Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb
06.02.2020 [09:37]
Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyev www.yap.org.az saytına müsahibə verib:
- Naqif müəllim, bildiyimiz kimi, seçkilər hər bir ölkənin demokratik inkişafının əsaslarından biri kimi dəyərləndirilir. Ölkəmizin bugünkü inkişafı bu reallığı necə şərtləndirir?
- Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir.
1993-cü ildən başlayaraq keçirilən bütün seçkilərə, referendumlara kifayət qədər təcrübə toplayan ölkəmizin seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var. Kütləvi İnformasiya Vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədər olan seçki prosesi beynəlxalq hüquq və təcrübəyə tam uyğun aparılır. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili Azərbaycanda peşəkar seçki təcrübəsinin yarandığını, cəmiyyətinin demokratik dəyərlərə sadiq olduğunu sübut edir.
Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Ölkəmizdə seçkilərin məsuliyyət, aşkarlıq, şəffaflıq, obyektivlik meyarları əsasında keçirilməsi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb.
Bu gün ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyərək demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Azərbaycan müasir dövrdə dünyada ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, böyük infrastruktur layihələr, regional proqramlar həyata keçirən dövlətə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyi təmin olunub, xalqın daha parlaq gələcəyə nikbin baxışı formalaşıb.
- Seçki, eyni zamanda, hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ölkənin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı inamla qatılıb?
- Ölkəmizin tarixində indiyə qədər heç bir siyasi təşkilatın 700 mindən çox üzvü olmayıb. Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının ətrafında insanların birləşməsi partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə verdikləri yüksək dəyərin nümunəsidir. Ölkə başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı söylədiyi kimi, Yeni Azərbaycan Partiyası bütün iştirak etdiyi seçkilərdə qələbə qazanıb. Qürurla onu demək kifayətdir ki, 27 ildir hakim partiyanın cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir. Yeni Azərbaycan Partiyasının öz statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qalib olması hakim partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı yüksək mövqeyi, şəffaf, obyektiv şəkildə apardığı seçki kampaniyasının nəticəsində reallaşıb. Hər seçkidə xalqın məhz YAP-ın namizədlərinə etimad göstərməsi partiyanın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu təsdiqləyib. Seçicilərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə olan böyük etimadı, inamı keçirilən hər bir seçkidə YAP namizədlərinin lehinə verilən səslərdə öz əksini tapır.
Hakim partiya 9 fevralda keçiriləcək növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları da bu məsul kampaniyada çox fəal iştirak edir. Seçkilərdə xeyli sayda siyasi partiya təmsilçilərinin iştirak etməsinə baxmayaraq, inamla deyə bilərik ki, hər zaman olduğu kimi, bu dəfə də seçkilərin favoriti Yeni Azərbaycan Partiyası olacaq.
- Yeni Azərbaycan Partiyası tərəfindən yenidən deputatlığa namizədliyiniz irəli sürülüb. Növbəti dəfə seçilsəniz, hansı məsələlərin parlament tribunasından səsləndirilməsini nəzərdə tutursunuz?
- Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin sırasında mənim də olmağımı ölkənin hakim partiyasının və partiyanın Sədri, Prezident İlham Əliyevin fəaliyyətimə verdiyi yüksək dəyər hesab edirəm. Qarşıdan gələn parlament seçkilərində mənə yenidən etimad göstərib namizədliyimi irəli sürdüyünə görə partiyanın Sədrinə və rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə qanunverici hakimiyyətin təmsilçisi olaraq hər zaman seçicilərimin yanında olmuşam, onların qayğılarını, problemlərini öz qayğım, problemim kimi qəbul etmişəm. Dəfələrlə seçicilərimin problemlərini Milli Məclisdə qaldırmışam, təkliflərlə çıxış etmişəm. Gəncə - Bakı -Naxçıvan aviareysinin bərpası, xüsusi ilə gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə paytaxtla yanaşı, Gəncədə də sosial mənzillərin tikilməsi, 80 minə yaxın sakinin yaşadığı Gəncənin Gülüstan yaşayış massivi ərazisində - Gəncəçayı üzərində yeni körpünün salınması, Nizami yurdunda fəaliyyət göstərən ali təhsil müəssisələrində paytaxt və bölgələrdə təhsil alan tələbələrin kirayə evlər və yataqxana probleminin aradan qaldırılması, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabətin yaradılması, gənc sahibkarlara güzəştlərin olunması, ölkədə vətəndaşların sağlamlığına xidmət edən idman qurğularının sayının artırılması və digər bu kimi məsələlərlə bağlı Milli Məclisdə təkliflərim olub. Çox xoşbəxtəm ki, milli parlamentlərarası dostluq qruplarının üzvü kimi, dünyanın müxtəlif ölkələrinin parlamentlərindəki həmkarlar ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə, parlamentlər arasındakı əməkdaşlığın, dövlətlərarası münasibətlərin inkişafına millət vəkili olaraq töhfə verməyə çalışmışam.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərdiyim müddətdə Azərbaycan həqiqətlərinin Avropa cəmiyyətinə, dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində apardığı humanizmə əsaslanan missiyasında fəal iştirak etmişəm.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi hər zaman Milli Məclisin Gənclər və idman, İnsan hüquqları komitələrinin üzvü kimi, fəaliyyətimin əsasını təşkil edib.
Növbəti dəfə seçicilərim mənə etimad göstərərlərsə, bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacam, dövlətimin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm.
- Naqif müəllim, son olaraq seçicilərə nə demək istərdiniz?
- Təbii ki, millət vəkili seçildiyi ərazi ilə yanaşı, ölkə problemlərinin həllində də yaxından iştirak etməli, parlamentin işində fəallıq göstərməlidir. Mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Mənə göstərilən etimadı qürur hissi ilə yanaşı, böyük məsuliyyət hissi ilə yerinə yetirməyə çalışmışam, Vətənimə, xalqıma xidmətimi özümə böyük şərəf bilirəm. Əgər seçilərəmsə, seçicilərimin təklif və problemlərinin ölkəmiqyaslı sosial proqramlarda, qanunlarda əks olunmasına çalışacağam.
Fürsətdən istifadə edib, 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərə uğurlar arzu edirəm. İnanıram ki, növbədənkənar parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə əlamətdar olacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

