fikirlərə dair təkliflərini təqdim etmişdi. Eləcə də Ermənistan tərəfinin və digər ölkələrin bu konfiliktlə bağlı təqdim etdiyi təkliflərə öz dəyişikliklərini ortaya qoydu. Bu qərarların bir neçəsi qəbul olunsa da, digər qismi ümumi razılıq əsasında saxlanıldı. Bu mənada Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın yay sessiyasında iştirakını yüksək dəyərləndirirəm. Ayrı-ayrılıqda təqdim olunan vətəndaş cəmiyyəti institutları haqqında qətnamə layihəsinin müzakirəsi zamanı Avropa parlamentarilərinin dəstəyini gördük. Həm də biz tərəfdən təklif olunan dəyişikliklərə konkret bir əsasda yanaşmanın şahidi olduq.
- İran tərəfi Rusiya dövləti ilə birgə Xəzər dənizində hərbi təlimlər keçirmək niyyətindədir. Artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Sizin bu atılan addımlara münasibətinizi bilmək istərdik?
- Bilirsiniz, İran və Rusiya müstəqil dövlətlərdir. Ölkələr arasında münasibətlər xüsusilə hərbi təlimlərin keçirilməsinə dair imzalanan sənədlər, öhdəliklər birgə və ya ayrı-ayrı dövlətlərin hərbi təlimlər təşkil etməsini nəzərdə tutur. Lakin bu da müəyyən şərtlər daxilində olmalıdır ki, buna da həmin dövlətlər riayət etməlidirlər. Bunu Azərbaycana qarşı hər hansı bir güc nümayişi hesab etmirəm. Onlar bizə qonşu olan ölkələrdir. Biz də istər quruda, istər havada, istərsə də suda hərbi təlimlər keçiririk. Təbii ki, bununla biz güc nümayişimizi deyil, əksinə ordumuzun, döyüş heyətinin texnikadan istifadə imkanlarını təmin edirik. Bütün bunları da biz ordumuzun inkişafı, şəxsi heyətin hərbi vərdişlərə yiyələnməsi baxımından edirik. Düşünürəm ki, adıçəkilən ölkələr də təşkil etdikləri təlimləri yalnız bu məqsədlə keçirirlər.
- Bu gün (dünən - red.) Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Azərbaycana səfər etdi. Səfərdə Azərbaycan-Xorvatiya arasındakı əlaqələrdən və qarşıda duran məsələlərdən söhbət açıldı. Siz, iki ölkə arasındakı inkişafı yaxın gələcəkdə necə görürsünüz?
- Biz Şərqi Avropa ölkələrinin, yeni yaranan, xüsusilə müstəqilliklərini yenicə bərpa edən dövlətlərin Azərbaycanla əlaqələrinə xüsusi önəm veririk. Çünki, bu ölkələrlə Azərbaycan arasında müəyyən qədər üst-üstə düşən məqamlar, qarşıda dayanan hədəflərin oxşarlığı müşahidə edilir. Azərbaycan-Xorvatiya əlaqələri yüksələn xəttlə inkişaf edir, bütün sahələrdə uğurlar əldə edilir. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də Xorvatiyada rəsmi səfərdə olmuşdu. Burada ölkələrimiz arasında strateji əməkdaşlığın ən müxtəlif aspektlərini əhatə edən sənədlər imzalandı. Biz hər zaman bir-birimizə dəstək nümayiş etdiririk. Hesab edirəm ki, bu görüş ikitərəfli münasibətlərimizə çox böyük töhvə verəcək.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

