Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Azərbaycan balanslaşdırılmış və müstəqil siyasət yürüdür”

“Azərbaycan balanslaşdırılmış və müstəqil siyasət yürüdür”

10.12.2015 [10:29]

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı anım mərasimləri keçiriləcək. Ümummiyyətlə, Ulu öndər barəsində nələri söyləmək olar?
- Ümumiyyətlə, vaxt keçdikcə, Ümummilli liderin siyasi fəaliyyəti araşdırıldıqca Heydər Əliyevin dahiliyi, uzaqgörənliyi, əvəzolunmaz olduğu bir daha öz təsdiqini tapır. Bu gün dünyada və xüsusən də regionda baş verən hadisələrə nəzər salanda hər kəs özünə “Ulu öndər belə məsələləri həll etmək üçün nə edərdi?” sualını verir. Azərbaycanda stabillik, vətəndaş müharibəsinin, etnik separatizmin, qardaş qırğının qarşısının alınması və ölkəmizin bugünkü inkişafı Ümummilli liderimizin zəhmətinin, əziyyətinin, Onun böyük siyasətinin nəticəsidir. Bu gün nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya azərbaycanlıları, türk xalqları və digər xalqlar bunu dərk edir. Ukraynada hadisələr baş verərkən Azərbaycan müxalifətinin böyük hissəsi qeyd etdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Eləcə də Ərəb dünyasında baş verən hadisələrdə də hamı Ümummilli lideri xatırlayırdı. İşlədiyi bütün dövrlərdə Ulu öndər Azərbaycan xalqı, milləti, türk dünyası üçün çalışıb. Heydər Əliyev hansı vəzifədə işləməsindən, quruluşundan, dövründən, zamanından, məkanından asılı olmayaraq həmişə çalışıb ki, xalqına xidmət etsin. Beləcə, bugünkü çiçəklənən, inkişaf edən, stabil Azərbaycanı dünya ölkələri sırasında önə çıxardı. Təbii ki, bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, bundan sonra da bu siyasət uğurla davam etdiriləcək.
Bu gün Yeni Azərbaycan Partiyası regionun ən aparıcı partiyasıdır. Bu il noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində də Heydər Əliyev siyasəti yenidən qalib gəldi. Bütün dövr ərzində YAP-ın rayon və şəhər təşkilatlarında, həmçinin Mərkəzi Aparatında Ümummilli lider anılır və müxtəlif səpkili tədbirlər, təqdimatlar keçirilir. Təbii ki, bu proses davam etdiriləcək.
Ümumiyyətlə, Ulu öndər haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqının hər bir nümayəndəsi, müxtəlif peşə sahibləri günlərlə, aylarla Ümummilli liderin fəaliyyətindən danışa bilər. Heydər Əliyev haqqında nə qədər kitablar yazılsa da, filmlər çəkilsə də, hələ Ulu öndərin fəaliyyətinin mahiyyəti tam şəkildə açılmayıb. Yəni bunun üçün illər lazımdır. Təbii ki, illər ötdükcə biz Onun atdığı addımların hər birinin nə qədər səlis, dəqiq olduğunun bir daha şahidi oluruq. Azərbaycanda silahlı dəstələrin əməllərinin, dövlət çevrilişlərinin qarşısının alınması, neft müqavilələrinin imzalanması, atəşkəsin elan olunması və bundan sonra Azərbaycanın iqtisadi inkişafının başlanması artıq hər bir insana bəllidir. O dövrün dövlət büdcəsi ilə indikinin arasında 30 dəfədən artıq fərq var. Azərbaycanın bütün regionlarının inkişafı, məktəblərin, xəstəxanaların tikilməsi, neft strategiyasının düzgün olaraq insan kapitalına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı və s. Ümummilli lider Heydər Əliyevin siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən də bu siyasət çoxşaxəli şəkildə həyata keçirilir.
