“Hazırda fəaliyyətdə olan deputatlardan kimin namizədliyini verməsi məsələsinə baxılır”
05.05.2015 [10:20]
Siyavuş Novruzov: Əgər kimsə seçkilərə təkrar getməyəcəksə, onun yerinə kimlərin getməsi müzakirə olunur
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “a24.az”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Siyavuş müəllim, təmsil etdiyiniz partiyanın qarşıdan gələn parlament seçkilərinə hazırlıqları necə gedir?
- Təbii ki, bu il Azərbaycanın gündəmində iki böyük məsələ var. Hər ikisinin ölkəmiz üçün əhəmiyyətli və önəmli rolu var. Birincisi, qarşıdan ilk Avropa Oyunları gəlir. Öncə bu barədə danışacam və partiya olaraq ilk Avropa Oyunlarına göstərilən dəstək barədə fikirlərimi bildirəcəm.
Xatırlatmaq istəyirəm ki, 650 min YAP üzvü var və hər bir partiya üzvü səfərbər edilib ki, bu işdə yaxından, aktiv iştirak etsin. Həmçinin, ölkəmizdə olan hazırkı ictimai-siyasi sabitliyin qorunması, hər hansı təxribat törətmək istəyənlərin qarşısının alınması və s. məsələlərdə hüquq-mühafizə orqanları ilə birlikdə partiya üzvlərimiz də fəal şəkildə iştirak edəcəklər.
İlk Avropa Oyunları Azərbaycanda necə lazımdır, o cür də keçiriləcək. Artıq ölkəmizdə qısa müddət ərzində Oyunların Təşkilat Komitəsi bütün işləri görüb və Azərbaycan ilk Avropa Oyunlarına tam hazır vəziyyətdədir. Azərbaycanda idmanla bağlı bütün qurğular Oyunlara hazırdır. Biz də bütövlükdə partiya olaraq bu prosesə qoşulmuşuq. Bu proses başa çatana qədər də aktiv şəkildə iştirak edəcəyik.
Parlament seçkiləri ilə əlaqədar isə onu deyə bilərəm ki, YAP seçkilərə hazırlıqla bağlı proqramına bu ilin əvvəlindən start verib. Artıq bu proseslər gedir. İlk növbədə, biz hər məntəqəyə üç nəfər olmaq şərti ilə öz fəallarımızı təhkim etmişik. Onlara treninqlər keçirilib. Hazırda onlar seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğuldurlar. Məsələn, Bakının bir çox rayonlarının dairələrində çoxlu şəkildə yerdəyişmələr var. Yəni, bir çoxlarında söküntü işləri gedir, bəzilərinin yerləri dəyişdirilib, orda olan seçicilər tamam başqa bir dairənin ərazisinə təhkim olunub. Bu cür məsələlərlə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu işlər Mərkəzi Seçki Komissiyası və digər qurumlar tərəfindən də aparılır.
MSK və digər dövlət qurumları dairələrdə təkcə seçicinin ad və soyadını yazırlarsa, YAP bütün seçki dairələri üzrə göstəriciləri toplayır. Burada seçicinin təvəllüdü, siyasi mənsubiyyəti, ümumiyyətlə, seçicinin ölkədə gedən siyasətə baxışları və digər məsələlər dəqiqləşdirilir. Artıq bu dəqiqləşmə prosesi başa çatandan sonra biləcəyik ki, istənilən seçki dairəsi ərazisində neçə faiz seçici bizim qatı tərəfdarımızdır. Nə qədəri neytral, nə qədəri bizim əleyhimizə olandır. Bunun üzərində YAP öz təbliğatını qurur və bu istiqamətdə aparır.
Bundan başqa, dairələrin ərazisində olan çatışmazlıqlarla da bağlı araşdırma aparılır, hansı problemlər olduğu dəqiqləşdirilir. Ümumi təhlillər aparılır və təhlillər nəticəsində dairələrdəki problemlərin aradan qaldırılmasına çalışılır.
