Mübariz Qurbanlı: Qanunlarımıza edilən dəyişikliklər zamanın tələbinə uyğundur
02.11.2016 [10:03]
“Azərbaycandan son bir ildə xarici dini silahlı birləşmələrə qoşulan olmayıb”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Mübariz müəllim, Prezident İlham Əliyev ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi üçün müxtəlif Fərman və sərəncamlar imzalayıb. Dini icmalar bu dəstəkdən necə bəhrələnirlər?
- Dünyada müxtəlif dünyəvi və səmavi dinlər mövcuddur. Səmavi dinlər 3 böyük kitab olan “Tövrat”, “İncil” və “Qurani-Kərim”ə söykənirlər. Bu dinlər bir-birini inkar etmir. Əslində, “Qurani-Kərim” bu dinləri, kitabları, peyğəmbərləri qəbul edir. Lakin zaman keçdikcə dindən sui-istifadə və din adı altında öz məqsədlərinə çatmaq istəyənlər meydana gəlib ki, bu hal bütün dinlərdə özünü göstərir və bu gün də göstərməkdədir. Ona görə də din daxilində gedən hadisələri diqqətlə izləmək lazımdır. Din insanın mənəviyyatına, ruhuna bağlı olduğuna görə bəziləri bundan yararlanmaq istəyir, bəzi ölkələrdə bundan istifadə edərək ciddi qarşıdurma yaradıb, müharibələr törədiblər. Bu gün də bəzi müsəlman ölkələrində bu cür müharibələr gedir. Ona görə də Azərbaycan müsəlman ölkəsi olaraq bu yad elementlərdən özünü qorumalı, onların ölkəmizə gəlib burada da din adı altında ictimai-siyasi sabitliyi pozmasına imkan verməməlidir. Bunun qarşısını almaq üçün dini maarifləndirmə mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə, adından da göründüyü kimi, din sahəsində insanları daha geniş şəkildə məlumatlandırmaq deməkdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Hər bizimiz İslam dininə olan bağlılığımızı nəsildən-nəslə ötürmüşük. İndiki gənclərimiz də İslam dünyasının bir parçası olaraq tarixi-İslami dəyərlərimizi yaşadır və qoruyurlar. Ölkə başçısı dini maarifləndirmə sahəsində müxtəlif tapşırıqlar verməklə yanaşı, bu istiqamətdə bir sıra Sərəncam və fərmanlar imzalayıb. Bu gün də Azərbaycanda dini maarifləndirmə istiqamətində işimizi aparmaqdayıq. Təbii ki, dini maarifləndirmə sahəsində fəaliyyəti təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirmir, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən geniş işlər görülməkdədir.
Biz QMİ ilə birgə dini maarifləndirmə istiqamətində fəaliyyətimizi genişləndirməliyik. Bundan əlavə, Komitə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, eyni zamanda, humanitar xarakterli təşkilatlar, QHT-lərlə hökumətdə dövlətin idarəçiliyində fəaliyyət göstərən bir sıra nazirliklərlə sıx əməkdaşlıq edir. Bizim sıx əməkdaşlıq etdiyimiz qurumlardan biri media, kütləvi informasiya vasitələridir. Bir sıra televiziyalarda dini maarifləndirmə ilə bağlı veriliş yayımlanır. O cümlədən mətbuatda bu istiqamətdə lazımi işlər görülür. Ümumilikdə dini maarifləndirmə istiqamətində aparılan işlər ölkə başçısının verdiyi tapşırıqlar, imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilir. Yerlərdə dini icmalar, o cümlədən komitənin müvafiq qurumları yerli icra hakimiyyətləri, eləcə də dövlət idarələri ilə birgə dini maarifləndirmə işilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Bildiyiniz kimi, komitəmiz tərəfindən “Fitnə” filmi çəkilib ki, bu film böyük əks-səda doğurub. Burada dini maarifləndirmə istiqamətində, dini radikalizmə qarşı mübarizəni əks etdirən məqamlara xüsusi diqqət yetirilib. Hesab edirəm ki, bu işdə medianın da fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, media nümayəndələri komitəmizin fəaliyyətini dəstəkləyir, sözügedən istiqamət üzrə yardımını əsirgəmirlər. Bildiyiniz kimi, şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə dini maarifləndirmə istiqamətində məsələləri daha yüksək səviyyəyə qaldırmaq üçün idarənin nəzdində dini mövzularda yazan jurnalistlər üçün seminarlar təşkil ediləcək. Jurnalistlər bu seminarlar vasitəsilə dövlət-din münasibətləri və dini mövzularla bağlı mütəxəssislərlə fikir mübadiləsi aparacaqlar.
