/ / Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir
Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir
11.10.2013 [10:26]
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi:
- Əli müəllim, bu gün ayrı-ayrı seçki müşahidə missiyaları, o cümlədən ATƏT DTİHB oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət açıqlamışdır. Onların münasibətləri bir-birindən fərqli olmuşdur. Avropanı təmsil edən nüfuzlu beynəlxalq qurumların nümayəndələri, onların sırasında təmsil olunan deputatlar, ictimai-siyasi xadimlər və ekspertlər bütövlükdə bu seçkiləri yüksək qiymətləndirsələr də, ATƏT-i təmsil edən DTİHB tam fərqli mövqe nümayiş etdirmişdir. Bunu nə ilə izah edərdiniz?
- Dediyiniz kimi, builki prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidə missiyaları və xarici ölkələrin geniştərkibli nümayəndə heyətləri izləmişlər. Qeyd etmək lazımdır ki, builki seçkidə dəvət olunmuş bütün müşahidə missiyalarına seçki prosesini hərtərəfli izləmək üçün lazımi şərait yaradılmışdır. Əksər beynəlxalq müşahidəçilər seçkilərin gedişinə və səsvermənin yekunlarına prinsipial, obyektiv qiymət verərək, onun əsasən azad, şəffaf və demokratik şəraitdə keçirildiyini bəyan etmişlər.
Təəssüf edirik ki, medianın azad fəaliyyət göstərdiyi, ifadə azadlığının və sərbəst toplaşmaq hüququnun təmin olunduğu Azərbaycanda ATƏT DTİHB-in müşahidə missiyasının rəyi eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşmədi.
Bilirsiniz, hər bir ölkədə seçkinin taleyini vətəndaşların iradəsi müəyyən edir. Hansı beynəlxalq təşkilatın bu prosesə necə münasibət bəsləməsindən asılı olmayaraq, onun rəyi seçilmiş şəxsin legitimliyinə xələl gətirmir və proseslər də vətəndaşların iradəsinə müvafiq şəkildə davam edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının pozuntularla bağlı açıqladığı rəy, qeyd etməliyəm ki, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür. ATƏT-in mövqeyi ölkəmizə gəlmiş çoxsaylı müşahidə missiyalarının, o cümlədən Avropa, Amerika və Asiya ölkələrini təmsil edən müxtəlif beynəlxalq qurumların, 1000-dək müşahidəçinin mövqeyi ilə daban-dabana ziddir.
Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, QİƏT Parlament Assambleyasının və QHT Forumunun, TürkPA-nın və digər təşkilatların nümayəndələri dünən və bu gün keçirdikləri mətbuat konfranslarında, verdikləri bəyanatlarda prezident seçkilərinin azad, şəffaf, demokratik və ədalətli keçdiyini qeyd etmiş, onun beynəlxalq standartlara tam uyğun olduğunu vurğulamışlar. Həmin müşahidə missiyalarının tərkibində deputatlar, ictimai-siyasi xadimlər, QHT təmsilçiləri, seçkilərin müşahidəsi sahəsində ixtisaslaşmış təcrübəli ekspertlər vardır. Buna görə də əminliklə söyləmək olar ki, DTİHB-in mövqeyi ATƏT məkanına daxil olan ölkələrin mövqeyini qətiyyən əks etdirmir. Odur ki, bu qurumun Azərbaycanda budəfəki seçki müşahidə missiyasının tərtib etdiyi subyektiv rəy, nəinki təkcə Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik və kollegiallıq kimi öhdəliklərinə də ziddir.
- DTİHB-in bu mövqeyi Azərbaycan ilə ATƏT arasındakı gələcək münasibətlərə necə təsir göstərəcək?
- Qeyd etməliyəm ki, belə fəaliyyət - fərqli standartlardan çıxış edərək verilən rəylər, üzv ölkələrdə keçirilən ciddi siyasi proseslərə subyektiv yanaşmalar, həm ATƏT-in nüfuzuna ciddi zərbə vurur və həm də sözsüz ki, üzv ölkələrlə onun münasibətlərinə mənfi təsir göstərir.
Bir müddət bundan əvvəl, ATƏT Ermənistanda keçirilən prezident seçkilərinə verdiyi subyektiv qiymətlə onsuz da öz obyektivliyi ilə bağlı Azərbaycan vətəndaşlarında ciddi inamsızlıq yaratmışdır. Belə ki, həmin DTİHB Ermənistandakı prezident seçkiləri dövründə bu ölkədə seçkiqabağı mühitin tam kriminallaşmasına, bütün regionlarda müxalifətin seçki kampaniyasının bütünlüklə məhdudlaşdırılmasına, prezidentliyə namizədlərdən birinin güllələnməsinə, 2 milyon əhalisi olan ölkədə 3 milyon seçicinin olduğu haqda yalan məlumatlar yayılmasına, qutulara topa-topa bülletenlərin atılmasına bilərəkdən göz yummuşdur. Medianın tamamilə boğulduğu, bütün insan haqlarının kobud şəkildə pozulduğu şəraitdə keçirilən prezident seçkilərinə xüsusi “prinsipial” və “isti” münasibət ifadə edərək, müsbət qiymət vermişdi.
Azərbaycana gəldikdə qeyd etməliyəm ki, əvvəldən hiss olunurdu ki, DTİHB öz hesabatlarında qərəzli informasiyalardan istifadə edir. Əlbəttə, ATƏT kimi bir qurumu təmsil edən institut belə hallara yol verməməlidir və onun bu yanaşması bizim üçün birmənalı şəkildə qeyri-məqbuldur. Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

