/ / Vətəndaşların dövlətimizə bağlılığı sarsılmazdır və insanlar Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər
Vətəndaşların dövlətimizə bağlılığı sarsılmazdır və insanlar Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər
12.03.2016 [11:59]
Milli Məclisin deputatı Sona Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sona xanım, bu yaxınlarda Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edildi. Sizcə, bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər çox vacib və əhəmiyyətlidir. Dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin kəskin aşağı düşməsi fonunda belə bir dəyişikliklərin edilməsi zəruri idi. Bir sıra ölkələr hazırkı mürəkkəb vəziyyətlə əlaqədar öz büdcələrinə yeniliklər edirlər. Bilirsiniz ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran ölkəmizə uzun müddət təsir etmədi. Bu böhranı biz indi müəyyən qədər hiss edirik. Ona görə də, hökumət tərəfindən zəruri addımlar atılır ki, dünya iqtisadi böhranından minimum itkilərlə çıxaq. Eləcə də, sosial proqramların heç bir ixtisar olmadan həyata keçirilməsi dövlətin hər zaman vətəndaşların yanında olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin hazırkı şəraitdə həyata keçirdiyi siyasət onu deməyə əsas verir ki, iqtisadi cəhətdən yeni inkişaf mərhələsi başlanır. Bu gün qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılır. Kənd təsərrüfatını daha da inkişaf etdirmək, yerli istehsalı artırmaq, ixrac potensialını yüksəltmək bu baxımdan önəmlidir. Mən Şəmkir rayonunu təmsil etdiyim üçün deyə bilərəm ki, aqrar rayon olaraq kənd təsərrüfatı sahəsində öz ənənələri formalaşmış bir rayondur və gələcək bütün fəaliyyətlər də bu sahənin inkişaf etdirilməsinə yönəlib. Rayonumuzda meyvə-tərəvəz, bostan bitkiləri yetişdirilir, heyvandarlıq da geniş yayılmış məşğulluq növüdür.
- Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının nəticəsi olaraq bölgələrimizdə böyük quruculuq işləri həyata keçirilir. Eyni zamanda, bölgələrdə yerli istehsalın stimullaşdırılması, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi aktual məsələdir. Bu baxımdan, təmsil etdiyiniz Şəmkir rayonunun potensialı haqqında və rayonda bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?
- Ölkəmizin regionlarının inkişafı fonunda Şəmkir rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Dövlət proqramları çərçivəsində yeni sosial obyektlər tikilib, yollar çəkilib, parklar salınıb. Eləcə də kəndlərimiz qazlaşdırılır, elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırılır və s. Bütün görülən işlər rayon əhalisi tərəfindən dəstəklənir, insanlar da bu quruculuq işlərində yaxından iştirak edirlər.
Rayonda davamlı olaraq yeni müəssisələr yaradılır və bu da yerli istehsalın stimullaşdırılmasında, əhalinin işlə təminatında vacib rol oynayır. Bu prosesdə Şəmkir bələdiyyələrinin fəaliyyəti təqdirəlayiqdir. Şəmkir rayonunda 42 bələdiyyə fəaliyyət göstərir ki, hər bir bələdiyyədə tədarük məntəqəsi və bələdiyyənin nəzdində Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilib. Hazırda bələdiyyələr nəzdində 45 MMC təsis olunub.
Cənab Prezidentin bu sahədə tövsiyələrini nəzərə alaraq, yerli özünüidarəetmə orqanları artıq öz hədəf və istiqamətlərini müəyyənləşdirib. Artıq bir neçə bələdiyyənin nəzdində MMC-lər fəaliyyətə başlayıb. Məsələn, Şəmkir şəhərinin “Ağ dağlar” adlanan ərazisində Şəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş “Abad Şəmkir” MMC-nin nəzdində 2015-ci ildə “Natural” su və konserv istehsalı zavodu tikilib istifadəyə verilib. Yenə də Şəmkir bələdiyyəsinin təsis etdiyi “Morul Tikinti” MMC-nin nəzdində tikinti materialları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə yaşıl market bazarının tikintisinə 2015-ci ildə başlanılıb. Turizm sahəsinin inkişafı məqsədilə rayonun Çənlibel kəndində isə maralçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində istirahət mərkəzi və maralçılıq təsərrüfatı yaradılıb.
