Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ziyafət Əsgərov: Azərbaycanın NATO qarşısında elə bir öhdəliyi və tələbi yoxdur ki, Azərbaycanda müdafiə naziri mülki şəxs olmalıdır

Ziyafət Əsgərov: Azərbaycanın NATO qarşısında elə bir öhdəliyi və tələbi yoxdur ki, Azərbaycanda müdafiə naziri mülki şəxs olmalıdır

11.02.2010 [02:39]

Milli Məclis sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun SİA-ya müsahibəsi:
- Son günlər hər kəsi narahat edən məsələlərdən biri orduda gedən proseslərdir. Xüsusəndə Daşkəsəndə baş verən hadisə bu narahatlığı artırıb. Azərbaycanda digər ölkələrdə olduğu kimi orduya nəzarət emək üçün xüsusi qurumun yaradılmasın ehtiyac varmı?
- Əvvəla sizə onu deyim ki, Azərbaycan parlamentinin orduya nəzarət imkanları mövcuddur. Biz bu səlahiyyətimizdən istifadə edirik. Burada heç bir problem və məhdudiyyət yoxdur. Eyni zamanda orduya ayrılan vəsaitin xərclənməsinə nazarət edən müvafiq qurum da fəaliyyət göstərir. Daşkəsəndə olan məsələyə gəlincə isə orada cavan insanlarımız ölüb, cavan zabitlərimiz dünyasını dəyişib bu bizi ağrıdır. Amma eyni zamanda qəbul etməliyik ki, ordu cəmiyyətin bir hissəsidir və belə hallar baş verə bilər. Dünyanın heç bir ordusu ideal vəziyyətdə deyil. İnsan olan yerdə belə halların olması istisna deyil. Lakin biz də çalışmalıyıq ki, belə hallar təkrarlanmasın.
- Ziyafət müəllim bəzən belə bir fikir səslənir ki, müdafiə naziri mülkü şəxs olmalıdır. Sizcə, bu məsələ Azərbaycanda gündəmə gələ bilərmi?
- Mən düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başa çatana qədər bu məsələ müzakirə obyekti olmamalıdır. Bizə güclü ordu lazımdır. Bizim ordunun rəhbəri hesab edirəm ki, hərbi şəxslərdən ibarət olmalıdır. çünki hələ biz Ermənistanla müharibəni qurtarmamışıq. Eyni zamanda, Azərbaycanın NATO qarşısında elə bir öhdəliyi və tələbi yoxdur ki, Azərbaycanda müdafiə naziri mülki şəxs olmalıdır.
- Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu Azərbaycana nə verdi və Forumun Dağlıq Qarabağ məsələsinin həllinə hər hansı təsiri ola bilərmi?
- Bu çox marağlı bir forum idi. Əvvəla onu deyim ki, mən özüm bu forumun nəinki iştirakçılarından biri idim həm də siyasət adamları deyilən seksiyanın həmsədrlərindən biri kimi təmsil olunurdum. Həmin siyasət seksiyası bizim parlamentdə keçirilirdi və ora Rusiyanın çox nüfüzlü deputatları daxil idi. İki gün ərzində biz çox marağlı söhbətlər apardıq. Rusiyanın bir sıra deputatları ilə Milli Məclisdə müzakirələr aparıldı. Azərbaycanla-Rusiya, Rusiya-Ermənistan münasibətləri, Dağlıq Qarabağ probleminin həlli və digər bizi maraqlandıran bütün məsələlər ətrafında səmimi şəkildə müzakirələr keçirildi. Onlar da bizimlə razılaşdılar. özləri də etiraf etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bütün qüvvələrini səfərbər etməyib. Biz də onlardan xahiş etdik ki, siz Minsk qrupunun həmsədrlərindən birisiz və bu məsələnin həllində əlinizdə çox güclü imkanlarınız var. Siz bunlardan istifadə edib məsələni köklü sürətdə həll olunmasında öz gücünüzü göstərməlisiniz. Onlar da bizim bu fikrilərimizlə razılaşdılar. Onlara məlumdur ki, bu işğaldır. Rusiya da bunu çox yaxşı anlayır. Amma nədən bu günə kimi işğalçıya işğalçı, işğala məruz qalana işğala məruz qalan demirlər. Bu məsələnin əvvəlcədən dəqiq diaqnozu qoyulmalıdır ki, kim işğala məruz qalıb, kim isə işğal edib. Məsələ bu cür həll olunmalıdır və Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməlidir. Əgər Minsk qrupunun həmsədrləri həqiqətən də bu işi həll etmək istəyirlərsə bu o qədər də çətin məsələ deyil. Beynəlxalq hüquq prinsipləri, beynəlxalq normalar var. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Moskva Bəyənnaməsi, Avropa Şurasının və ATƏT-in qərarı olan yerdə daha nə lazım ola bilər ki? Bütün hüquqi əsaslar, beynəlxalq təminatlar Azərbaycanın tərəfindədir. Sadəcə, həm ABŞ, həm Fransa, həm Rusiya bu məsələdə bir balaca Ermənistana təzyiq göstərsə, münaqişə öz həlini tapa bilər. Xüsusəndə Rusiya...
- Rusiyanın bu məsələdə Ermənistana təzyiq göstərməməsinə səbəb nədir?
- Rusiya əgər Azərbaycana strateji partnyor deyirsə, biz də onları özümüzə strateji partnyor hesab ediriksə, gərək tərəfdaşlar arasında bu cür ayrı-seçkilik olmasın. Niyə Rusiya Ermənistana silah versin, niyə orada hərbi bazasını yerləşdirsin? Halbuki Minsk qrupunun həmsədrlərindən biridir. Bəs necə ola bilər ki, o həm Minsk qrupunun həmsədridir amma eyni zamanda konfliktdə iştirak edən tərəflərdən birini müdafiə edir. Bu məsələnin həllində Rusiya siyasətində dəyişiklik etməlidir.
- Son vaxtlar qondarma erməni soyqırımının ABŞ Konqresində müzakirəyə çıxarılması məsələsi aktullaşıb. Bəs Xocalı faciəsinin də ABŞ Konqresində müzakirəyə çıxarılmasına nə mane olur?
- Hansısa qondarma soyqırımdan danışan ermənilər bunula bağlı bütün dünyaya car çəkirlər. Təssüflər olsun ki, bir çox ölkələr bu uydurmanı tanıyıb, qəbul edib. Amma tarix etibarı ilə dünən olan bir hadisəni Amerika Konqresi müzakirə etmir. Niyə? Bu sualı mən də vermək istəyirəm. Avropa ölkələrinə bir sıra bəyənatlar, müraciətlər göndərmişik ki, Xocalı soyqırımını tanıyın. Niyə tanımırlar? Söhbət bundan gedir və mən də çox heyfslənirəm. Amma bilirsiniz ki, qarşıdan 24 aprel deyilən gün gəlir. Məhz bu səbəbdən ermənilər Türkiyəyə təzyiq etmək üçün məsələni gündəmə gətiriblər ki, Türkiyə protokoları ratifikasiya etsin. Bu əlbəttə siyasi bir məsələdir. Amma hər il ermənipərəst konqresmenlər bu məsələni müzakirəyə çıxarırlar. Türkiyəyə baş ağrısı verirlər. Hesab edirəm ki, bu məsələni bir dəfəlik bitirmək lazımdır. Mən bilirəm ki, ABŞ-ın özündə də bir sıra insanlar bilir ki, belə bir soyqırım faktı yoxdur. Sadəcə Türkiyəyə təzyiq etmək üçün belə üsullardan istifadə edirlər. Amma bizim halal haqqımıza qiymət vermək istəmirlər. Dünya ədalətsiz dünyadır!
- Parlamentin yaz sessiyasında Xocalı faciəsi ilə bağlı hər hansı bir sənədin hazırlanması gözlənilirmi?
- Bilirsiniz ki, Azərbaycan parlamenti artıq neçə illərdir ki, Xocalı faciəsilə bağlı beynəlxalq təşkilatlara, dünya azərbaycanlılarına, dünya parlamentarilərinə müraciətlər ünvanlayır. Biz dünya birliyini bir daha bu soyqırımı tanımağa çağırırıq. Bu faciə yerdə qalmamalıdır. Bu qətliam öz qiymətini almalıdır. çox təəsüf edirəm ki, bu məsələdə də ikili standartlar var. Ermənistana nədənsə bəzi dövlətlər isti münasibət bəsləyirlər. Amma bu belə davam edə bilməz. Ermənistan bu cəzasızlıq mühitindən çıxacaq və etdiyi əməllərə görə cəzasını alacaq.

Paylaş:
Baxılıb: 1081 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30