Rəsmi İrəvanın qəsdən sülh prosesinə zərbə vurmaq niyyəti...
15.09.2026 [14:03]
Ötən ilin avqustunda Vaşinqtonda baş tutan məlum görüşdən sonra Azərbaycanla Ermənistan arasında sülh prosesi əhəmiyyətli dərəcədə irəliləyib və son bir ildə regionda faktiki olaraq real sülh şərti mövcud olub. O cümlədən Azərbaycan sülhə sadiqliyini nümayiş etdirərək qarşılıqlı etimadın möhkəmlənməsi üçün əlavə tədbirlər görür. Respublikamızın ərazisindən Ermənistana üçüncü ölkələrin yüklərinin tranzit keçidinə şərait yaradılması, bu ölkəyə strateji enerji məhsullarının ixrasına başlanılması belə tədbirlərdəndir.
Gözləmək olardı ki, Ermənistan da sülh şəraitini möhkəmlətmək üçün bu qəbildən olan davranışlar sərgiləyəcək. Lakin bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası başqa mənzərəni ortaya qoyur.
Əvvəla, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Ölkəmiz 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında parlaq qələbələr qazanmaqla işğalçıları torpaqlarımızdan qovub, özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ermənistan rəhbərliyi də 2023-cü ildən sonra reallığı qəbul etmək və Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıb. Eləcə də diplomatik korpusun təmsilçilərinin son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr və beynəlxalq təşkilatlar da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Belə olan halda Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası rəsmi İrəvanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir.
Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Bəlkə, ermənilər güman edirlər ki, əlahiddə hüquqlara malikdirlər və Azərbaycan, diplomatik korpus təmsilçiləri öz hərəkətlərini onlarla mütləq qaydada razılaşdırmalıdırlar? Görünür, ermənilər nifaq yuvası olan kilsənin və xaricdəki erməni lobbisinin güclü təsiri ilə onların şüurunda kök salmış miflərdən hələ də tam xilas ola bilməyiblər. 44 günlük müharibəyə və 23 saatlıq lokal xarakterli əməliyyatadək Ermənistan cəmiyyətinə miflər, xülyalar hakim kəsilmişdi, “Dəmir yumruq” onlar üçün bir ibrət dərsi olmalıdır və bir daha unutqanlığa yol verməməlidirlər.
Ermənistanın yanaşması absurd və rasist mövqedir. Dünya elmində təsdiqini tapan faktdır ki, Azərbaycanın xristian və alban keçmişi var. Ölkəmizin ərazisində bu keçmişə aid çaxsaylı tarixi mədəni-dini irs nümunələri bu günümüzədək gəlib çatıb. Gəncəsər və
Xudavəng monastrları da bu qəbildəndir. İndi Ermənistan cəmiyyəti bu iki abidəni erməni irsi kimi təqdim etməyə uğursuz cəhdlər göstərir. Hansı məntiqlə, hansı tarixi faktlara əsasən? Sualların cavabını, təbii ki, ağ vərəqlərdən ibarət olan kitablarda tapmaq mümkün deyil. Əvəzində, işğal faktı aradan qaldırıldıqdan sonra biz nəyin şahidi olduq? Erməni vandalizminin. Bəli, ermənilər otuz illik işğal dövründə bəhs olunan monastrlarda da özlərnə xas olan izləri buraxıblar – divarlara saxta erməni simvollarını yamaq ediblər, ən acınacaqlısı isə odur ki, abidədələrdən oğurluq edilib, qiymətli əşyalar gizli şəkildə çıxarılaraq Ermənistana daşınıb. Əgər monastrlar ermənilərə məxsusdursa, onda bu vandalizmə nə ad verək? Qəribə məntiqdir: Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu yaxına buraxmaq istəmir. Halbuki, XX əsrin əvvəllərinədək İrəvanda və digər ərazilərdə kompakt şəkildə yaşayan azərbaycanlılar burada zəngin mədəniyyət yaradıblar. Bunu inkar etmək ağa qara deməkdir. Ermənistanda belə narrativ formalaşdırılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, müasir Ermənistan ərazisində isə azərbaycanlılar yaşamayıblar. Bu, özlüyündə başdan-ayağa rasist yanaşmadır.
Ermənistan hakimiyyətinin loyallığı şəraitində bu ölkədə revanşistlər yenidən boy göstərirlər. Həm də onlar yalnız müxalifət düşərgəsində yer almırlar. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda işıq üzü görüb.
Bundan başqa, Ermənistan parlamentinin sədri Ruben Rubinyan özünü əsl revanşist kimi aparır. Bəli, parlament rəhbəri də tənbəllik etməyərək mövzu barədə danışıb. Lakin onun ifadə etdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən və sülh sazişini paraflayan Ermənistan hakimiyyətinin rəsmi mövqeyi ilə qətiyyən uzlaşmır. Ruben Rubinyanın açıqlaması qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə çox doğru olaraq revanşizm əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.
Bütün bunlar Ermənistan hakimiyyətinin sülh quruculuğu prosesində ardıcıl və səmimi olmadığı qənaətini möhkəmləndirir. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin başqa seçimi qalmamışdı və buna görə də Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq tənzimləmə prosesinə qoşuldu. Ermənistan hakimiyyətinin son vaxtlarda Fransa və Hindistanla silah sövdələşmələri aparması, sərhədə yaxın bölgələrdə müvafiq infrastruktur qurması, Avropa İttifaqının müşahidəçilərinin ölkədə saxlanılması müddətinin uzadılması suallar yaradır. Bu kimi davranışlar sülh quruculuğu ilə ziddiyyət təşkil edir və etimad mühitinə zərbə vurur. Son açıqlamalar da bilavasitə Ermənistan hakimiyyətinin dirijorluğu ilə idarə olunur. Açıq-aydın görünür ki, paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.
Gəncəsər və Xudavəng monastrlarının təəssübünü çəkən Ermənistan öz ərazisində azərbaycanlıların yüz illiklər boyunca yaratdıqları tarixi mədəni-dini irsin dağıdılmasına göz yumur. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Alqış Musayev,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40

