/ / Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də qələbə qazanacağı şəksizdir
Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də qələbə qazanacağı şəksizdir
05.02.2020 [09:56]
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib:
- Pərvin xanım, parlament seçkilərinə az bir vaxt qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi mübarizələrlə zəngin bir yol keçib. Partiya yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi və ətrafına ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan, Azərbaycanın ümumi inkişafına böyük töhfələr verən mütəşəkkil bir qüvvə topladı. Bu gün 750 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan - tutduğu yola sadiqliyi, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır.
İqtidar partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib. Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılıb, yollar çəkilib, körpülər salınıb, beynəlxalq layihələr icra edilib, ən əsası əhalinin güzəranı durmadan yaxşılaşır.
Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən Ulu Öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib. Ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olub. Cənab Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət, islahatlar onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin olunacaq. Məhz bunun üçün partiyanın hər bir üzvü dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur.
Hazırda partiyamız mühüm siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görünür. Əvvəlki seçkilərdə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” “Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib. İqtidar partiyası uğurları, qələbələri ilə cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb, xalqın partiyası olduğunu təsdiqləyib. Partiyanın bugünkü uğurları bir neçə gündən sonra parlament seçkilərində də qələbə qazanacağına əsas verir.
- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Bütün sahələrdə aparılan islahatlar demək olar ki, artıq öz müsbət nəticələrini verməkdədir. Ölkədə geniş müzakirə mövzusuna çevrilən icra strukturlarında aparılan islahatlar, Nazirlər Kabinetinin, Prezident Administrasiyasının strukturunun yenidən formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində təcrübəli şəxslərin müxtəlif vəzifələrə təyin olunması ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi. İslahatlar qanunverici hakimiyyət sferasından da yan keçmədi.
Parlamentin də islahatlara cəlb edilməsi dövlət başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı olmaqla yanaşı qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək.
- Gəncə şəhərinin sosial-iqtisadi inkişafı haqda nə deyə bilərsiniz? Ötən 5 ilə yaxın müddət ərzində millət vəkili olaraq seçicilərin müraciətlərinə nə dərəcədə cavab verə bilmisiniz?
- Son illər ölkədə baş verən mühüm iqtisadi dəyişikliklər, dinamik sosial-iqtisadi inkişaf, əldə olunan uğurlar bütün bölgələrdə olduğu kimi Gəncə şəhərinin sakinlərinin də maddi rifah halının yaxşılaşdırılmasına, problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərib. Şəhərin rəhbərliyi, icra strukturları Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün çalışır, ölkədə, eyni zamanda Gəncədə davamlı iqtisadi inkişafa nail olmaq üçün əməli tədbirlər həyata keçirirlər. Genişmiqyaslı işlər çərçivəsində Gəncədə abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhərin yollarına yeni asfalt örtüyü, su-kanalizasiya xətti çəkilir, binaların damları və fasad hissələri görkəmini dəyişir. Məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edir. Bir sözlə, Prezident İlham Əliyevin qayğısından güc alıb simasını dəyişən Gəncə gündən-günə gözəlləşir, yeni uğurlara imza atır.
Qaldı ötən illər ərzində millət vəkili kimi fəaliyyətimə, hər zaman Yeni Azərbaycan Partiyasının, seçicilərimin mənə göstərdikləri etimadı layiqincə doğrultmağa çalışmışam. Onların yanında olmağı özümə hər zaman borc hesab etmişəm, seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosialyönümlü məsələlərlə bağlı müraciətlərini səlahiyyətim çərçivəsində həll etmişəm. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi ölkəmizdə davamlı olaraq keçirilən təhsil islahatları milli təhsilin inkişaf etdirilməsinə və cəmiyyətin həyatında təhsilin rolunun daha da artmasına xidmət edən qanunlara edilən dəyişikliklərdə fəal iştirak etmişəm. Milli Məclisin parlamentlərarası dostluq qruplarının üzvü kimi iştirak etdiyim beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mövcud imkanlardan istifadə etmişəm. Həmçinin, böyük qürur hissi ilə böyüyüb, boya-başa çatdığım şəhəri Milli Məclisdə 4 ildən artıq müddətdə təmsil etmişəm.
- Pərvin xanım, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. Seçicilər Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qarşılayırlar?
- Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qələbə qazanacağı şəksizdir. Bu əminliyə Yeni Azərbaycan Partiyasının hər bir üzvünün seçicilərlə görüşləri əsas verir. Partiyanın namizədləri seçki kampaniyasının hər bir mərhələsini mütəşəkkilliklə, demokratik prinsiplərin, seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi üçün xüsusi fəallıq nümayiş etdirirlər. Namizədliyimin verildiyi 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsini əhatə edən ərazilərdə seçicilərlə keçirilən hər görüşdə onların ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə gedən geniş və çoxşaxəli islahatları bəyəndiklərinin, ölkə idarəçiliyində olan yenilikləri müsbət qarşıladıqlarının şahidi oluruq. Hər bir seçicinin dilindən qazanılan uğurların ölkə başçısının rəhbərliyi ilə gördüyü işlərin, həyata keçirdiyi siyasətin nəticəsində əldə olunduğunu və bu proseslərə dəstək olmaq istədiklərini eşidirik. Təbii ki, bu da bir vətəndaş kimi, bir partiya üzvü kimi məni çox sevindirir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı iqtisadi və sosial islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür.
Seçkilərə geniş platforma ilə gedən Yeni Azərbaycan Partiyasının əsas məqsədi ölkənin uğurlarıdır. Partiyanın “10 addım paketi” adlandırılan seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, sosial rifahının, mənzil şəraitinin yaxşılaşması, səhiyyə, təhsil sahəsinin inkişafı, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində fəaliyyət kimi məsələlər ölkənin prioritet inkişaf istiqamətləri kimi əsas götürülüb. Bunlar ölkənin hərtərəfli inkişafı naminə görüləcək işlərin az bir hissəsidir. Şübhə yoxdur ki, müstəqil dövlətimizin inkişafı gələcəkdə daha da artacaq, aparılan uğurlu islahatlar nəticəsində ölkəmiz gündən-günə inkişaf edəcək, iqtisadiyyatımız daha da güclənəcək, əhalinin maddi rifah halı daha da yaxşılaşacaq. Ölkənin hər bir vətəndaşının daşıdığı statusdan, mövqedən asılı olmayaraq, dövlət başçısının siyasətinə, doğma Vətənimizin çiçəklənməsinə var gücü ilə dəstək verməsinin isə xalq-iqtidar birliyinin təzahürü olduğunun hər an şahidi oluruq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