Üçüncü istiqamət isə, dairələrdə olan namizədin müəyyənləşdirilməsidir. Hazırda Milli Məclisdə YAP-ın 70-ə yaxın üzvü var. İndi 125 dairə üzrə kimin yenidən namizədliyinin irəli sürülməsi məsələsi də təhlil olunur. 5 il ərzində onların fəaliyyəti ilə əlaqədar tədqiqatlar gedir. O da istiqamətlər üzrə - seçicilərin münasibəti, qanunvericilik təşəbbüsündə iştirakı, beynəlxalq təşkilatlarda təmsil olunması, dövlətçiliyə sədaqəti və digər kateqoriyalar üzrə. Sözügedən kateqoriyalara cavab verəcək hazırkı deputatların yenidən namizədliyi irəli sürüləcək və yaxud namizədliklərini verməyənlərin yerinə yenidən seçim aparılacaq. Təbii ki, bütün bunlarla bağlı analiz aparılır. Yəqin ki, avqust ayından etibarən bu dəqiqləşmə işi tam başa çatdırılacaq.
Hazırda ölkəmizdə 50 siyasi partiya qeydiyyatdan keçib və bunlardan 40-a yaxını bəyanat verib ki, seçkilərdə iştirak edəcək. Təbii ki, biz onların namizədlərinə də baxacağıq. Müxalifət partiyalarının hansı dairədən namizəd verəcəyi, həmin namizədin ərazi üzrə fəallığı öyrəniləcək. YAP da o adama qarşı elə bir namizəd verəcək ki, bizim namizədimiz daha çox səs toplaya bilsin. Bir sözlə, bunun üçün operativ yerdəyişməmiz də olacaq.
- Belə söhbət yayılır ki, Milli Məclisdə yaşlı deputatlar cavanlarla əvəzlənəcək...
- YAP seçkilərdə namizədləri yaşa görə deyil, seçicinin arzu-istəyinə uyğun müəyyənləşdirəcək. Bu, seçicinin arzu və istəyindən asılıdır. YAP-ın apardığı tədqiqata görə, elə bölgələr var ki, orada cavan adam bir səs də ala bilməz. Bizim tədqiqatımızın da məqsədi seçicinin istəyinə uyğun namizədi müəyyənləşdirməkdir. Seçicinin müasir və yaxud konservativ baxışlara malik namizəd istəyi çox önəmlidir.
Bəzən mən də parlamentdə eşidirəm ki, yaşlılar gedəcək, cavanlar gələcək. Ancaq hesab edirəm ki, bunu müəyyənləşdirən yalnız seçicidir. Seçici parlamentdə kimi görmək istəyirsə, onu da seçəcək. O baxımdan, elə yerlər olacaq ki, orada gənclərə, orta nəslin və yaşlı nəslin nümayəndələrinə üstünlük veriləcək. Bu gün yaşlı nəslin nümayəndələri var ki, onlar parlamentdə aktiv şəkildə iştirak edirlər. Bir sözlə, YAP parlament seçkilərində yuxarı yaş həddinə görə deyil, seçicinin istək və arzusuna uyğun olaraq namizədini müəyyənləşdirəcək. Xalq kimi neçə dəfə istəyirsə, o qədər də seçəcək.
- Siyavuş müəllim, elə bir YAP-çı deputat varmı ki, 5 il ərzində onun fəaliyyəti qaneedici səviyyədə deyil?
- Təbii ki, yuxarıda qeyd etdiyim kimi, onlar şkala üzrə bölünürlər. Hazırki deputatların qanunvericilik, seçicilərin problemlərinin həll olunması, onların təşəbbüslərinin parlamentdə qaldırılması, beynəlxalq təşkilatlarda iştirakı məsələləri araşdırılır. Elə adam var ki, seçicinin etimadını o qədər doğrultmasa da, beynəlxalq təşkilatlarda çox yüksək şəkildə ölkəmizi təmsil edib. Ölkəmizin maraqlarını təmin edib və buna bir ehtiyac var. Bunlar hamısı tutuşdurulub ortaya qoyulacaq ki, kim YAP-dan namizədliyini verəcək.
