Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

15.09.2026 [17:07]

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da və 17-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 28–33 dərəcə isti olacağı gözlənilir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə sentyabrın 16-da əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Aran rayonlarında 30–35, dağlıq ərazilərdə 22–27 dərəcə isti olacaq.

Gülşad Məmmədova, həmçinin deyib ki, sentyabrın 16-da gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30