- Özünüz də vurğuladınız ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif qurumlarla birgə çoxlu sayda maarifləndirmə tədbirləri həyata keçirir. Bu tədbirlərin hansı müsbət nəticələri var?
- Görülən işlərin nəticəsidir ki, son 1 il ərzində Azərbaycandan xaricdə olan qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün gedən qeydə alınmayıb. Əvvəlki illərdə biz ailəsi ilə, yaxud fərdi şəkildə dünyanın ayrı-ayrı qaynar nöqtələrinə, o cümlədən Suriyaya gedənlər haqqında tez-tez eşidirdik. Hazırda bu cür faktlar azalıb. Eyni zamanda, dini baxımdan təşviqat aparan dini radikal qruplar var ki, onların da fəaliyyətində səngimə hiss olunmaqdadır. Biz dini radikal qruplara qarşı mübarizədə 3 əsas istiqaməti nəzərdə tuturuq. Birincisi, hüquqi müstəvidə gedən mübarizədir ki, komitə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində ölkəmizdə yayılması məqbul sayılmayan ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısını almışıq. Bilirsiniz ki, Əfqanıstanda, Suriyada, İraqda, Şimali Afrikada, Somalidə mövcud olan dini radikal qruplar var ki, onlar zamanında müxtəlif adlar - “Boko Haram”, “Əl-Qaidə”, “Taliban”, hazırda isə İŞİD adı ilə fəaliyyət göstərirlər. Onlar İslam içərisində yaranan müəyyən cərəyanlardan ideya alan və onları reallaşdırmağa çalışan qruplardır. İslam dini bütövdür və “Qurani-Kərim”ə, peyğəmbərin sünnəsinə, onun hədislərinə, söykənir. İslam dini çərçivəsində elə cərəyanlar var ki, onlar İslam dini adı altında gizlənərək müəyyən sifarişləri yerinə yetirir və ya öz şəxsi maraqlarını reallaşdırmaq istəyiblər. Bu cür qruplar terrora, silaha əl atmaqla başqalarının maraqlarını yerinə yetirirlər. Lakin onların fəaliyyəti birbaşa İslam dininə zərbə vurur, din haqqında mənfi rəy formalaşmasına şərait yaradır. Bu baxımdan da həmin dini radikal cərəyanlara qarşı bütün İslam ölkələrində mübarizə gedir. Bu cür qrupların Azərbaycana gəlməsi, burada yuva salması bizim üçün təhlükə yarada bilər. Müstəqilliyimizin ilk illərində yaranan şərait, Ermənistanın təcavüzü, qaçqın və məcburi köçkünlük, işğal olunan ərazilər, iqtisadi gerilik, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər olan xaotik vəziyyət bütün sahələrdə olduğu kimi, din sahəsində də mövcud idi. Bu vəziyyətdən istifadə edən bəzi qruplar Azərbaycanda ilkin özəklərini, dəstək qruplarını yaratmağa çalışıblar. Müəyyən mənada buna nail ola bilmişdilər. Lakin Azərbaycan, iqtisadiyyatımız gücləndikcə, qanunvericilikdə dəyişiklik edildikcə insanlar bu cür qrupların təsirindən çıxıblar və bu gün həmin qruplar azlıqdadırlar. Komitə onlarla mübarizədə hüquq-mühafizə orqanları ilə birgə hərəkət edir. Həmin qrupların məscidlərdə gəlib hansısa təşviqat aparmaq, eyni zamanda, kitab və digər dini məhsullar yaymaq imkanları yoxdur. Son günlərdə komitəmiz Daxili İşlər Nazirliyinin yerlərdəki müvafiq qurumları ilə birgə kitabların qeyri-qanuni satışı ilə bağlı baxışlar keçirib, monitorinq aparıb. Bunun nəticəsində bəzi qanun pozuntuları aşkara çıxarılıb. Bütün bunlar hüquqi müstəvidə görülən işlərdir. İkincisi, iqtisadi müstəvidə aparılan işlərdir ki, burada əsas məsələ kimi həmin dini qrupların hansısa formada özlərinə iqtisadi baza yaratmasına imkan verməməliyik. Əgər onlar iqtisadi baza yaradıb sui-istifadə yolu ilə gəlir əldə etmək, bu təşviqata özlərinin mənfur niyyətlərini, qrup maraqlarını təşviq etmək istəyirlərsə, bunun qarşısını almalıyıq. Həmin qrupların qazanc götürüb Azərbaycan əleyhinə istifadə etmələrinə imkan verməməliyik. Çünki bizim üçün ən müqəddəs dəyərlərdən biri dövlət müstəqilliyimizdir. Dövlət müstəqilliyimiz Azərbaycan xalqının qorumalı olduğu ən mühüm dəyərdir. Ölkə başçısı başda olmaqla, ölkəmizin siyasi hakimiyyəti müstəqilliyimizin qorunması üçün fədakar işlər görməkdədir ki, bunun da ciddi nəticələri var. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Belə bir şəraitdə radikal qrupların din adı altında ölkədə qarşıdurma yaratmağa səy göstərməsi, məzhəblərarası qarşıdurmanın təşviq edilməsi, dinlərarası hansısa təşviqatı aparması, terrorçu qruplar üçün münbit şərait, ideoloji baza yaratmağa cəhd göstərməsi bizim milli müstəqilliyimiz üçün təhdiddir. Ona görə də buna qarşı bütün vasitələrdən istifadə olunmalıdır və bu cür qrupların maddi baza yaratmasına imkan vermək olmaz. Bununla əlaqədar işlər görülməkdədir.
