YAP bu gün Azərbaycan dövlətinin inkişafında müstəsna rolu olan bir partiyadır
05.03.2010 [09:40]
Azərbaycanın ictimai-siyasi, eləcə də, digər sahələrində, aktiv rol oynayan, 500 minlik üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) bu günə qədər keçirilmiş 4 prezident, 3 parlament, 3 bələdiyyə seçkilərində möhtəşəm qələbələr qazanaraq, Azərbaycandakı inkişafın davamlı, stabil, dinamik olmasına öz töhfəsini verib.
Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının qələbəyə hesablanmış fəaliyyətinin sistemli şəkildə həyata keçirilməsində rayon təşkilatlarının da özünəməxsus xidmətləri vardır. Rayon təşkilatları yerlərdə partiyanın əsas fəaliyyət prinsiplərinin təbliğatını düzgün istiqamətdə qurmaqla, bütövlükdə partiyanın uğur qazanması üçün zəmin yaradırlar. Belə təşkilatlarından biri də 17 yaşını qeyd edən YAP Qaradağ rayon təşkilatıdır.
Qaradağ rayon təşkilatının fəaliyyəti və əldə olunmuş uğurları barədə rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynovla söhbətləşdik:
- Aydın müəllim, YAP Azərbaycanın sosial-iqtisadi inkişafında müstəsna rolu olan bir siyasi partiyadır. Amma ölkədə əldə olunmuş uğurların asan yolla qazanılmadığını düşündükdə, bəzi məsələlərin bu gün də səsləndirilməsinin əhəmiyyətini daha aydın anlayırıq. Ona görə də, sizinlə söhbətə Yeni Azərbaycan Partiyasının yaranmasından başlamaq istəyirik...
- Mən ilk növbədə, YAP Qaradağ rayon təşkilatının yaradılmasının 17-ci ildönümü münasibəti ilə təşkilatın yaradıcılarını, bu prosesdə zəhməti olan hər bir siyasi məsləkdaşlarımızı təbrik edirəm. Bildiyimiz kimi, Azərbaycanın müstəqillik tarixinin ən çətin və ziddiyyətli dövründə yaranmış Yeni Azərbaycan Partiyası formalaşdığı gündən indiyə qədər baş verən bütün ictimai-siyasi proseslərdə aktiv rol oynayıb. YAP-ın yaradılması ilə bağlı ideya ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıtmasından və xalqın Ona olan böyük inamından doğurdu. çünki, o zaman hakimiyyəti zor gücü ilə ələ keçirən AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkəmizin müstəqilliyi və suverenliyi təhlükə qarşısına atılmışdı. ölkəni bürümüş hərtərəfli xaos isə xalqı tezliklə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gətirilməsi barədə düşünməyə vadar edirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər xalqın yaddaşında idi. Bu illər ərzində Azərbaycanda hərtərəfli inkişaf başlamışdı, hətta, ucqar kəndlərdə yaşayan insanların maddi rifah halı yüksəlmişdi. Lakin müstəqilliyin ilk illərində xalqımız, qarşılaşdığı bəlalardan sonra hakimiyyət sükanı arxasında əyləşmiş insanların antimilli qüvvələr olduğunu anlamışdı. Ona görə də, Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi üçün xalq hərəkatı başlamışdı. Bütün mitinqlərdə ümummilli lider Heydər Əliyevin portretləri və “Heydər baba, Azərbaycanı bu bəladan qurtar” şüarları əllərdə tutulurdu. Bütün bunlar Ulu öndər Heydər Əliyevə olan inam, etimad və sevgi idi. Amma ziyalılar çox yaxşı başa düşürdü ki, ümummilli liderimizin hakimiyyətə gəlməsi üçün seçkilərdə iştirak etməyə və dahi şəxsiyyəti dəstəkləyən insanları bir ideologiya ətrafında birləşdirəcək siyasi partiyaya ehtiyac vardır. Bununla əlaqədar, bir qrup ziyalı Naxçıvan Muxtar Respublikasına səfər etdi və ümummilli lider Heydər Əliyev ilə görüşdü, O isə, yeni partiyanın yaranması ilə əlaqədar başqa insanların nə düşünməsi ilə maraqlandı. Bundan sonra 91 ziyalı Ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciət ünvanladı. Nəticədə, 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Sonradan isə partiyanın yerlərdəki təşkilatları formalaşmağa başladı.
