Mübariz Qurbanlı: “Əminəm ki, Azərbaycanda “Maydan” tipli hadisələr olmayacaq”
26.02.2014 [17:01]
Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlının Gün.Az-a müsahibəsi:
- Mübariz müəllim, bir müddət öncə mətbuata verdiyiniz açıqlamanızda Ukraynadakı son hadisələrə münasibətinizi bildirərkən, baş vermiş son inqilabın daha çox daxili faktorlardan qaynaqlandığı, Yanukoviç iqtidarının səhv siyasəti və sair ilə əlqaləndirmişdiniz.
Sizcə, digər inqilablarda olduğu kimi, bu inqilabda da xarici faktorların-təsirlərin rolu olmamışdı?
- Mən bu tezislə razı deyiləm. Misirdə əgər milyonlarla insanın ac-yalavac vəziyyətdə qaldığı bir vaxtda Hüsnü Mübarək hakimiyyəti və onun ətrafındakılar ölkədə bu problemi həll etmək üçün tədbirlər görmürdüsə, həmin ac-yalavac insanların “Təhrir” meydanına çıxmasında hansısa bir xarici amil axtarmaq burada o qədər də məntiqli deyil. Xarici amil orda informasiya baxımından rol oynaya bilər. Həmin hadisələri dünyaya, daxili auditoriyaya çatdırmaq baxımından rol oynaya bilər.
Dediyim kimi, xarici amil burada informasiya, həmin ölkənin hakimiyyətinə siyasi təzyiq və beynəlxalq təzyiq baxımından rol oynaya bilər. Yəni, bu tipli hadisələrdə çox az rolu var xarici amilin.
Xarici amil deyirdi ki, Yanukoviç, sən özünə milyonların hesabına elə bir dəbdəbəli saray tik, qızıl suyuna çəkilmiş vannada çim? Xarici amil Yanukoviçə deyirdi ki, sənin tərəfdarların harın həyat sürsün və xalqın problemlərini həll etməsi üçün islahatlar aparmasın? Xarici amil gəlib Ukraynanın ayrı-ayrı bölgələrində əhaliyə deyirdi ki, narazılığını ifadə et?
Bütün sayılanlar göstərir ki, orda biznes mühitinin boğulması, o cümlədən, məmur harınlığı, Yanukoviçin özünün səhv siyasəti bu cür hadisələrə gətirib çıxarıb.
Xarici amil burada o rolu oynayıb ki, beynəlxalq dəstək baxımından mesajlar verib, informasiya vasitəsilə təzyiq göstərib. Təbii ki, bəzi hallarda bəzi dairələrə müəyyən maddi yardımların da edilməsi aydın məsələdir.
Amma bütövlükdə istənilən ölkələrdə yaranan böhranların hamısı həmin ölkələrin öz içərisində yaranır və məşhur bir deyimdə deyildiyi kim, inqilabları yuxarılar hazırlayır, aşağılar həyata keçirir. Mən Leninin dediyini demirəm. O, başqa tezisdir - bu başqa tezis.
Yəni, inqilabları yuxarılar yetişdirir, aşağılar həyata keçirir. “Yuxarılar yetişdirir” sözünün arxasında da başqa məna var - belə demək mümkünsə, yuxarıların sərt və səhv siyasəti bu cür inqilabları yetişdirir.
Xarici amil deyirdi ki, Qəzzafi 30 illik siyasəti ilə Liviyada problemləri həll etməsin? Xarici amil, əlbəttə, vəziyyət yetişdikdə öz məqsədi naminə bu prosesdə iştirak edir, geopolitik marağını həyata keçirməyə çalışır və müdaxilə edir. Buna isə imkan verməməlisən.
Xarici amilə imkan verməmək üçün də birinci növbədə güclü hakimiyyət yaratmalısan, ikincisi, xalqla həmrəy olmalısan, üçüncüsü, ölkədə ardıcıl olaraq islahatlar həyata keçirməlisən.
Xarici amil Azərbaycanda da müxtəlif vaxtlarda cəhdlər göstərib. Niyə alınmayıb?
- Sizcə, niyə?
- Çünki Azərbaycan Prezidentinin liderliyi də, xalqla bağlılığı da buna imkan verməyib. Bu inqilab ssenariləri, xarici amil, bunların hamısını xaricə bağlamaq əslində həmin tipli ölkələrin səhv siyasətinin bir formasıdır.
Xarici amil sənin ölkənin daxilində o zaman iş görə bilir ki, sənin ölkənin daxilində bunun üçün əlverişli mühit və şərait yaradılıb. Yəni, ölkədə alışqan maddə varsa, onu alışdırmaq üçün adi qığılcımı ora atmaq imkanı yaradır.
Sən gərək bu qığılcımın bura atılması zamanı alovlanmanın qarşısını almaq haqqında düşünəsən və buna imkan verməyəsən.
Buna imkan verməməyin yolu isə yüzdəyüz xalqın hakimiyyəti dəstəkləməsidir. Xalqın hakimiyyəti müdafiə etməsidir. Bütün hadisələri yalnız xarici amil, bir mərkəz, nə bilim, masson, bu kimi ifadələrlə göstərmək yanlışlığa gətirib çıxara bilər.
