Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub

15.09.2026 [11:47]

Sentyabrın 15-də Xankəndi şəhərindəki, Xocalı və Ağdərə rayonlarındakı ümumi təhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, tədbirlərdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısından danışılıb, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb.

Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 110, Kərkicahan qəsəbə 1 nömrəli məktəbdə 14, Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 11, Ballıca kənd tam orta məktəbdə 11, Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbdə 14, Vəngli kənd tam orta məktəbdə 4, Həsənriz kənd tam orta məktəbdə 15 şagird birinci sinfə qədəm qoyub. Bu məktəblərdə ümumilikdə 2154 şagird təhsil alacaq.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30