- Bəzi KİV-lərdə Tağı Əhmədovun deputat seçiləcəyi ilə bağlı xəbərlər dərc olunur. Digər tərəfdən, keçmiş YAP-çı deputat Eldar Sabiroğlu mətbuatda çıxış edərək YAP-dan təklif gələrsə, namizədliyini irəli sürə biləcəyi fikrini səsləndirir. Bu məsələlərə münasibətinizi bilmək istərdik.
- Eldar Sabiroğlu ilə bağlı mətbuatda məlumata rast gəlməmişəm. Bir daha deyirəm, hələ ki, namizədlər məsələsi müzakirə olunmur. İndi əsas məsələ kimi hazırda fəaliyyətdə olan deputatlardan kimin namizədliyini verməsi məsələsinə baxılır. Əgər kimsə seçkilərə təkrar getməyəcəksə, onun yerinə kimlərin getməsi müzakirə olunur. Rayonlarda tanınmış insanların fəaliyyət istiqamətləri öyrənilir və bu barədə məlumatlar toplanır. Bütövlükdə indidən yeni kimisə axtarmaq hələ ki, gündəmdə deyil.
- Seçkilərdə YAP-ın tam qələbəsinə inanırsınızmı?
- Təbii ki, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacaq. Bunu deməyə əsasımız var. Azərbaycan əhalisi ölkədə gedən iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi, sosial problemlərin həll edilməsi, abadlıq-quruculuq işlərinin davamlı olmasını istəyir. İnsanların da bu məsələdə yalnız güvən yeri hazırkı iqtidardır. Bunun üçün seçicilər YAP namizədlərinə daha çox səs verəcək. Digər tərəfdən, YAP-ın kifayət qədər resursları var. Bunun əsas şərti isə sosial baza və elektoratdır. Yəni, hazırda 650 min YAP üzvü var və bu adamlar hərəsi özü ilə seçkiyə 3 nəfər gətirib YAP namizədlərinə səs verərsə, bu, seçicilərin 50 faizi deməkdir. Bizim namizədlərimiz ali təhsil, bacarıq, işgüzarlıq və digər sahələrə görə müxalif partiyaların namizədlərindən üstündürlər. Buna görə də YAP bu seçkilərdə üstün səs çoxluğu ilə qələbə qazanacaq.
- Yeri gəlmişkən, 2020-ci ilə qədər YAP-a üzv olacaq insanların sayı müəyyənləşdirilibmi?
- İldə orta hesabla 30 min insan YAP-a üzv olur. Təkcə ötən il 31 min insan YAP-a üzv olub. Lakin üzvlərimiz arasında dünyasını dəyişənlər də var və onların sayı 3-4 min civarındadır. Bütövlükdə götürdükdə, YAP üzvlərinin sayı ilə 25-26 minə qədər artır. Hesab edirəm ki, 2020-ci ilə qədər YAP üzvlərinin sayı 800 mini ötəcək.
- Bəzi qəzet və saytlarda YAP daxilində münaqişələrin olması barədə məlumatlar dərc olunur. Bu barədə nə deyə bilərsiniz?
- Onlar hər zaman ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, seçkilər ərəfəsində bu cür uydurma fikirlər səsləndirirlər. Hesab edirəm ki, bu, YAP-a qarşı təxribat xarakterli yanaşmadır. YAP yarandığı ilk gündən indiyədək hər zaman monolit olub. Bir sözlə, hazırkı iqtidar da hər zaman monolit olub və birlikdə fəaliyyət göstəribdir. O baxımdan, YAP-da heç vaxt çaxnaşma olmayıb və bundan sonra da bunu gözləməsinlər. İqtidarda hər bir vəzifə təyinatı konkret olaraq müəyyənləşib, hər kəs öz vəzifə səlahiyyətləri çərçivəsində öz işlərini həyata keçirir.
