TuranBankın layihələri ölkədə biznesin inkişafına dəstəkdir
17.02.2015 [12:12]
TuranBank 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardan biridir. Bu gün Bank ölkə iqtisadiyyatının, regional ticarətin, sahibkarlığın və ümumilikdə ölkənin qeyri-neft sektorunun inkişafına özünün uğurlu layihələri ilə dəstək olan etibarlı, sayılıb-seçilən banklardan birinə çevrilib. Müsahibimiz TuranBankın Müşahidə Şurasının sədri Fuad Musayev Bankın tarixi, inkişaf yolu, həyata keçirdiyi uğurlu layihələri haqda fikirlərini AzərTAc-la bölüşüb.
- TuranBankın inkişaf yolu haqqında məlumat vermənizi xahiş edərdik.
- Hazırda 22 yaşını qeyd edən TuranBank 2007-ci ilədək iri biznesə xidmət göstərən korporativ bank kimi fəaliyyət göstərib. Göstərilən ildən başlayaraq özünün inkişaf strategiyasında köklü dəyişiklik edən bank korporativ müştərilərlə yanaşı əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən “universal bankçılıq” moduluna əsaslanaraq fəaliyyətini davam etdirib. İlkin mərhələdə xarici tərəfdaşlarının köməyi ilə özünün institusional bazasını gücləndirən bankımız Korporativ İdarəetmə Sistemini təkmilləşdirdi. Bunun üçün bank, 2009-cu ildə Beynəlxalq Maliyyə Korporasiyasının “Korporativ İdarəetmə Layihəsi”nə qoşulub və 2011-ci ildə onu uğurla tamamlayıb. Bu layihə çərçivəsində idarəetmə sistemlərinin effektivliyinin artırılması və beynəlxalq praktika əsasında çərçivəyə salınması baxımından bir sıra vacib sənədlər hazırlanaraq bankın fəaliyyətində müvəffəqiyyətlə tətbiq olunub.
2014-cü ilin yekunlarına əsasən, TuranBankın ümumi aktivləri 2013-cü illə müqayisədə 29,1 faiz artaraq 329 milyon manat, kredit portfeli 22,2 faiz artaraq 225 milyon manat, müddətli əmanət portfeli 17,7 faiz artaraq 72 milyon manat, müştərilərinin sayı isə 9 faiz artaraq 52 min nəfər təşkil edib. Ötən il beynəlxalq əlaqələrin inkişafı strategiyası çərçivəsində bank, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi məqsədilə daha 5 maliyyə institutu ilə kredit sazişi imzalamaqla əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumlarının sayını 17-yə çatdırıb.
Ötən illər ərzində bank satış şəbəkələrinin səmərəliliyinin yüksəldilməsi və kapitalın artırılması ilə yanaşı, aktivlərin keyfiyyətinin yüksəldilməsi, xarici investorların bankın kapitalına cəlbi və s. kimi uğurlara imza atdı. Qazanılmış uğurlar bankımızın istər ölkə daxilində, istərsə də xaricdə nüfuzunun artmasına gətirib çıxardı. Məhz gündən-günə artan nüfuz və etibarın bariz göstəricisi kimi xarici investor olan ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondunun bankın səhmdarları sırasına qatılmasını göstərmək olar. Xarici səhmdarımızın əsas fəaliyyəti Asiya və Afrika qitələrinin inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərən banklara, mikro maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.
Bu gün 16 satış nöqtəsindən ibarət xidmət şəbəkəsinə malik olan TuranBank ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməklə müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli məhsul və şərtlər təklif edən maliyyə qurumu kimi tanınmaqdadır.
- Hazırda bəzi yerli banklar kreditləşmə fəaliyyətlərini əsasən istehlak kreditləri üzərində qurmaqla diqqətlərini iri şəhərlərə yönəldirlər. TuranBankın fəaliyyət strategiyası bu baxımdan necə fərqlənir?
- Heç şübhəsiz Azərbaycanın bank sektorunun güclü inkişafı uzun illər ərzində maliyyə sabitliyini təmin edən, bu sahədə uğurlu, məqsədyönlü islahatlar aparan ölkə rəhbərliyinin, hökumətin əməyinin nəticəsidir. Bu gün yerli bankların ümdə vəzifəsi ölkədə istehsal sahələrini, sahibkarlıq fəaliyyətini maliyyələşdirməklə iqtisadiyyatın inkişafına xidmət edən dövlət siyasətinə dəstək olmaqdır. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müasir inkişaf konsepsiyası ölkədə rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulmasını nəzərdə tutur. Bu isə ilk növbədə, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, istehsal sahələrinin, sahibkarlığın inkişafını nəzərdə tutur.
