/ / Biz özümüzü Prezident İlham Əliyevin əsgəri hesab edirik və seçkilərdə də məhz Ona səs verəcəyik
Biz özümüzü Prezident İlham Əliyevin əsgəri hesab edirik və seçkilərdə də məhz Ona səs verəcəyik
21.09.2013 [09:54]
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov www.yap.org.az saytına müsahibə verib:
- Bayram müəllim, hazırda prezident seçkiləri ərəfəsindəyik. Bütün namizədlər özlərinin təşviqat işlərini aparırlar. Amma Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin təbliğat kampaniyası daha uğurla aparılır, insanlar birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayırlar. Siz, insanların bu seçimini nə ilə əsaslandırırsınız?
- Əlbəttə ki, insanların bu mövqeyinin çox ciddi əsasları var. Son 10 il ərzində Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən işlərə qısaca nəzər salsaq, bu illər ərzində böyük nailiyyətlərin qazanıldığını əminliklə söyləyə bilərik. Təbii ki, bu inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və ona görə də bu prosesdə dövlət başçımızın əməyi xüsusi vurğulanmalıdır. Bəli, artıq seçkilərin təbliğat mərhələsi uğurla davam edir və biz müşahidə edirik ki, vətəndaşlarımızın mütləq əksəriyyəti cənab İlham Əliyevə səs verəcəklərini vurğulayırlar. Təbii ki, insanlarımız bu mövqelərində tamamilə haqlıdırlar.
Bu gün respublikamız beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir, istər ikitərəfli, istərsə də müxtəlif beynəlxalq qurumlar çərçivəsində beynəlxalq proseslərdə aktiv rol oynayır. Əlbətə ki, bütün bu amillər Prezident İlham Əliyevin simasında dövlətimizin uğurlarını ifadə edir. Təbii ki, bütün bu uğurların fonunda insanların cənab İlham Əliyevə sonsuz hörmət və ehtiramı başadüşüləndir.
- Siz Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbərlik edirsiniz. Hazırda Qarabağın azərbaycanlı əhalisi erməni təcavüzü səbəbindən doğma torpaqlarından didərgin düşüb, ölkəmizin müxtəlif bölgələrində məskunlaşıb. Bu insanlar Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını necə qiymətləndirirlər?
- Bildiyiniz kimi, 1988-ci ildə Ermənistan dövləti tərəfindən öz tarixi torpaqlarında yaşayan soydaşlarımız deportasiya olundular. Bu prosesdə təxminən 200 min azərbaycanlı öz yurdlarından deportasiyaya məruz qaldı. Sonra bu problem getdikcə genişləndi, Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi və bu iddialar müharibə ilə nəticələndi. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb.
Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur. Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünyamiqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdi. Beynəlxalq humanitar təşkilatlar bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər. İndi isə Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı.
- Bəs prezident seçkilərində bu insanların mövqeyi nədən ibarət olacaq?
- Əlbəttə ki, qaçqın və məcburi köçkünlərimiz görülən işləri yüksək dəyərləndirirlər. Yuxarıda qeyd etdiyim kimi, bu məsələ hörmətli Prezidentimizin xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı məcburi köçkünlərin qayğıları ilə yaxından məşğul olur və bu məsələ Onun birbaşa nəzarətindədir. Biz hamımız şahidiyik ki, Prezident İlham Əliyev öz ad günlərini də qaçqın və məcburi köçkünlərin arasında keçirir. Bütün dünya şahidi oldu ki, Prezident İlham Əliyev 50 illik yubileyi günündə bu insanlarla bir arada oldu. Təbii ki, bu fakt dövlətimizin başçısının bu insanlara yüksək münasibətinin ifadəsidir.
Qeyd etdiyim kimi, hələ 2003-cü il prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev 5 il ərzində bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi və bu prosesi də reallaşdırdı. Bizim camaatımız məhz İlham Əliyev kimi şəxsiyyəti özünün rəhbəri kimi görmək istəyir. Mən əmin edirəm ki, bütün məcburi köçkünlər kimi Dağlıq Qarabağın azərbaycanlı icması da növbəti seçkilərdə cənab İlham Əliyevə səs verəcək. O, məhz Öz əməyi sayəsində milyonlarla vətəndaşımızın etimadını qazanıb. Bizlər də möhtərəm Prezidentimizin əsgəriyik. İnanın ki, gənc və ya yaşlı nəslin nümayəndələri olmasından asılı olmayaraq, hamı Prezidentimizin hansısa çağırışı olarsa, Onun arxasınca getməyə hazırdır.
