Bugünkü Azərbaycan müxalifəti özünü tamamən nüfuzdan, hörmətdən salır
30.07.2013 [09:39]
Novruz Məmmədov: Helsinki komissiyası bu cür tədbirləri tez-tez keçirir, bu isə dinləmə yox, katibliyin əməkdaşlarının keçirdiyi adi qeyri-formal brifinq idi
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “New Baku Post”a müsahibəsi:
- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair bu günlərdə reallaşan Vyana görüşündə də ümidlər doğrulmadı. Prosesin ölü nöqtədən tərpənməsinə əsas maneə nədir?
- Bu gün dünyada ədalət böhranı hökm sürür, siyasi-diplomatik dillə desək, beynəlxalq hüquq böhranı. Qaynar nöqtələrin getdikcə artması, onların uzun müddət davam etməsi də beynəlxalq böhranın nəticəsidir. II Dünya müharibəsindən sonra bütün aparıcı dövlətlərin nümayəndələri toplaşıb əlaqələri tənzimləmək üçün mühüm addımlar atdılar, yüzlərlə sənəd, müqavilə, konvensiyalar imzalandı, təşkilatlar yaradıldı. Məqsəd hüquqi mexanizmi formalaşdırmaq idi. Amma beynəlxalq hüquq böhranı o dərəcədə dərinləşib ki, hətta iqtisadi və maliyyə böhranını da kölgədə qoyub.
Qərb bunu etiraf etmək istəmir. Bu nə dərəcədə inandırıcıdır ki, münaqişə ilə bağlı 20 ildir danışıqlar aparan ATƏT, dünyanın üç aparıcı dövlətinin nümayəndələri heç nəyə nail ola bilmirlər?!
- Əgər beynəlxalq hüquq böhranı da uzun müddət davam edəcəksə, onda ədalət necə bərpa olunacaq?
- Azərbaycan əraziləri 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. 1 milyon qaçqın və məcburi köçkünün hüquqları kobud şəkildə tapdalanır. Bu insanlar ata-analarının təhsil aldığı məktəbdə oxumaq, yaşadığı torpaqda ömür sürmək, ölülərinin qəbrini ziyarət etmək istəyirlər. Beynəlxalq hüquq budur, lakin bu barədə beynəlxalq aləmdə danışmırlar. Amma biri yolda gedərkən ayağı büdrəyib yıxılır və deyir ki, məni filankəs itələdi, beynəlxalq təşkilatlar dərhal siyasi rəy verib, səhərdən-axşamadək bəyanatlar verirlər. İlk növbədə, belə yanaşmaya son qoyulmalıdır.
Bizim həmsədr ölkələrin fəaliyyətindən narazı qalmağımız üçün xeyli fakt sadalamaq olar - onlar beynəlxalq hüquqa, onun norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoymur, daha çox öz maraqlarından çıxış edirlər.
- Beynəlxalq təşkilatlardan haray gəlməyəcəksə, o zaman Azərbaycan məsələni özü həll edə bilərmi?
- Təbii, çünki biz hüquqi nöqteyi-nəzərdən haqlı tərəfik. Biz BMT-yə öz ərazimizlə üzv olmuşuq və onun Xartiyasında hər şey aydın göstərilib. Ən əsası, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ dörd qətnamə qəbul edib. Lakin məsələ onların icrası məqamına gələndə min cür bəhanələr ortaya atılır və proses uzadılır. Bu, Azərbaycana ziyandır, amma Ermənistana bizdən 5-10 dəfə artıq ziyandır. İşğalçı tərəf bu reallığı dərk etməli, anlamalıdır, ancaq bunun üçün böyük dövlətlərin qəti və obyektiv mövqeyi olmalıdır.
Fikir verin, ermənilər Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu işğal altında saxlayır, lakin həmin güc mərkəzləri ona işğalçı demir. Bax, Ermənistan ona görə özünü rahat hiss edir.
- Danışıqlar zamanı Ermənistanın atdığı addımlarla verdiyi bəyanatlar bir-birindən fərqlənir. Bu, dünya birliyinin gözünə kül üfürmək deyilmi?