Mübarizəmizin üçüncü istiqaməti isə ideolojidir. Belə ki, biz həmin qrupların yaydıqları fikirlərin dinə, İslama aid olmadıqlarını birmənalı şəkildə izah etməliyik. Bunun üçün ən dəyərli mənbə Qurani-Kərimin özüdür. Məhz bu zərurətdən irəli gələrək komitə 2015-ci ildə müqəddəs kitabın Azərbaycan dilinə tərcüməsini nəşr edib. Bu cür kitablar nəticə etibarı ilə hər bir vətəndaşın İslam dinini daha mükəmməl öyrənməsinə gətirib çıxaracaq. Dini mükəmməl bilən insanın radikal qrupların təsiri altına düşmə ehtimalı çox aşağıdır. Bu ideoloji istiqamət çox vacibdir və onun yükü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə din və ideoloji sahəyə aid olan müvafiq qurumların üzərinə düşür. Bununla bağlı gənclər təşkilatları, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə böyük tədbirlər həyata keçirilir ki, onların nəticəsində gənclərimiz arasında həmin radikal qruplara qarşı meyillilik çox sayda azalıb. Bundan başqa, məscidlərdə aparılan monitorinqlər də bunu deməyə əsas verir. Ümumiyyətlə, radikal qrupların ən çox təşviqat apara biləcəkləri yer məscidlərdir. Son dövrlərdə burada da ciddi azalmanı müşahidə edirik. Bildiyiniz kimi, onların toplaşdıqları məscidlərdə qeyri-qanuni fəaliyyətin məhdudlaşdırılması üçün “Dini etiqad haqqında” qanuna müvafiq dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda dini məsələlərlə əlaqədar məscidlər, sinaqoq, kilsə və ya ümumiyyətlə, bütün dini ibadət yerlərində çalışan şəxslər mütləq Azərbaycan vətəndaşı olmalıdırlar. İkinci dəyişikliyə əsasən, İslama aid məbəd və məscidlərdə çalışanlar, ibadəti, dini ayinləri icra edənlər mütləq Azərbaycanda dini təhsil almış şəxslər olmalıdırlar. Əlbəttə, qanunun geriyə tətbiqi yoxdur. Çünki hazırda ölkəmizdə məscidlərdə fəaliyyət göstərən şəxslər arasında xaricdə təhsil alanlar var ki, bu dəyişiklik onlara şamil edilməyəcək. Lakin bundan sonra şəxslər qanunda nəzərdə tutulanlara əsasən işə götürüləcəklər. Ümumilikdə ölkəmizdə dini maarifləndirmə istiqamətində görülən işlərin nəticəsi ictimai-siyasi ab-havada da özünü göstərməkdədir.
- Azərbaycanda dini təhsillə bağlı müəyyən dəyişiklik edildi. Ölkəmizdə dini mütəxəssislər necə hazırlanacaqlar?
- Ölkəmizdə bir neçə dini mədrəsələr açılacaq. Hazırda mədrəsələrdən biri xüsusilə də Nardaran qəsəbəsində inşa olunur. Orada milli dini kadrlar yetişdiriləcək. Bundan başqa, ölkəmizdə Bakı Dövlət Universiteti və İslam Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, proqramlarının gücləndirilməsi istiqamətində işlər davam edir. O cümlədən İslam Universitetində pulsuz, dövlət hesabına təhsil almaqla bağlı təkliflər var ki, hazırda məsələ üzərində işlər gedir. Biz gələcəkdə din üzrə milli kadrlarımızın olmasına çalışacağıq ki, onlar baza təhsilini ölkəmizdə almalıdırlar. Sonradan ola bilsin həmin şəxslər daha yüksək təhsil almaları üçün xarici mərkəzlərə gedə bilərlər.