- “Milli şura” mayın 3-də aksiya keçirmək istəyirdi. Lakin baş tutmadı...
- Təbii ki, bu, xarici sifarişlər əsasında həyata keçirilir. Bunu da hər kəs bilir. Sifarişli mitinq ondan ibarətdir ki, onlara verilən qrantlar hesabına müxalifət xaricin arzusunu ölkəmizdə gerçəkləşdirmək istəyir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar bəzi müxalifət nümayəndələri kampaniyaya başlayır və təxribatlara əl atmaq istəyirlər. Çox vaxt çalışırlar ki, polislə aralarında münaqişə yaransın, qarşıdurmanı çəkib xaricə göstərsinlər. Yaxud da bəzən görürsən ki, keçirdikləri mitinqlərə 300-400 adam toplayır və bunu 5-10 min adam kimi təqdim edirlər. Bu da iki məsələyə xidmət edir: birincisi, ictimaiyyəti çaşdırmaq, digər tərəfdən, xaricdən aldıqları maliyyəni silmək. Yəni ki, bir var 300 adama, bir var 10 min adama sərf olunan vəsait. Külli miqdarda mənimsəmələr var. Bunlar da hamısı dəqiq faktlarla təsdiq olunur. Yəni, bu cür faktlar da əlimizdə var. Ötən dəfə bu məsələni parlamentdə də qaldırdıq. 200-300 adamla aksiya keçirilən yerdə hüquq-mühafizə orqanları onların təhlükəsizliyini təmin edir. Çox vaxt onların keçirdikləri aksiyalara görə vətəndaşlar istirahət günü istirahət hüququndan məhrum olurlar. Həmçinin, nəqliyyatın hərəkətinə maneçilik yaradırlar. Yəni, görürsən ki, aksiya iştirakçıları yolun ortası ilə gedir və bu da nəqliyyatın hərəkətinə maneə yaradır. Mən mütəmadi olaraq bu cür aksiyaları müşahidə etmişəm. Hesab edirəm ki, onlar həyətlərində bir “palatka” qurub, 200 nəfəri ora yığıb aksiyalarını təşkil etsələr, daha məqsədəuyğun olar. Hörmətli bir adamın yas yerində onların mitinqinə gələnlərdən daha çox adam görmək olur. Fikrimcə, özlərini müxalifət adlandıran təşkilatların ölkəmizdə bu cür ajiotaj yaratmalarına ehtiyac yoxdur.
- Bu günlərdə Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists -CPJ-JMK) mətbuatla bağlı 2014-cü ilin hesabatını açıqlayıb. Hesabatda Azərbaycan mediaya senzura tətbiq edən ölkə kimi göstərilib. Bununla bağlı fikirləriniz maraqlı olardı...
