/ / Rufiz Qonaqov: 2016-cı ildəki uğurlarımız cənab Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasətinin nəticəsidir
Rufiz Qonaqov: 2016-cı ildəki uğurlarımız cənab Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasətinin nəticəsidir
29.12.2016 [09:54]
Müsahibimiz Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqovdur:
- Rufiz müəllim, 2016-cı ilə nəzər saldıqda daha çox hansı siyasi prosesləri, hadisələri xüsusi qabartmaq olar? Və bu hadisələr başa vurmaqda olduğumuz ilin siyasi mənzərəsinə hansı çalarlar qatdı?
- Hələ 2015-ci ilin yekunları ilə bağlı dəyərləndirmə apararkən qarşıdan gələn ilin dünya üçün gərgin keçəcəyi proqnozlaşdırılırdı. Aparılan təhlillər əsasında yaranan gözləntilər 2016-cı ildə dünyada sülh və əmin-amanlığın təmin edilməsində ciddi problemlərin yaşanılacağından xəbər verirdi. Beləliklə, başa vurmaqda olduğumuz bu ildə dünyada siyasi-iqtisadi və hərbi böhran daha da dərinləşdi, qanlı toqquşmalar artan xətt üzrə davam etdi. Yaxın Şərqdə - Suriya, İraq, Yəmən və digər qonşu ölkələrdə baş verən hərbi qarşıdurmalar və bunun nəticəsi olaraq meydana çıxan humanitar böhran, qaçqın problemi qlobal xarakter aldı. Qaçqınların üz tutduğu Avropada irqçilik, islamofobiya meyilləri gücləndi, sivilizasiyalararası gərginlik artdı. Türkiyə-Rusiya münasibətlərində yaşanan gərginlik nisbətən aradan qalxsa da, dekabrın 19-da Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi hər iki ölkə üçün arzuolunmaz bir hadisə oldu. Bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyırdı. Türkiyəni təkləmək, ölkədəki vəziyyəti gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədi olub. Amma iki ölkənin bu hadisəni birmənalı şəkildə pisləməsi, birgə təhqiqatın aparılması münasibətləri korlamaq istəyən qüvvələrin arzularını gözlərində qoydu.
Eyni zamanda, 15 iyulda terrorçu Fətullah Gülən şəbəkəsinin hərbi çevriliş cəhdi, PKK-nın fəallaşması, Türkiyənin bir neçə şəhərində terror hadisələrinin törədilməsi və yüzlərlə günahsız insanın öldürülməsini təəssüf hissilə qeyd etməliyəm.
2016-cı ildəki siyasi proseslərə nəzər saldıqda ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində soyuqluğun daha da artdığını, Rusiyaya qarşı sanksiyaların daha da genişləndirildiyini görmək mümkündür. ABŞ-da keçirilən prezident seçkiləri, Respublikaçılar Partiyasının namizədi, iş adamı kimi məşhur olan, qeyri-adi vədlərilə gündəm yaradan Donald Trampın prezident seçilməsini də mühüm siyasi hadisə kimi qeyd etmək olar. Siyasi çaxnaşmaların, oyunların nəticəsi olaraq dünya bazarında neftin qiymətinin düşməsi əsas gəliri “qara qızıl”dan olan ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərdi.
- 2016-cı ili Azərbaycanın siyasi və iqtisadi həyatı üçün necə dəyərləndirərdiniz?
- Bu müddət ərzində Azərbaycanda siyasi sabitlik, sağlam iqtisadi mühit qorunub saxlanıldı, dövlət idarəçiliyində islahatlar aparıldı. Dünyada cərəyan edən ictimai-siyasi gərginlik, iqtisadi böhran, humanitar fəlakət fonunda Azərbaycandakı sabitlik, inkişaf, tolerantlıq bizə deməyə imkan verir ki, 2016-cı il ölkəmiz üçün düşərli olub. İl ərzində ölkəmizin beynəlxalq arenada dostlarının sayı artdı, mövqelərimiz daha da möhkəmləndi. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəmiz bu sahədə xüsusi təcrübə əldə edib. İl ərzində Bakıda BMT-nin Sivilizasiyalararası Dialoq Forumu, V Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli tədbirlər keçirildi. Qonaqlar ölkəmizdə tolerant və multikultural mühitin əyani şahidi oldular. Sentyabrda Azərbaycanın Konstitusiyasına edilən dəyişiklikləri də uğurlu hadisə adlandırmaq olar. Referendumda Azərbaycan vətəndaşları yüksək aktivlik göstərərək cənab Prezidentin təqdim etdiyi təkliflərə “hə” dedilər. Referendum Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli hadisə oldu.