- Ölkəmizdə dini zəmində qarşıdurma yaradanlara qarşı cəzalar sərtləşdirildi. Bu haqda nə deyə bilərsiniz?
- Ümumiyyətlə, komitəmizdə ekspertiza şöbəsi fəaliyyət göstərir ki, ölkəyə gələn bütün kitablar həmin şöbədən keçdikdən sonra hansılarının yararlı və yararsız olduğunu müəyyən edirik. Hansı kitablarda milli, dini, irqi ayrı-seçkilik, qızışdırıcılıq yoxdursa, onların ölkəyə gəlməsinə imkan veririk. O cümlədən komitə dini icmalara dövlət tərəfindən ayrılan vəsait hesabına bir sıra kitablar nəşr edir. Ümumiyyətlə, bu istiqamətdə işlərimiz davam edir və bu, davamlı olmalıdır. Bizim əsas hədəfimiz ölkəmizdə dini radikal qrupların müəyyən mənada özünə kök yarada bilməməsidir. Mən əminəm ki, onlar kök yarada bilməyəcəklər. Çünki kökün özü tarixdə olmalıdır. Lakin tarixən bizim ərazimizdə dini ayrı-seçkilik, məzhəblərarası qarşıdurma müşahidə edilməyib. Azərbaycan tarixinə nəzər salsaq, bizdə dini baxımdan qarşıdurma başqa ərazilərlə müqayisədə müşahidə olunmayıb. Hətta Xalq Cümhuriyyəti, eləcə də Çar Rusiyası dövründə də bununla bağlı tədbirlər görülüb. QMİ məzhəblərarası qarşıdurmanın baş verməməsi üçün bütün səylərini ortaya qoyur. İslam dünyasında yeganə dini təşkilat Qafqaz Müsəlmanları İdarəsidir ki, burada şeyx əhli-şiə olsa da, onun müavini əhli-sünnədir. Əslində isə, eyni olmalıdır. Bundan əlavə, şeyxülislamın qadın müavini var ki, bu hal da dünyada yeganə nümunələrdən sayıla bilər. Bütün bunlar Azərbaycanın tolerant və multikultural dəyərlərinin nümunələrindən biridir.
Ümumiyyətlə, biz başqa dinlərə dözümlü xalqıq, ölkəmizdə xristianlar, yəhudilər azad, sərbəst şəkildə fəaliyyət göstərirlər. Bizim ölkəmizdə yalnız dindən sui-istifadə edənlərə qarşı mübarizə var. Bizdə dinə qarşı hansısa formada basqı elementi yoxdur. O ki qaldı qanunun sərtləşdirilməsinə, qanun sərtləşdirilmir, sadəcə olaraq, hazırkı vəziyyətə uyğunlaşdırılır. Bu gün real vəziyyət ondan ibarətdir ki, biz başqa ölkələrdəki faciəvi hadisələrin ölkəmizə hansısa formada sirayət etməsinin qarşısını almaq üçün hər şeyi zamanında həll etməliyik. Bu baxımdan da Milli Məclis “Dini etiqad haqqında” qanuna dəyişiklik, o cümlədən “Dini ekstremizm haqqında” qanun qəbul edib ki, həmin qanunlara əsasən sanksiyalar tətbiq edilir. Əgər kimsə qeyri-qanuni kitab satsa, dini təşviqat aparsa, ona görə cərimə ödəməli olacaq. Bu cərimələrin çəkindirici rolu olmalıdır. Ümumiyyətlə, qanun tarıma çəkilən sim kimi olmalıdır. Qanunda elə boşluqlar olmalı deyil ki, o işləməsin. Bu baxımdan ölkəmizdə də edilən dəyişikliklər sərt deyil, zamanın tələbinə uyğundur. Əgər bunu etməsək, o zaman radikal dini qruplar başqa ölkələrdə gördüyümüz faciələri ölkəmizə daşıyıb gətirə bilərlər. Biz mülki dövlətik və dünyəviliyimizi qoruyub saxlamalıyıq. Bu baxımdan da qanunların hazırkı tələblərə uyğun olaraq yenilənməsi tamamilə təbii prosesdir və biz də bunu dəstəkləyirik.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