Həmçinin rayonun Qaracəmirli kəndində də bələdiyyə nəzdində quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bələdiyyələr tərəfindən aparılan bu fəaliyyətlər həm insanlara, həm də bələdiyyələrin büdcəsinin formalaşmasına xidmət edir.
Bələdiyyə tərəfindən irəli sürülən çox maraqlı bir layihəni də sizin nəzərinizə çatdırmaq istəyirəm. Şəmkir bələdiyyəsi nəzdində yol təmir-tikinti işləri ilə məşğul olan MMC-nin yaradılması ilə bağlı təklif irəli sürülüb və layihə maraqla qarşılanıb. Şəmkir bələdiyyəsi özünün və icmanın imkanlarından istifadə etməklə rayon ərazisində olan şəhər, qəsəbə, kəndarası və kənddaxili yolların ilkin təmirini həyata keçirməyi planlaşdırır. Ümumlikdə 1314 km yolun 36 ay ərzində tikintisinin başa çatdırılması nəzərdə tutulur. Hətta bələdiyyə təmir olunmuş yolların asfaltlanması üçün güzəştli qiymətlərlə bitumun alınması məqsədilə aidiyyəti qurumlara müraciət etmək üçün təkliflər paketi hazırlayır.
Digər görülən vacib işlərdən biri də rayonun Ceyrançöl adlanan ərazisində torpaqların əkinəyararlı vəziyyətə gətirilməsidir. Uzun müddət bu ərazi su olmadığına görə yalnız mal-qara otlağı üçün istifadə olunurdu. Amma artıq bu əraziyə su çəkilib və ötən il 2000 hektar sahədə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb. Bu il isə əkin sahələrinin 5000 hektara qədər artırılması nəzərdə tutulur və hazırda həmin sahədə pivod-suvarma sistemi qurulur. Hesab edirəm ki, bu fəaliyyət respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
- Bəs rayonda ictimai fəallıq hansı səviyyədədir?
- Rayonumuzda ictimai fəallıq yüksəkdir. Vətəndaşların dövlətimizə bağlılığı sarsılmazdır və insanlar Prezidentimizin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər. Prezidentimiz hər zaman bəyan edir ki, biz xalqın xidmətçiləriyik. Şəxsən mən millət vəkili olaraq dövlət başçısının bu çağırışına layiqincə əməl etməyə çalışıram. Mənim millət vəkili seçildiyim 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 2 qəsəbə və 19 kənddə 40 mindən artıq seçici var. Yanvar ayında 4 kənddə, fevralda isə 1 kənddə seçicilərlə görüşlər keçirərək ümumilikdə 140 müraciət qəbul etdim. İnsanların müraciətlərinin həlli istiqamətində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıram. Biz fəaliyyətimizlə xalqın xidmətçisi olmalıyıq və vətəndaş məmnunluğunu təmin etməliyik.
Şəmkir ictimaiyyəti də kifayət qədər fəaldır və cəmiyyətimizin inkişafına öz töhfəsini verməyə çalışır. İctimai fəallıq baxımından Şəmkir rayon Heydər Əliyev Mərkəzinin də fəaliyyətini qeyd etmək istəyirəm. Mərkəzin elmi-kütləvi kitabxanasında 25 dildə 17 min kitab var. Eyni zamanda, mərkəzin nəzdində elektron kitabxana da fəaliyyət göstərir. Hər bir rayon sakini, eləcə də respublikanın istənilən bölgəsindən insanlar istədiyi kitabı elektron qaydada sifariş edə bilər. Bununla yanaşı mərkəzin nəzdində Gənc Yazarlar Klubu fəaliyyət göstərir ki, bu da gənc yazarlarımız üçün əhəmiyyətlidir.
Bununla yanaşı Şəmkir rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş çərçivəsində Qarabağ müharibəsində iştirak etmiş veteranlar və müharibədə həlak olmuş şəhidlərin rayon sakinlərinə daha yaxından tanıdılması istiqamətində onların özləri və ailələri ilə görüşlərin təşkili, müharibə iştirakçılarının döyuş xatirələri ilə bağlı memuarın nəşr olunması və sənədli film çəkilməsi nəzərdə tutulub.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb.