2016-cı ildə Azərbaycan regionda sabitləşdirici rol oynayan, risklərin azaldılması üçün çalışan ölkə olduğunu bir daha sübut etdi.
İqtisadi məsələlərə gəldikdə isə, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı prioritet oldu. Neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlər görüldü. İnformasiya-kommunikasiya texnologiyaları, turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanıldı. Bank sektorunda, milli təhlükəsizlik sistemində köklü islahatlar aparıldı.
- 2016-cı il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından hansı hadisələrlə yadda qaldı?
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən danışarkən bu ilin aprel ayında cəbhə bölgəsində hərbi əməliyyatlar zamanı əldə etdiyimiz uğurlar xüsusi vurğulanmalıdır. Həmin döyüşlər Azərbaycanda hərbi vətənpərvərlik ruhunu yüksəltdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının prinsipial mövqeyi bu il ərzində bir daha qəti şəkildə ortaya qoyuldu. Artıq beynəlxalq güclər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini etiraf etmək məcburiyyətində qalıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmasa da, Ermənistanın işğalçı, sülh istəməyən ölkə olduğu bir daha dünyaya çatdırıldı.
Ermənistan status-kvonu mümkün olduğu qədər uzatmağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil. Ermənistan hesab edir ki, danışıqları istədiyi vaxta qədər uzada bilər. Azərbaycan isə münaqişənin qısa müddətdə həllini istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərmirlər. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
- Necə düşünürsünüz, dünyada iqtisadi, humanitar böhranın, siyasi çalxalanmaların, hərbi qarşıdurmaların müşahidə edildiyi bir vaxtda Azərbaycanın bu proseslərdən az zərərlə çıxmasının əsas səbəbləri nə ilə bağlıdır?
- Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Yuxarıda sadaladığım uğurlar birbaşa cənab Prezidentin yürütdüyü rasional siyasətin nəticəsidir. Həm siyasi, iqtisadi, sosial, həm də hərbi uğurlarımızın arxasında düşünülmüş dövlət strategiyası, proqramlar durur. Hazırda Azərbaycanda yeni islahatlar dalğası başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə güclü islahatlar konsepsiyası hazırlanıb. Bu islahatlar Azərbaycanın dayanıqlı inkişafının məntiqi davamıdır. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisi özündə çox böyük konsepsiyanı ehtiva edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç bir ölkədən yardım istəmir: “Biz borc alan ölkədən borc verən ölkəyə çevrilmişik. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Ölkəmizdə heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir - istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun. Azərbaycan inamla inkişaf edir. Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq”.
Əvvəlki mərhələdə başlıca resurs kimi neft götürülürdüsə, bu gün iqtisadi vektorlar fərqli amillərə yönəldilir. İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi, qarşıdakı mərhələdə də Azərbaycan Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyətindən irəli gələrək dinamik inkişaf tempini saxlayacaqdır.
- 2017-ci illə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Hesab edirəm ki, cənab Prezidentin müəyyən etdiyi siyasi-iqtisadi kurs gələn il də uğurla davam etdiriləcək. Azərbaycan hərbi imkanlarını artırır. Orduda islahatlar aparılır, müasir silahlar alınır. Özümüz də yüksək standartlara cavab verən silahlar istehsal edirik. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlib. Qanunvericilikdə həyata keçirilmiş dəyişikliklər, cənab Prezidentin təsdiq etdiyi Strateji Yol Xəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasına və özəl sektorun inkişafına səbəb olacaq. Bir çox iqtisadçı-ekspertlər hesab edirlər ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcək inkişafımızın yeni əsasları formalaşacaqdır. Hesab edirəm ki, siyasi islahatlar da gələn il uğurla davam etdiriləcək. Dünyada sülh və əmin-amanlığın təmin olunmasına çalışan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Düşünürəm ki, gələn il ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf tempi qorunub saxlanacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31