Xarici amil varsa, geopolitik maraqları olan ölkələr niyə istədikləri yerdə bunu edə bilmir? Bəzən diletant səviyyəsində massonçuluq, digər bu cür mərkəzlərlə bağlı o qədər fantastik fikirlər yayılır ki, belə çıxır ki, elə dünyada hər şeyi kimsə həll edir. Belə deyil.
Bütün ölkələrdə hər şeyin sahibi həmin ölkənin xalqı, həmin ölkənin siyasi liderləridir, ona məsuliyyət daşıyanlardır və bunların bu işdə həmrəyliyidir.
Dəfələrlə Prezidentimiz xalqla hakimiyyətin vəhdəti məsələsini ifadə edib. İfadə etməyə də onun əlində əsasları var. Bu gün Azərbaycan hakimiyyətinin arxasında Azərbaycan xalqı dayanır. Azərbaycan hakimiyyəti Azərbaycan xalqı ilə vəhdətdədir. Ona görə bizim ölkəmizdə 2003, 2005 və 2013-cü illərdə hər hansı xarici dairələrin ölkədə qarışıqlıq salmaq üçün etdiyi cəhdlər iflasa uğrayıb. Ona görə ki, daxildə bunun üçün mühit yoxdur.
Daxildə mühit yarandıqdan sonra xarici amil olmadan da həmin daxili proses ölkədə böyük qarşıdurmaya və bu cür vasitələrə gətirib çıxara bilər.
- Siz Ukraynadakı hadisələri yenə də daha çox məmur harınlığı, dövlət vəsaitinin dağıdılması, Yanukoviç hakimiyyətinin korrupsiyalaşması və sair ilə əlaqələndirirsiniz. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə ölkədə məmur harınlığından və qudurğanlığından sərt, açıq şəkildə danışıb, öz xəbərdarlığını edib...
- Siz Yanukoviçin dilindən belə söz eşitmisinizmi? Və yaxud da bəlkə başqalarının dilindən belə söz eşitmisinizmi? Eşitməmisiniz axı. Yanukoviçin özü öz hakimiyyətindəki bu və ya digər nöqsanları, bu və ya digər qeyri-qanuni hərəkətləri ifşa edəcək və ya onun qarşısını alacaq, onu zamanında əzə biləcək bir siyasət yeritmiş olsaydı, o hadisələr baş verməzdi. Cənab Prezident İlham Əliyevin bir kəlməsi ilə ölkədə bu cür hərəkətlərə yol verənlərin necə geri çəkildiyini və özlərinin o hərəkətlərini, demək olar ki, dayandırdığını görürük.
Məsələn, ölkədə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Prezidentin kəskin çıxışı və bunu həyata keçirmək üçün sürətli olaraq addımlar atması, təbii ki, bu cür hadisələrin qarşısını aldı.
Bəli, harınlamış məmurun qarşısını almaq üçün Prezident öz mesajını verib və onun mesajı da öz təsirini göstərməkdədir. Bu təsiri biz hər gün hiss etməkdəyik. Ona görə də əgər zamanında Ukraynada və ya başqa yerlərdə ölkədə gedən prosesləri dəqiq təhlil edib, bunun qarşısını almaq üçün zamanında tədbirlər görülsəydi, əlbəttə, bu cür hadisələr baş verməzdi.
Amma Ukraynanı təhlil edən həm Ukrayna, həm Rusiya, həm Qərb politoloqları yekdil fikirdədirlər ki, ölkədə islahatların aparılmaması və bütövlükdə hakim elitanın ölkənin problemləri ilə bağlı lazımi tədbirlər görməməsi bu cür qarşıdurmaya gətirib çıxarır və çıxardı. Burada xarici amil həlledici rol oynamır. Həlledici rolu yalnız və yalnız ölkə daxilində yaranmış böhran vəziyyəti oynayır.
Azərbaycanda hər hansı sosial-siyasi xarakterli inqilabı mən gözləmirəm, proqnozlaşdırmıram. Çünki Azərbaycanın həm sosial-iqtisadi inkişafı, həm Prezident İlham Əliyevin şəxsi liderliyi ilə onun bütün problemləri görərək həmin problemləri həll etmək üçün lazımi tədbirlər görməsi bu cür bədbin proqnozlar verənlərin ümidlərini, gözləntilərini doğrultmayacaq.
Mən əminəm ki, Azərbaycanda bu cür qarşıdurma, “Maydan” tipli hadisələr olmayacaq. Çünki Prezidentimizin yeritdiyi siyasətin istiqamətləri göz önündədir, bütün bunlar həmin hadisələri yaradacaq səbəbləri aradan qaldırmaqdadır və qaldırıb.
On il əvvəlki problem bu gün yoxdur. Bugünkü problem, görünür ki, bir neçə ildən sonra olmayacaq. Bir neçə ildən sonra artıq başqa bir problem varsa, o da sonrakı zaman həll olunacaq. Yəni, dünyanın bütün ölkələrində problemlər var və bu problemlərin xarakterləri, mahiyyəti fərqlidir və problemləri həll etmək də hər bir hökumətin, hakimiyyətin ümdə vəzifəsidir. Ona görə də Prezident deyir ki, biz xalqın qulluqçusuyuq, xalqın qulluqçusu olmalıyıq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