- Qeyd etdiyiniz kimi, partiyanın yaradılmasından sonra təbii ki, onun yerlərdə sosial dayaqlarını vahid məqsəd ətrafında birləşdirən rayon təşkilatlarının yaranması prosesi başladı. Belə rayon təşkilatlarından biri də YAP Qaradağ rayon təşkilatı idi. Bu rayon təşkilatının yaranması, fəaliyyəti və uğurları barədə danışardınız...
- Bildiyiniz kimi, partiyamızın fəaliyyətinin əsasını azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi və sosial ədalət kimi ideoloji prinsiplər təşkil edir. YAP-ın əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasını təmin etməkdir. Məhz, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu yolda partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir. 1993-cü ildə böyük çətinliklərə baxmayaraq, yaradılmış YAP Qaradağ rayon təşkilatı da hər zaman fəaliyyətində bu prinsipləri rəhbər tutub, ümummilli lider Heydər Əliyevin ideyalarından qidalanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu təbliğ edib və bu funksiyasını hazırda da həyata keçirir.
Rayon təşkilatının 122 ilk partiya təşkilatı özündə 9492 nəfər partiya üzvünü birləşdirir. ümumiyyətlə, qurduğumuz fəaliyyət nəticəsində rayon təşkilatının üzvlərinin sayı ilbəil artır. Belə ki, 1994-cü ildə partiyaya 1592 nəfər qəbul olmuşdusa, bu rəqəm 2000-ci ildə 4057, 2009-cu ildə isə 9409 nəfər olmuşdu. 2010-cu ildə əlbəttə ki, bu rəqəm 10 mini ötəcək. Faktlar onu göstərir ki, ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da Yeni Azərbaycan Partiyasının nüfuzu böyükdür. Qaradağlıların YAP-a olan etimadını keçirilmiş seçkilərdə onların aktivliyi, fəallığı da sübut edir. Məsələn, bildiyiniz kimi, keçən il Azərbaycanda həm bələdiyyə seçkiləri, həm də referendum keçirildi. Bu seçkilərdə Qaradağ rayon təşkilatı özünəməxsus fəallıqla iştirak etdi. Referendumla əlaqədar olaraq, rayon təşkilatının nəzdində 15 nəfərdən ibarət təşəbbüs qrupu və 21 nəfərdən ibarət seçki qərargahı yaradıldı. Bütövlükdə, rayon ərazisində 17 böyük kütləvi tədbir keçirildi. Bunun nəticəsində isə 2009-cu ildə keçirilmiş referendumda 11 saylı Qaradağ Dairə Seçki Komissiyası üzrə 44015 nəfər seçicidən 30210 nəfəri (68,6 faiz) iştirak etdi və onlardan 24715 nəfəri (91,56 faiz) referenduma çıxarılmış maddələrin lehinə səs verdi. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası üzrə 26646 nəfər seçicidən 18030 nəfəri (67,66 faiz) iştirak etdi və onlardan 15540 nəfəri (86,18 faiz) referenduma çıxarılmış maddələrin lehinə səs verdi. Bələdiyyə seçkilərində isə rayon təşkilatı tərəfindən irəli sürülmüş 115 namizədin 37-si qadın, 39-u gənc və 98-i ali təhsilli idi. Bələdiyyə seçkiləri ilə əlaqədar rayon ərazisində yerləşən bütün qəsəbələrdə ümumilikdə, 54 tədbir keçirildi. İrəli sürdüyümüz namizədlərdən 80 nəfəri bələdiyyələrə seçildi. Onlardan 34 nəfəri qadın, 35 nəfəri isə gəncdir. Bütün bunlar onu göstərir ki, YAP Qaradağ rayon təşkilatı fəaliyyətini düzgün istiqamətdə qurub.