Bütün bunları vurğulamaqla onu demək istəyirəm ki, rayonda ictimai fəallıq yüksəkdir və bu fəallığı artırmaq üçün sadalamadığım bir çox tədbirlər də həyata keçirilir.
- Sona xanım, siz parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Ümumiyyətlə, ölkəmizdə gender bərabərliyini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, ölkəmizdə qadın və kişi hüquqları təkcə qanunlarda deyil, həyatda da bərabərdir. Biz bunu iş yerlərində, ailədə, bütövlükdə cəmiyyət həyatında hiss edirik. Azərbaycan bu baxımdan, müvafiq beynəlxalq təsisatlar qarşısında götürdüyü öhdəliklərə əməl edir. Bilirsiniz ki, rayon İcra hakimiyyətlərinin əksəriyyətində başçı müavinlərinin biri qadındır. Eləcə də Milli Məclisdə də qadın deputatların sayı artıb. Bu gün bələdiyyələrdə qadınların təmsilçiliyi 30 faizdən çoxdur, həmçinin sahibkarlığa meyil edən qadınların da sayı artır. Yəni qadınların cəmiyyət həyatında fəallığı artır və bu da gender bərabərliyinin göstəricisidir.
Üzvü olduğum komitədə cəmiyyətin tələb və maraqları nəzərə alınaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunması” haqqında qanun layihəsi hazırlanır. Qanun layihəsi müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlar, yeniyetmələr və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorumaq məqsədi daşıyır.
- Siz həmçinin təhsil sahəsində çalışırsınız. Ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafı istiqamətində həyata keçirilən davamlı islahatları və əldə edilən nailiyyətləri necə qiymətləndirirsiniz?
- Bəli, təhsil mənə çox doğma sahədir. Çünki mən təhsil işçisiyəm, Əməkdar müəlliməm, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Təhsil elə bir sahədir ki, o hər zaman inkişafa meyillidir və bu sahədə problemlər həmişə olub və olacaq. Bu problemlərin həlli üçün də hər bir cəmiyyətdə islahatlar həyata keçirilir. Azərbaycanda köklü olaraq təhsil islahatlarının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bununla da təhsilimiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bunun davamı olaraq isə cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinin inkişafı ilə əlaqədar çoxsaylı dövlət proqramları təsdiq olundu ki, bu proqramlar da təhsil sahəsinin inkişafına böyük töhfələr verir. Bu gün Azərbaycan təhsili sürətlə dünya təhsilinə inteqrasiya edir. Ali məktəblərimiz Boloniya prosesinə qoşulub, dünyanın nüfuzlu ali məktəbləri ilə sıx əməkdaşlıq edilir, minlərlə gəncimiz xaricdə yüksək ali təhsil alır.
Eyni zamanda, ötən illər ərzində respublikada müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilib, onların maddi-texniki bazası yüksək səviyyədədir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin tikintisi davam etdirilir. Eyni zamanda, müasir texnologiyaların təhsilə inteqrasiyası artıb. Məktəblərin İKT avadanlıqları ilə təminatı yüksək səviyyədədir. Şəmkir rayonunda 78 ümumtəhsil məktəbi var ki, onların da hər birində ən azı 1 elektron lövhə var və istifadəsi təmin olunur. Yəni təhsil müəssisələrimiz öz fəaliyyətlərini artıq zamanın və cəmiyyətin zərurət və tələbləri üzərində qurmağı bacarır.
Bilirsiniz ki, Milli Məclisdə məktəbəqədər təhsillə də bağlı yeni qanun layihəsi hazırlanır. Belə bir qanun MDB-nin bəzi ölkələrində mövcuddur. Biz də dünya ölkələrinin təcrübəsini öyrənərək cəmiyyətə mükəmməl qanun təqdim etməyə çalışırıq. Ümumilikdə isə hesab edirəm ki, təhsil elə bir sahədir ki, burada həmişə işləməyə, yeniliklər etməyə ehtiyac var.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

