Ermənilər xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə mane olmağa çalışırlar
27.02.2010 [21:37]
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, bu günlərdə rəhbərlik etdiyiniz nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasından qayıdıb. İstərdik ki, öncə bu səfər haqqında məlumat verəsiniz.
- Fevralın 18-19-da ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən qış sessiyasında bir sıra məsələlər müzakirə olundu. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti bu sessiyada fəal iştirak etdi və ümumilikdə, səfərin nəticələrini əhəmiyyətli qiymətləndirmək mümkündür. Qeyd etmək istəyirəm ki, sessiyanın açılış günündə Daimi Komitənin iclası keçirildi. Həmin iclasda ATƏT PA-nın sədri Joao Soareş, Baş katib Spenser Oliver və digər rəsmi şəxslərin təşkilatın ötən müddət ərzindəki fəaliyyəti haqqında hesabatları dinlənildi. Bundan əlavə, ATƏT-ə sədrlik edən Qazaxıstanın parlament sədri Qasımcomərd Tokayev ölkəsinin sədrlik dövründə qarşıya qoyduğu prioritetlərdən danışdı. ATƏT-in fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev isə bu il ərzində ATƏT-in sammitinin keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Bu, çox önəmli hadisədir. Bildiyiniz kimi, son sammit 11 il öncə-1999-cu ildə İstanbulda keçirilib. Nəzərə alsaq ki, bu il ATƏT-in yaradılmasının 35 ili tamam olur, deməli, sammitin bu il ərzində keçirilməsi ATƏT üçün əlamətdarlığı ilə fərqlənəcək.
- Təşkilatın komitələrində hansı məsələlər müzakirə olundu?
- ATƏT-in üç komitəsində - Siyasi, İnsan haqları və İqtisadi komitələrində təşkilatın növbəti sessiyasına hazırlıq, həmçinin, Osloda qəbul ediləcək bəyannamənin hazırlanması ilə bağlı müzakirələr aparıldı. çıxışlarda səslənən təkliflər, rəylər də nəzərə alınmaqla yaya qədər bu sənədin hazırlanması üzərində iş həyata keçiriləcək. Qeyd edim ki, sessiyada əsas müzakirə mövzularından biri Əfqanıstandakı vəziyyətlə bağlı oldu. Siyasi komitənin iclasında Əfqanıstanda mövcud durum, təşkilata üzv dövlətlərin həmin bölgədə vəziyyətə dair mövqeyi, milli azlıqlar üzrə xüsusi komissarın məruzəsi və digər məlumatlar dinlənildi.
ATƏT-in fəaliyyətdə olan sədrinin çıxışı zamanı mən Dağlıq Qarabağda elan olunmuş “seçkilər”lə bağlı ATƏT-in konkret mövqeyinin nədən ibarət olması barədə sual verdim. O, sualıma konkret cavab verməyərək Qarabağ məsələsi ilə əlaqədar ümumi fikirlər səsləndirməklə kifayətləndi. Təbii ki, təşkilat sədrinin bu cür mövqe nümayiş etdirməsi qane edici deyil. Ona görə də, belə mövqeyə qarşı etirazımı, şifahı şəkildə Qazaxıstan nümayəndə heyətinə bildirdim və həmin sualı yazılı şəkildə ATƏT-in baş katibinə ünvanladım. Həmin sualı verməkdə məqsədimiz Dağlıq Qarabağdakı separatçı rejimin elan etdiyi “seçkilər”in beynəlxalq normalara cavab vermədiyini diqqətə çatdırmaq və ATƏT-in bu məsələyə münasibətini öyrənməkdən ibarət idi. Amma təəssüf ki, orada da sualımıza cavab ala bilmədik. Xatırlatmaq yerinə düşər ki, indiyədək ATƏT separatçı rejimlər tərəfindən keçirilmiş seçkiləri tanımayıb. Növbəti dəfə də təşkilatdan belə rəy gözləyirik.
ATƏT-in İqtisadi və İnsan haqları komitələrində də bir sıra vacib məsələlər müzakirə olundu. Bilirsiniz ki, ATƏT-in seçkilərlə bağlı müşahidəçilik missiyası mövcuddur. Uzunmüddətli missiyanı qurumun Varşavadakı Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, qısamüddətli missiyanı isə parlamentarilər həyata keçirir. Maraqlı odur ki, həmin missiyaların rəyi heç vaxt bir-birinə uyğun gəlmir və ziddiyyət təşkil edir. Bu sessiyanın yadda qalan məqamlarından biri də bu oldu ki, ATƏT belə daxili problemlərinin həlli istiqamətində müzakirələrə daha çox yer verdi. Belə müzakirələrin açılması müsbət hal olsa da, qurumun daxili problemləri hələ aradan qalxmayıb. Ona görə təşkilat daxilində problemlərin həll edilməsi günün ən vacib məsələlərindən biridir.
- Səfər zamanı başqa nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirildimi? Bu görüşlər parlamentlərarası əlaqələrə nə dərəcə müsbət təsir göstərir?