- Yeri gəlmişkən qeyd edək ki, bu il parlament seçkiləri keçiriləcək. Əlbəttə ki, Azərbaycanın hakim partiyasının Milli Məclisə keçiriləcək seçkilərlə bağlı əsas fəaliyyət proqramı və seçki taktikası açıqlanacaq. Amma bununla belə, sizin qarşıdan gələn siyasi kampaniya ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bu, müqayisəolunmaz həqiqətdir ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub və bundan sonra partiyamızla xalqımız arasındakı bu birlik daha da möhkəmlənəcək. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın standartlarını, təcrübələrini mənimsəyir. O cümlədən, partiyamız seçkilərdən-seçkilərə mükəmməl seçki texnologiyaları tətbiq edir. YAP bələdiyyə orqanlarının işinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq, müxtəlif təklif və ideyalar irəli sürür. Bunlar hamısı bələdiyyələrin işində müsbət irəliləyişlərin yaradılmasına xidmət edir. Budəfəki seçkilərdə də YAP-ın öz zəngin təcrübəsinə və seçki mədəniyyətinə, beynəlxalq praktikaya əsaslanaraq yenidən uğur qazanacağına əminəm. çünki, bu uğur xalqın iradəsilə təmin edilir.
- Yeni Azərbaycan Partiyasının qarşıdan gələn siyasi kampaniyada da möhtəşəm qələbə qazanacağına əmin olduğunuzu söylədiniz. Bu qələbəni təmin edəcək səbəblər hansılardır?
- Qeyd etdiyim kimi, YAP Azərbaycan xalqının maraqlarını, tələblərini aydın görərək, onları təmin edir. Bu gün artıq şüarlarla idarəetmə, yalan vədlər verməklə idarəçiliyin müddətini uzatmaq kimi metodların zamanı deyil. Bütün bunlar 1991-1992-ci illərdə qaldı. Hazırda, Azərbaycanda inkişaf o səviyyədədir ki, insanların siyasi şüurunun, mədəniyyətinin və davranışının təkmilləşməsi prosesi sürətlə gedir. İnsanlar real işə qiymət verir və etimad göstərirlər. Yeni Azərbaycan Partiyası da ortaya qoyduğu proqramlarla, layihələrlə xalqın maraqlarını təmin edir. Bu səbəbdəndir ki, YAP-ın bu gün 500 mindən artıq üzvü var. Yəni, böyük sosial dəstəyə malik olmaq, bütün siyasi kampaniyalarda insanların böyük əksəriyyətinin etimadını qazanmaq və s. kimi amillər YAP-ın müasir anlamda siyasi partiya kimi funksiyalarının öhdəsindən layiqincə gəldiyinə işarədir. Digər partiyalar isə bir qrup insanların maraqlarını ifadə etdiyindən onların nə sosial dayağı, nə də ictimaiyyətdə etibarı vardır. Məhz, bu səbəbdəndir ki, Yeni Azərbaycan Partiyası budəfəki seçkilərdə də insanların böyük əksəriyyətinin etimadını qazanacaq. Eyni zamanda, partiyamızın seçkilər zamanı həyata keçirdiyi seçki taktikasının, strategiyasının əhəmiyyətini yaddan çıxarmaq olmaz. Bir sözlə, bu və ya digər amilləri nəzərə alaraq, əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təşkilatıdır və o Azərbaycanda böyük etimad sahibidir. YAP Qaradağ rayon təşkilatının da partiyamızın böyük qələbələr qazanmasında özünəməxsus xidmətləri var. Əlbəttə ki, qarşıdan gələn seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının müvafiq təlimatlarından sonra YAP Qaradağ rayon təşkilatı da özünün fəaliyyət istiqamətlərini formalaşdıracaq və partiyamızın parlaq qələbəsi üçün bütün gücünü səfərbər edəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