Bir məqamı da vurğulamaq istəyirəm ki, cənab İlham Əliyev təkcə dünən və bu gün üçün çalışmayıb. O, xalqımızın firəvan gələcəyi naminə 2020-ci, 2040-cı və ondan sonrakı illər üçün də çalışır. Həyata keçirilən konsepsiyalar, dövlət proqramları məhz bu məqsədlərə xidmət edir. Ona görə də, mən bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi getsə də, problem hələ də həllini tapmır. Azərbayacan tərəfi bu məsələ ilə bağlı öz prinsipial mövqeyini dəfələrlə ifadə edib. Təmsil etdiyiniz icma Prezident İlham Əliyevin danışıqlar prosesindəki mövqeyini necə dəyərləndirir?
- Bilirsiniz ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi indiyə qədər sülh yolu ilə həllini tapa bilmir. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri Dağlıq Qarabağ münaqişənin həllinin çətin və mürəkkəb olduğunu iddia edirlər. Amma əslində, heç də belə deyil. Münaqişənin həllinin çox sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin olunmalıdır. Əgər böyük dövlətlər, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri torpaqlarımızı işğaldan azad etmək üçün Ermənistana hətta kiçicik təpki göstərsə, Sarkisyan hakimiyyəti bunu etməyə məcbur olacaq.
Əlbəttə, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, işğal altında olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Və Dağlıq Qarabağ, işğal olunmuş digər rayonların azad edilməsi dövlətimizin əsas vəzifəsidir ki, bu istiqamətdə gedən fəaliyyətdə ölkəmizin apardığı siyasi kursun nəticələri hər kəsə bəllidir. Artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Bu baxımdan, birmənalı şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlar dövlətimizə inanır, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlər.
Biz Prezidentimizin münaqişənin həlli ilə bağlı atdığı addımları çox diqqətlə izləyirik və həmişə görürük ki, Onun mövqeyi milli maraqlarımıza tamamilə uyğundur. Bəzən deyirlər ki, bu problem nə qədər davam etməlidir. Doğrudur, insanların səbri tükənir. 1 yaşında torpağından çıxanın indi 20 yaşı var, bu ailələr böyüyür, qayğılar da artır, insanlar torpaq həsrətini çəkir. Amma bizim hələ ki, səbr etməkdən başqa yolumuz yoxdur. Biz Prezidentimizin siyasətinə inanırıq ki, ən düzgün yol Onun həyata keçirdiyi siyasətdir. İnanırıq ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada və işğal olunmuş digər bölgələrimizdə dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz. Prezidentimiz bunu bütün mötəbər kürsülərdən bəyan edir. Cənab İlham Əliyev onu da vurğulayıb ki, sülh danışıqları nəticə verməsə, digər variantlar da istisna deyil.
- Bayram müəllim, bəs Dağlıq Qarabağın azərbaycanlı əhalisinin prezident seçkiləri günü səsvermədə iştirakı necə təmin olunacaq?
- Bilirsiniz ki, məcburi köçkün həyatı yaşayan insanlar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Buna baxmayaraq, bu insanların seçkilərdə normal iştirakı, səs vermələri üçün lazımi addımlar atılıb. Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün 2 seçki dairəsi fəaliyyət göstərir. Bunlardan biri 122 saylı Xankəndi seçki dairəsidir ki, 13 məntəqəsi var və 4 min nəfərə yaxın seçicisi var. Digəri isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsidir ki, Nizami rayonu ərazisində yerləşir. Bu dairənin 76 məntəqəsi mövcuddur. 43 min nəfərə yaxın seçicisi olan bu dairənin 39 məntəqəsi Şuşa rayonuna aiddir. Ümumilikdə, dairənin 18 məntəqəsi Bakı şəhərində, digərləri isə bölgələrdə yerəşir. Əminəm ki, bizim insanlarımız seçki günü məntəqələrə gedib böyük ruh yüksəkliyi ilə cənab İlham Əliyevə səs verəcəklər.
Fürsətdən istifadə edərək mən bütün Azərbaycan seçicilərini xalqımızın layiqli oğlu İlham Əliyevə səs verməyə çağırıram. Fikrimcə, belə də olacaq. Hesab edirəm ki, xalqımız seçkilərə mütəşəkkil qaydada gedərək hörmətli Prezidentimizə bir daha etimad göstərəcəklər. Bizim Prezidentimizi tək Azərbaycan xalqı deyil, Azərbaycanı istəyən bütün xalqlar sevir. Bizlər arzu edirik ki, cənab İlham Əliyev təkcə 2013-cü ildəki deyil, ondan sonrakı seçkilərdə də iştirak etsin. Belə olacağı təqdirdə, şübhəsiz ki, O, həmin seçkilərdə də böyük qələbələr qazanacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