TuranBank özünün ölkədə biznesin və sahibkarlığın inkişafına yönəlmiş layihələri ilə hökumətin bu sahədəki fəaliyyətini dəstəkləməkdədir. Ötən il ərzində ümumi həcmi 225,0 milyon manata çatan bankın kredit portfelində adı çəkilən sahələrə ayrılmış və 22 577 nəfər sahibkarın biznesinin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitlərin ümumi həcmi 195,2 milyon manat olub. Ayrılmış vəsaitlərin 63,3 milyon manatını korporativ kreditlər, 81,8 milyon manatını kiçik və orta biznes kreditləri, 50,1 milyon manatını isə mikrokreditlər təşkil edib. Kredit portfelinin 86,9 faizinə bərabər olan biznes kreditlərinin həcmi 2013-cü illə müqayisədə 24 faiz artıb. Bankımızın biznesin inkişafına yönəldilən və illik faiz dərəcəsi 14 faizdən başlayan sərfəli biznes kreditləri hazırda özəl sektor üçün ciddi dəstəyə çevrilib.
Bankımızın bir sıra yerli və beynəlxalq maliyyə qurumları ilə həyata keçirdiyi xüsusi layihələr əsasən regionları əhatə etməklə kiçik və orta sahibkarların fəaliyyətinin maliyyələşdirməsi məqsədini daşıyır. Belə layihələr sırasında bankın yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu ilə həyata keçirdiyi Kiçik və Orta Sahibkarlığın və Mikromaliyyələşmənin inkişafı üzrə layihəni, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Aqrar Sektorun İnkişafı” layihəsini, xarici qurumlardan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (IFAD) birgə həyata keçirilən “Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişafı” layihəsini, Dünya Bankının “II kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsini, İslam İnkişaf Bankı Qrupu ilə həyata keçirilən KOS-un maliyyələşdirilməsini nəzərdə tutan layihəni misal göstərmək olar. Bu layihələrdə aktiv iştirakı ilə bankımız sahibkarlıq subyektlərinin daha sərfəli maliyyə resurslarına çıxışına dəstək olmağa çalışır.
- Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri təbii ki, aqrar sektorudur. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında imzaladığı Sərəncam ölkə rəhbərliyinin bu sahəyə verdiyi yüksək qiymətin göstəricisidir. TuranBankın kənd təsərrüfatı və ümumilikdə regionların inkişafında rolu barədə nə deyə bilərdiniz?
- Azərbaycanın dinamik inkişafına nail olunmasında ölkə iqtisadiyyatında məşğul olanların 40 faizinin çalışdığı kənd təsərrüfatı sahələrinin yerləşdiyi regionların potensialından səmərəli istifadə vacib şərtlərdəndir. Bu baxımdan respublikada həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı iqtisadiyyatının qeyri-neft sektorunun çoxsahəli sabit inkişafının təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bankımız bu gün özünün regional satış nöqtələri vasitəsilə dövlət proqramının uğurla icrasına öz töhfəsini verməkdədir. Ötən ilin yekunlarına əsasən biznes və sahibkarlığın dəstəklənməsi üçün ayrılan kreditlərin 36 faizi məhz regionların payına düşüb ki, bu vəsaitlər də ilk növbədə, kənd təsərrüfatı məhsullarının istehsalının, yeyinti və emal sənayesi sahələrinin, regionlarda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasına xidmət edir.
Bankımız əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir və bu zaman əsas diqqət kənd təsərrüfatı sahələrinə yönəlir. Ötən ilin sonuna bankın kənd təsərrüfatı sahələrinə ayırdığı vəsaitlərin ümumi həcmi 42,4 milyon manatı aşmaqla kredit portfelinin 19 faizinə bərabər olub.
Regionlarda kiçik və orta sahibkarlıq subyektlərinin lazımi ucuz maliyyə vəsaitləri ilə təmin edilməsi üçün TuranBank yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu ilə Kiçik və Orta Sahibkarlığın və Mikromaliyyələşmənin inkişafı üzrə sıx əməkdaşlığı çərçivəsində indiyədək ölkənin müxtəlif regionlarından olan 902 sahibkara 47 milyon manatadək vəsait ayırıb.
TuranBank, həmçinin, “Aqrar Sektorun İnkişafı” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına kreditlərin verilməsində agent bank kimi çıxış etməklə aqrar sektorun inkişafına yönəldilən vəsaitlər hesabına indiyədək 649 təsərrüfat subyektini 15,3 milyon manat həcmində güzəştli kreditlə təmin edib.