- Rusiya prezidentinin iştirakı ilə baş tutan danışıqların birində təklif olundu ki, gəlin, ortaya birgə mövqe qoyaq: “Danışıqlar çətin olsa da, ümid var və bunu davam etdirmək lazımdır”. Məsələ razılaşdırılır, hətta yığcam bəyanat da verilir. Yarım saat sonra isə Ermənistan prezidenti bildirir ki, Rusiyanın təklifinə biz razı idik, ancaq Azərbaycan tərəfi razı olmadı. Ermənistan nə edirsə, başlıca məqsədi özünü kütləyə razılaşmış kimi, humanist göstərməkdir. Riyakarlıqdır bu.
- Onda belə çıxır ki, Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna nəzərdə tutulmuş görüşü ya baş tutmaya bilər, ya da baş tutsa da, əhəmiyyəti olmayacaq, deyilmi?
- Hələlik, bununla bağlı konkret nəsə demək çətindir. Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərini ortaya qoyur və imkanlardan istifadə edir. Həqiqətən də istəyir ki, görüş olsun, amma görüş xatirinə görüşün əleyhinəyik. Lakin Böyük Britaniyada G8-lərin görüşündə həmsədr ölkələrin bəyanatı oldu, deməli, münaqişənin həllinə müəyyən diqqət var. Bir də ki, bütün hər nə varsa, həmsədrlərin üzərinə qoymaq da olmaz. Çünki bu, monopoliya deyil.
- Yəni, başqa dövlətlər də prosesə cəlb oluna bilər?
- Əlbəttə, müxtəlif iştiraklar ola bilər. Əslində, Cənubi Qafqaz bir çox ölkələrin marağının kəsişdiyi regiondur: bura Şimalla Cənubun, Şərqlə Qərbin, xristian dünyası ilə İslam dünyasının qovuşma nöqtəsidir.
- İndi yenə cəmiyyətlər arasında görüşlərin keçirilməsinin zəruriliyi barədə tövsiyələr gündəmə gətirilir. Xalq diplomatiyası münaqişənin həllinə nə kimi töhfə verə bilər?
- Hər cəhdin töhfəsi ola bilər. Bir neçə dəfə diplomatların, ziyalıların görüşü baş tutdu, Qarabağa səfərlər oldu. Amma Ermənistan tərəfi bundan qaçdı və bu günədək mövqeyini dəyişmir. Əgər istəyirlərsə ki, belə görüşlər keçirilsin, ilk növbədə, Ermənistandan niyə qaçdığını soruşsunlar.
Azərbaycana gələnlər görürlər ki, biz nə qədər inkişaf etmişik. Hər gün bir regionda neçə-neçə müəssisə, obyektin açılışı olur. Beləcə, ölkəmiz barədə fikirləri dəyişir və dünya dövlətlərinin Azərbaycana marağı sürətlə artır. Yəni, xalq diplomatiyası da yaxşıdır, digər tədbirlər də, ancaq əsas olan həmsədrlərin obyektivliyə söykənən konkret mövqeyidir.
- Rusiya Ermənistanı dəstəkləyir. Amma son zamanlar Azərbaycanla strateji məsələlərdə əməkdaşlığı gücləndirir, Ermənistana satılan təbii qazın qiymətini qaldırır. Sizcə, Rusiya öz umacaqları müqabilində Dağlıq Qarabağla bağlı yeni addım ata bilərmi?
- Bəli, Rusiya Ermənistanı dəstəkləyən dövlətdir və ona təsiri güclüdür. Amma bizim də Rusiya ilə münasibətlərimiz yaxşı olub və indi də yaxşıdır. Regionda sabitlik və inkişafın olması Rusiya-Azərbaycan münasibətləri üçün mühüm faktordur. Rusiya münaqişənin həllində iradə göstərərsə, irəliləyiş mümkündür. Bu neçə ildə şimal qonşumuz bir daha gördü və əmin oldu ki, Azərbaycan həqiqətən də etibarlı tərəfdaşdır, hər şeyi düzgün qiymətləndirə və ona sədaqətini saxlaya bilir.
Ancaq münaqişənin təkbaşına həllinin mümkünlüyünü düşünmürəm. Bunun üçün hər üç həmsədr ölkə birləşib vahid mövqedən hərəkət etməlidir. Biz bunu 20 ildən çoxdur gözləyirik...
