/ / Sosial şəbəkələr vasitəsilə böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir
Sosial şəbəkələr vasitəsilə böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir
16.02.2019 [10:16]
Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi inkişaf yolu haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, son 15 ildə bütün sahələr üzrə o qədər çoxsaylı uğurlar qazanılıb ki, onlardan günlərlə danışmaq olar. Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,3 dəfə artıb, 2 milyona qədər iş yeri yaradılıb. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollara qədər sərmayə qoyulub. Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq təbəqəsinin formalaşması sayəsində inkişaf etməkdədir. Əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 80 faizə yüksəlib.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı Cənub Qaz Dəhlizi layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Həmçinin “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır. Eyni zamanda, 2018-ci ildə may və iyul aylarında Cənub Qaz Dəhlizi və TANAP layihələrinin təntənəli açılış mərasimləri keçirildi. Qardaş Türkiyə ilə dostluğun, qardaşlığın, müttəfiqliyin daha bir nümunəsi kimi, ötən ilin payızında “STAR” neft emalı zavodunun tarixi açılış mərasimi düzənləndi ki, bunlar da nəticə etibarı ilə Azərbaycanın regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrildiyini təsdiqlədi.
Uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı da əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının bu istiqamətdə verdiyi qərarlar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
- 2004-cü ildən icrasına start verilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edildi. Artıq dördüncü Dövlət Proqramı da qəbul olunub. Bir millət vəkili olaraq, sözügedən Dövlət proqramlarının icrasını necə deyərləndirərdiniz?
- Bu dövr ərzində Azərbaycan regionları başdan-başa gözəlləşdi, simasını dəyişdi, inkişaf etdi. Məhz bu inkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər. Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu.
Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən yeni 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da ölkəmiz yalnız inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək.
- Ölkəmizin uğurlu inkişafından danışdınız. Amma bəzi dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?
- Bu, çox təəssüf doğurur. Yaxşı olardı ki, ölkəmizdə görülən bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi “sapı özümüzdən olan baltalar” da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heç kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili ilə danışa bilməz. Bu yöndə cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsəlində deyildiyi kimi, yel qayadan heç nə apara bilməz və bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını, nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola gəlsinlər. Yoxsa onlar üçün sonra çox gec olacaq. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində də narahatlıq doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Azərbaycanda da bu yöndə tədbirlər görülməlidir.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