Yerlərdə sahibkarlığın dəstəklənməsi istiqamətində bankın öz vəsaitləri hesabına həyata keçirdiyi layihələrdən biri də 2013-cü ildən başlayaraq əsasən regional satış nöqtələri vasitəsilə realizə olunan fərdi biznes mikrokreditləridir. İndiyədək bu layihə çərçivəsində müştərilərimizə güzəştli şərtlərlə 50 milyon manatdan artıq həcmdə kredit ayrılıb.
Bu sahədəki fəaliyyətimizi hökumətin apardığı ərzaq təhlükəsizliyi siyasəti çərçivəsində iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixrac potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə ciddi dəstəkdir.
Qeyd etmək istərdim ki, bir sıra beynəlxalq maliyyə institutları ilə həyata keçirdiyimiz uzunmüddətli birgə layihələr çərçivəsində cəlb olunmuş aşağı faizli maliyyə vəsaitlərinin də yönəldildiyi əsas prioritet sahələr regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətidir. Diqqət çəkən məqamlardan biri də bankın kreditləşmə fəaliyyətində yalnız yüksək ekoloji və sosial əhəmiyyətli layihələrin, eyni zamanda, ümumi kreditləşmə fəaliyyətində qərarların qəbulu zamanı ekoloji risklərin minimuma endirilməsinə çalışmasıdır. Cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyəti dərindən dərk edən bir bank kimi TuranBank hazırda AYİB və EFSE kimi maliyyə qurumları ilə enerji səmərəliliyinə riayət edən, ekoloji riskləri minimuma endirməyə imkan verən KOS layihələrinin maliyyələşdirilməsi üzrə danışıqlar aparmaqdadır.
Digər tərəfdən, bankın 2015-ci ilin sonunadək olan dövrü əhatə edən Strateji Planına uyğun olaraq regionlarda açılacaq daha 4 yeni filial regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasətə dəstəyimizi daha da gücləndirməyə imkan verəcək.
Qeyd edim ki, bu yaxınlarda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) üzv təşkilatlar arasında kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən TuranBank “Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat” nominasiyasının qalibi olub. Bu mükafat bizim regionlarda həyata keçirdiyimiz uğurlu layihələrimizə verilən yüksək qiymətdir.
- Ölkənin aparıcı banklarından birinin rəhbəri kimi dünya iqtisadiyyatı üçün ağır olacağı bildirilən 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə proqnozlaşdırırsınız?
- Ötən ilin sonundan başlayaraq neftin qiymətinin iki dəfədən çox aşağı düşməsinin neft hasilatçısı olan ölkəlimizin iqtisadiyyatına mənfi təsiri ilə bağlı narahatçılıqlar yaranıb. Amma yaddan çıxarmayaq ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi dayanıqlığını daha etibarlı şəkildə qoruyub saxlaya bilən iqtisadiyyatlar sırasına aiddir. Mən yaranmış vəziyyətin ölkə iqtisadiyyatının dayanıqlılığının artırılması istiqamətində faydalı olacağına əminəm.
Nazirlər Kabinetinin sonuncu iclasında çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cari ildə iqtisadiyyatın idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, qeyri-neft sektorunun, ilk növbədə də regionların inkişafına diqqətin daha da artırılması və bank sektorunun ölkə iqtisadiyyatının inkişafında rolunun gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən olacaq.
Bir çoxlarını narahat edən cari ildə manatın məzənnəsinin dəyişməsinə gəlincə isə burada ciddi dəyişikliklərin baş verməyəcəyinə əminəm. Sözsüz ki, regionda və dünyada gedən iqtisadi proseslər əhali və sahibkarları narahat etməyə bilməz. Ancaq, Azərbaycan iqtisadiyyatının son illərdə keçdiyi inkişaf yolu və həyata keçirilmiş islahatlar bu asan olmayan dövrdən də müsbət nəticələrlə çıxacağımızı deməyə əsas verir. Eyni zamanda, milli valyutanın sabitliyi makroiqtisadi stabilliyin mühüm amili olmaqla bərabər əhalinin gəlirlərinin dəyərsizləşməsinin qarşısını alır, korporativ və maliyyə sektorunda sabitliyi təmin edir. Ümumilikdə, ölkə rəhbərliyi tərəfindən atılan məqsədyönlü addımlar və əsas makroiqtisadi göstəricilərimiz iqtisadiyyatın davamlı inkişafının və eləcə də manatın məzənnəsinin sabitliyinin nəinki 2015-ci ildə, həm də qarşıdakı illərdə təmin ediləcəyinə əmin olmağa əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