- Seçkilərdən sonra Rusiya, İran, Türkiyə ilə münasibətlərə yenidən baxılacaqmı və ya hansısa səpkidə dəyişikliklər gözlənilirmi?
- Azərbaycanın uğurlarını təmin edən əsas faktorlardan biri onun xarici siyasət kursudur. Müstəqil, hərtərəfli, əsaslandırılmış, nəzəri və praktik cəhətdən ölçülüb-biçilmiş. Bu kursun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən illər əvvəl qoyulub. Bizim xarici siyasət kursumuzun ən mühüm prioritet istiqamət və prinsiplərindən biri, ilk növbədə, elə qonşu dövlətlərlə bütün sahələrdə qonşuluq, dostluq, sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
Hələlik Ermənistanı istisna edirəm, çünki münaqişə həll olunmasa, bu mümkün deyil, amma Azərbaycanın digər qonşu dövlətləri ilə münasibətlərində, əgər seçkilərdən sonra da dəyişiklik baş verərsə, bu, yalnız müsbət tərəfə ola bilər. Əlbəttə ki, biz istəyirik belə olsun və bunu məntiqi hesab edirik.
- Seçki ərəfəsində olan dövlətlər beynəlxalq təşkilatların diqqət mərkəzinə gəlir. Bu yaxınlarda Helsinki komissiyasında Azərbaycanla bağlı toplantı keçirildi, əvvəlcə buna dinləmələr adı verildi, sonra məlum oldu ki, adi brifinq imiş. Sizcə, bu cür tədbirlərin keçirilməsi hansı məqsəd güdür?
- Hər məsələyə müxtəlif yanaşma ola bilər, xüsusilə də siyasi aləmdə. Helsinki komissiyası və onun Amerikadakı nümayəndəliyi başda olmaqla bütün bu təşkilatlar hər bir işdə ədalətli mövqe tutsaydılar çox yaxşı olardı.
Təəssüflər olsun bu gün onların fəaliyyətini hərtərəfli nəzərdən keçirəndə görürsən ki, sanki öz qarşılarına dəqiq bir məqsəd qoyublar və yalnız o məqsədə xidmət etmək üçün fəaliyyət göstərirlər. Dediyiniz tədbiri müxalifət əhəmiyyətli, tarixi bir hadisənin göstəricisi kimi qələmə vermək istəyirdi, amma alınmadı. Helsinki komissiyası bu cür tədbirləri tez-tez keçirir, bu isə dinləmə yox, katibliyin əməkdaşlarının keçirdiyi adi qeyri-formal brifinq idi.
Burdan çoxlu insanlar getmişdi. Özlərimi getmişdilər yoxsa, təşkilmi edilmişdi bu səfər o adamlar üçün, deyə bilmərəm. Məlumatıma görə, danışıqlar o müxaliflər üçün uğursuz olub. Çünki elə məsələləri ortaya atıblar ki, heç onları orada qaldırmaq lazım deyilmiş.
Siyasi mübarizədə bir qayda, çərçivə olmalıdır. Bugünkü Azərbaycan müxalifəti özünü tamamən nüfuzdan, hörmətdən salır. Ona olan inamı itirib. Siyasi aləmdə olanlar artıq bunu bilirlər, getdikcə digər təbəqələr də bunu görür və inamları azalır. Bunun da səbəbi müxalifətin səhv və qərəzli addım atması, bəzən də yalan və işlərinin böhtan üzərində qurulmasıdır.
- Azərbaycan türkdilli ölkələrin sammitinə ev sahibliyi edəcək və bir çox dövlət başçısının bu toplantıya qatılacağı nəzərdə tutulub. Bu sammit çərçivəsində ikitərəfli görüşlərin və hər hansı sahə üzrə sənədlərin imzalanması gözlənilirmi?
- Əsas proseslər və diqqət sammit ətrafında gedəcək, görüşlər isə mütləq olacaq. Hərtərəfli danışıqlar aparılacaq, ikitərəfli və çoxtərəfli münasibətlər də fikir mübadiləsi obyekti olacaq.