- Bəli, bütün xarici səfərlər zamanı əsas diqqət yetirilən məsələlərdən biri ikitərəfli münasibətlərin inkişafıdır. İkitərəfli görüşlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük imkandır. Bu mənada hər bir görüş bizim üçün önəmlidir. Konkret bu səfərə gəlincə, deyə bilərəm ki, sessiya çərçivəsində Avstriya parlamentinin sədri, Avstriya parlamentinin ikinci spikeri ilə görüşlərim oldu. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı məsələləri geniş müzakirə predmetinə çevrildi. Belə bir mövqe bildirildi ki, əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Bundan başqa, görüşlər zamanı mənə yaxın zamanlarda Avstriyanın Azərbaycanda səfirliyinin açılması barədə məlumat verildi. Bu hadisə Azərbaycan haqqında həmin dövlətdə məlumatların daha genişlənməsinə səbəb olacaq. Səfirliyin açılış mərasimində Avstriyanın yüksək dövlət rəsmilərinin iştirakı da gözlənilir. Digər görüşümüz Avstriya parlamentində Cənubi Qafqaz qrupu ilə oldu. Növbəti görüş isə Fransa nümayəndəsi Ronal Blyunla oldu. Nəzərinizə çatdırım ki, bu şəxs Marsel şəhərini təmsil edir. Mənə məlum idi ki, Dağlıq Qarabağ separatçı rejiminin “parlament sədri” Marseldə olub və həmin şəxs də ona “Şərəf” mükafatı verib. R.Blyunun separatçılara qarşı bu hərəkətinə etirazımı bildirəndə o, etiraf etdi ki, belə hadisə olub və bu, erməni seçicilərinin istəyi ilə baş verib. Onu Azərbaycana dəvət etdim. Dəvətimin məqsədi bundan ibarətdir ki, fransalı parlamentari əsl həqiqətlərlə tanış olsun. O, aprel ayında Azərbaycana gələcək.
ümumiyyətlə, hesab edirəm ki, keçirdiyimiz görüşlər çox səmərəli oldu. Bu yöndəki fəaliyyətimiz gələcəkdə də davam etdiriləcək.
- Bəs çexiya səfəri haqqında nə deyə bilərsiniz?
- çexiyaya səfər zamanı bu ölkənin parlamentində bir sıra görüşlər keçirdik. Senatın sədri Prjemısl Sobotka, çexiya parlamenti Nümayəndələr Palatasının sədri Miloslav Vlçek, çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirilən görüşlərdə parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparıldı. Qarşı tərəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verildi. Eyni zamanda, bildirildi ki, Azərbaycan çexiya üçün Cənubi Qafqaz regionunda həlledici dövlətdir.
Səfər çərçivəsində nümayəndə heyətimiz çexiyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşdü, Azərbaycan səfirliyinin və çexiya Senatının üzvlərinin təşəbbüsü ilə Senatın binasında keçirilən Qanlı Yanvar hadisələrinə həsr olunmuş fotosərgini ziyarət etdi.
- Bahar xanım, məlum olduğu kimi, martın 4-də ABŞ Konqresində uydurma “erməni soyqırımı” haqqında qətnamə müzakirəyə çıxarılacaq. Konqresin bu addımına münasibətiniz necədir?
- Hər bir azərbaycanlı bu məsələyə öz etirazını bildirməlidir. Bir faktı deyim ki, ermənilər xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə mane olmağa çalışırlar. Mən Avstriyada bunun şahidi oldum. Xocalı hadisəsi həqiqət olduğu halda, uydurma soyqırımlara qarşı mübarizəmiz daha da güclənməlidir. Məsələ ilə bağlı Milli Məclisin mövqeyi isə bütün ictimaiyyətə bəllidir. Biz belə bir məsələyə kəskin etirazımızı bildiririk.
ABŞ superdövlət olaraq dünyadakı ciddi problemləri kənara qoyub bir qrup erməninin marağının ifadəçisinə çevrilməməlidir. Bu vəziyyət ABŞ-ın nüfuzuna xələl gətirir. Bu, ABŞ-ın demokratik imicinə, dünyada demokratiyanın inkişafındakı roluna da mənfi təsir edir. Qətnamənin qəbul olunması Azərbaycanla əlaqələrə də mənfi təsir göstərəcək. ATƏT-in Minsk qrupunda həmsədr dövlət kimi ABŞ belə məsələlərdə bitərəf mövqe nümayiş etdirməlidir. Erməni elektoratının rəyini əldə rəhbər tutub bu addımı atmaq düzgün deyil. ABŞ-da prezident seçkilərində bir çox namizədlər uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı vəd verir və sonra həmin vədin girovuna çevrilir. Hesab edirəm ki, Obama administrasiyası belə məsələlərdə məsuliyyətli qərarlar verməlidir.
- Xocalı soyqırımının 18-ci ildönümü tamam oldu. Sizcə, bu qətliamın dünyada tanınması üçün hansı addımlar atılmalıdır?
- Xocalı soyqırımının tanınması üçün bütün imkanlardan istifadə edilməlidir. ABŞ Konqresi 100 il əvvəl baş vermiş hadisələrə siyasi qiymət verərək başqa maraqlar güdməyə çalışırsa, bu bir presedent yaradır. Yəni, dünya tarixində olan hadisələrin parlamentlərin gündəliyinə gətirilməsi presedenti yaranır. Belə çıxır ki, biz indiki məsələləri kənara qoyub, tarixdə baş verən hadisələrə qiymət verməli və buna uyğun siyasət qurmalıyıq. Biz günümüzdə baş verən hadisələrə siyasi qiymət verməyə çalışmayılıq. Digər ölkələrin parlamentləri ilə işimizi davam etdirməliyik. Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Bu cinayət həqiqi qiymətini almalıdır.
Milli Məclis faciəyə siyasi qiymət verib, lazımi qərarlar qəbul edib. Təəssüf ki, hələ də dünyada ikili standartlar mövcuddur. Bu hələ də dünyanın “erməni həqiqətlərinə” üstünlük verdiyinin göstəricisidir. Eyni zamanda, Qafqazda bir sıra maraqların toqquşması nəticəsində hadisələrə həqiqi qiyməti verilmir. Amma bu, bizi ruhdan salmamalı, işimizi davam etdirməliyik.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

