YAP beynəlxalq aləmdə də nüfuzlu siyasi təşkilat kimi qəbul olunur
14.09.2026 [13:46]
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, dövlətçilik tariximizin misilsiz inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilat sədri deyib ki, Müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə əbədi həkk etdirmiş bu müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, tərəqqi və milli oyanış dövrü kimi səciyyələnir”.
YAP Ucar rayon təşkilatının hesabat dövründə sıralarını genişləndirdiyini vurğulayan Ş.Abdullayeva qeyd edib ki, təşkilat bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov diqqətə çatdırıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər əldə edib: “Belə ki, ölkəmizdə iqtisadiyyat sürətlə inkişaf edib, işsizlik və yoxsulluq minimum həddə endirilib, əmək haqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb. Hazırda Azərbaycan regionun lider ölkəsi olmaqla, dünya arenasında müstəqil siyasət yürüdən etibarlı tərəfdaş kimi qəbul edilir”.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Nazim İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların zirvəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində qazanılan parlaq qələbələr dayanır. O, “Azərbaycan artıq qlobal arenada ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edən bir ölkə kimi tanınır”, - deyə vurğulayıb.
Sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədr müavini Mətanət Qəribova, təhsil sektoru ərazi partiya təşkilatının sədri Anar Misirov, Ucar Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Şəhla İbrahimova və Şahlıq kənd ərazi partiya təşkilatının sədri Rahib Şərifov çıxış ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev qeyd edib ki, Azərbaycan bütün sahələrdə misilsiz inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, YAP zəfərlər partiyası kimi iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb: “Yeni Azərbaycan Partiyası beynəlxalq aləmdə də nüfuzlu siyasi təşkilat kimi qəbul olunur, dünyanın aparıcı partiyaları ilə əməkdaşlıq edir və ölkənin strateji maraqlarının qorunmasına töhfə verir”.
Konfransda YAP Ucar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