Bu gün Azərbaycan yeganə dövlətlərdən biridir ki, özü müstəqil siyasət yürüdür. Məhz o balanslaşdırılmış xarici siyasətin təməlini Ümummilli liderimiz qoyub. Azərbaycan hər bir dövlətlə bərabərhüquqlu şəkildə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq öz münasibətlərini qurur.
- Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Prezident tərəfindən növbəti dəfə əfv sərəncamı imzalana bilərmi?
- Hər il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Ölkə başçısı hər zaman hümanist siyasət yürüdüb. Hələ Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olarkən Azərbaycanda ölüm hökmünü dayandırdı. Bundan sonra isə ölkəmizdə ölüm hökmü ləğv olundu. Vaxtilə Ulu öndər tərəfindən də bir neçə əfv sərəncamları imzalanmışdı və amnistiya verilmişdi. Eləcə də cənab Prezident İlham Əliyev tərəfindən də əfv sərəncamları olub və amnistiya haqqında sənəd imzalanıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə də Azərbaycanda çox böyük Amnistiya Aktı qəbul olundu. Bu akt 9 minə yaxın insana şamil olundu. Azərbaycanın həm milli bayramlarında, həmçinin də bəzi dini bayramlarda Prezident İlham Əliyev tərəfindən əfvlə əlaqədar müraciət olunan, əfv komissiyası tərəfindən baxılıb göndərilən sənədlərə imza atılır və əfv sərəncamı verilir. Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə də Prezident İlham Əliyev tərəfindən növbəti dəfə əfv sərəncamı imzalana bilər. Amma bu məsələ həm əfv komissiyasının, həm də cənab Prezidentin səlahiyyətinə daxil olan məsələdir.
- Azərbaycanda artıq parlament seçkiləri başa çatdı. Bəs seçkilərdən sonra iqtidar-müxalifət dialoqunun keçirilməsinə təşəbbüslər olacaqmı?
- İndiyədək iqtidarla-müxalifət arasında bir neçə dəfə dialoq keçirilib. Dialoqun baş tutması isə çox əhəmiyyətlidir. Bundan sonra da iqtidarla müxalifət arasında dialoq davam etdiriləcək. Sadəcə olaraq hələ ki, ilin sonudur. Növbəti ildən bu proseslər yeni mərhələdə, yeni baxışlarla, yeni məsələlərin gündəmə çıxması ilə davam edəcək. Azərbaycanda qeydiyyatdan keçmiş bütün partiyalar üçün bu dialoq açıqdır. Sadəcə olaraq bir-iki partiyanı çıxmaq şərtilə yerdə qalan bütün partiyalar bu dialoqda iştirak edib. Onların hər biri də öz təkliflərini təqdim edib. Beləcə, bütün təkliflər toplanaraq ardıcıl şəkildə müzakirələr aparılırdı. Hesab edirəm ki, növbəti ildə də eyni proses davam etdiriləcək.
- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib. Əli Kərimli və onun ətrafında olanlar isə ajiotaj, hay-küy salmaqla proseslərə mane olmaq istəyirlər. Bu barədə nə deyərdiniz?
- Ümumiyyətlə, qanun qarşısında hər bir şəxs bərabərdir. Hansı partiyaya üzv olmasından asılı olmayaraq, hər kəs qanunun aliliyinə hörmətlə yanaşmalıdır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Burada Əli Kərimli və onun ətrafında olanların ajiotaj yaratmasına da ehtiyac yoxdur. Əgər kiminsə təqsiri yoxdursa, o digər lazımi instansiyalara müraciət edə bilər. F.Qəhrəmanlının həbsində əsas səbəb vətəndaşları itaətsizliyə çağırış və dini qarşıdurma yaratmaq faktorudur. O, özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində vətəndaşlara çağırışlar edib. Bildiyiniz kimi, Cinayət Məcəlləsində də bu məsələlər qəti şəkildə qoyulub. Hətta “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna istinad edib bir yerə toplaşanda belə anti-dövlət, millət, xalq, etnik və dini qarşıdurma çağırışlarına yol vermək olmaz.

Paylaş:
Baxılıb: 1136 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30