Yeni sənədlərin imzalanması ilə bağlı hələlik bir məlumat yoxdur. Çünki hazırda dünyada belə bir praktika var ki, hər hansı bir yeni sənədin imzalanması nəzərdə tutulursa onu adətən imzalanmaya son bir neçə gün qalmış hazırlayıb ortaya çıxarırlar.
- Türkiyə də bizim kimi seçki ərəfəsindədir. Bildiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin durumu ölkədə elə də ürəkaçan deyil. Azərbaycan da get-gedə qüdrətlənir. Digər ölkələrin ölkəmizə marağı artdığından bizdən də dəstək gözləyənlər olur. Sammit çərçivəsində Türkiyənin daxili vəziyyətinin müzakirəsi də təbii ki, istisna deyil. Azərbaycanın bu məsələdə mövqeyi nədir?
- Bütün ölkələrin bir-birinə ehtiyacı var, onların əlaqələri nə qədər sıx olarsa əməkdaşlıq, sabitlik, təhlükəsizlik yaxşı təmin oluna bilər. Bu mənada təbii ki, Azərbaycan-Türkiyə münasibətləri “sıradan” olan münasibətlərdən deyil. Bu gün ənənəyə, tarixə, mentalitetə və dinə, strateji tərəfdaşlığa, həm də “bir millət, iki dövlət” prinsipi üzərində qurulan bütün münasibətlərə görə bir-birinə ən sıx bağlı olan bizim ölkələrdir. Bizim bir-birimizi dəstəkləməyimiz hər an özünü göstərir.
- Türkiyənin beynəlxalq aləmdə özünəməxsus imici var. Qəfil ölkə daxilindəki narazılıqlar bu imici bir az laxlatdı. Sizcə, bu gün dünyadakı müsəlman və qeyri ölkələrdə baş verən hadisələrin kökündə nə durur?
- Bildiyiniz kimi, bu yaxınlarda Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər etmişdi. Açıq danışım. Görüş zamanı belə bir fikir də səsləndi ki, bu gün regional dövlətlərin inkişafı sanki kimisə bəzən narahat edir. Hətta mən müəyyən mənada bunu Misirə də aid edirəm. Misir kimi bir dövlətin Yaxın Şərqdə qəfil belə vəziyyətə düşməsində təkcə ölkənin daxilində olan o insanların müəyyən təbəqələrinin, təşkilatlar, partiyalar, dini qurumların yox, başqa “barmaqların” da rolu var.
Bunu Türkiyəyə, Braziliyaya da aid etmək istəyirəm. Bunlar da müxtəlif regionlarda inkişaf edən ölkələrdir. Amma mən əminəm, Türkiyə iqtidarı bu günkü proseslərdən normal çıxacaq. Qarşıya çıxan məsələlərlə bağlı normal mövqe tutacaq və onları həll edəcək. Sonda Türkiyə əhalisi də bunu anlayacaq. Çünki artıq doğrudan da, Türkiyə rəhbərliyinin bu gün alternativi yoxdur.
- Türkiyə ilə hər sahədə əlaqələrimiz ən yüksək səviyyədədir. Türk vətəndaşlarının yeganə gileyi qardaş dövlətin onlara viza tətbiq etməsidir. Bu məsələ bütövlükdə nə vaxt öz həllini tapacaq?
- “Uman yerdən küsərlər” deyirlər. Təbii ki, hər bir türk vətəndaşı ilə ayrı-ayrılıqda görüşüb məsələni izah etmək mümkün olmur. Deyə bilərəm ki, məsələ ilə bağlı müəyyən addımlar atılır, Türkiyə rəhbərliyi və müxtəlif qurumları ilə bu barədə danışıqlar aparılıb və bizim bu qərarımızı anlayışla qəbul edirlər.
Onlar bilirlər ki, bu vəziyyət heç də heç vaxt Azərbaycanın Türkiyəyə olan münasibətinin göstəricisi deyil. Biz çox mürəkkəb geosiyasi regionda yerləşirik, burada bir sıra məsələlər var. Amma bununla yanaşı, Türkiyədən bura gələn müəyyən təbəqələrlə bağlı viza rejiminin asanlaşması tətbiq olunub və bu proses davam edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