- Azərbaycanda mətbuat azaddır. Onlarla fakt göstərə bilərəm ki, dövlət tərəfindən yerli KİV-lərə dəstək olunur. Azərbaycanda bütün qəzet və saytlara dövlət tərəfindən eyni münasibət bəslənilir. Dövlət dəfələrlə qəzetlərin borclarını bağışlayıb. Bunu iqtidar və müxalifət KİV-lərinə bölməyib. Əksər borclar müxalifət qəzetlərinin borcu olub. Hazırda ölkəmizdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Bu Fond hər bir qəzet və sayta bərabər şəkildə vəsait ayırır. Həmçinin, mətbuat işçiləri üçün mənzil tikildi və paylandı. Hazırda daha bir binanın tikintisi həyata keçirilir. Bu da eyni şəkildə müxalifət, iqtidar mətbuat işçiləri olmaqla, bərabər şəkildə bölünəcək. Bizdə mətbuata təzyiqdən söhbət gedə bilməz. Sadəcə, bəzi adamlar mətbuatdan istifadə edirlər. Bir nəfər həm jurnalist və həm də siyasi partiya sədrinin müavini, şöbə müdiri olur. Kütləvi tədbirlərdə hər hansı bir qanunu pozur və müəyyən şüarlar səsləndirir. Əgər sən mətbuat işçisisənsə, neytral olmalı və informasiyanı işıqlandırmalısan. Amma bu, görürsən ki, mitinq iştirakçısına çevrilir və şüar deyənlərin ortasında birinci bu gedir. Bu və ya digər şəkildə qanunu pozan kimi, deyir ki, “mən mətbuat nümayəndəsiyəm”. Amma hesab edirəm ki, mətbuat nümayəndəsi neytral olmalıdır. İkinci bir tərəfdən, mətbuatda vergidənyayınma halları kifayət qədərdir. Yaxud da görürsən ki, yerli mətbuat nümayəndəsi Azərbaycan dövlətinin heç bir xəbəri olmadan gizli yolla Ermənistana gedib və orada görüşlər keçirib. Sual olunur, sən hansı əsasla gedib orada görüşlər keçirir və Azərbaycanın sirlərini ötürürsən? Yəni, bütün bunlar hamısı bəllidir. Fikrimcə, Azərbaycanda mətbuat, söz və internet azadlığı var. Bu gün Pentaqonun icazəsi olmadan bir məlumat belə ABŞ mətbuatında dərc oluna və yaxud yazıla bilməz. Almaniya və Türkiyədə də eyni məsələdir və jurnalisti dərhal həbs edərlər. Amma Azərbaycanda kimin kefi istəyir, Azərbaycan ordusu haqqında yazır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bəzi KİV-lər buna məhəl qoymaq istəmir. Bir söz də deyən kimi dərhal jurnalist olduqlarını az qala bütün dünyaya car çəkirlər. Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, rəsmi məlumat verilmədən KİV-lərdə ordumuz haqqında heç bir məlumat dərc edilməsin. Qanunvericilikdə də bu məsələ qeyd olunur. Amma buna baxmayaraq, özünü jurnalist adlandıranlar ordumuz haqqında qonşusundan eşitdiyini, kənddən bir telefon zənginə əsasən öz bildiyini çalışdığı mətbuat orqanında yazır. Ona görə də Azərbaycan mətbuatı azaddır, kim ki məsuliyyətə cəlb edilibsə, o, peşəsinə görə deyil, törətdiyi cinayətə görə həbs olunubdur. Heç bir peşə də insanı törətdiyi cinayətin məsuliyyətindən azad etmir. Hamı qanun qarşısında bərabərdir.
- Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsdən azad olunması üçün bir sıra millət vəkilləri və siyasi partiya rəhbərləri ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Sizcə, Tofiq Yaqublu azadlığa buraxılacaqmı?
- Təbii ki, əfv etmək hüququ cənab Prezident İlham Əliyevə məxsusdur. Bununla əlaqədar aidiyyəti qurumlara müraciət olunmalıdır. Müraciət olunduğu halda əfv oluna bilər. Yəni, istənilən vətəndaş müraciət edə bilər və bu əsasda da əfv oluna bilər. Azərbaycanda kifayət qədər amnistiya, əfv sərəncamları olub. Ölkəmizin Prezidenti hər zaman Öz humanizm siyasətini insanlara göstəribdir.
Bir neçə gün bundan qabaq qızının vəfatı ilə əlaqədar Tofiq Yaqublu 7 günlük azadlığa buraxıldı. Bunlar hamısı humanist addımlardır. Müraciət olunacaqsa, təbii ki, ölkə Prezidenti İlham Əliyevin səlahiyyəti çərçivəsində Tofiq Yaqublu azad oluna bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

