/ / Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın inkişafının əsasını təşkil edir
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın inkişafının əsasını təşkil edir
18.03.2010 [10:15]
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov www.yap.org.az saytına müsahibə verib:
- Valeh müəllim, bu gün Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf etməkdə, böyük uğurlar qazanmaqdadır. Amma bu da məlumdur ki, “Əsrin müqaviləsi”nin imzalanmasına qarşı müqavimətlər olub, xarici dövlətlərlə çətin danışıqlar aparlıb. ümumiyyətlə, o zaman həmin danışıqlarda iştirak edən şəxs kimi prosesləri necə xatırlayırsınız?
- Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın neft strategiyasından danışanda o zaman ölkədə, neft-qaz sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1980-ci illərin sonunda artıq qəbul edilirdi ki, müasir Qərb texnologiyalarını, avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarını cəlb etmədən, tətbiq etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini təmin etmək mümkün olmayacaq. Hətta o da qəbul edilirdi ki, bu işlərin uğurla aparılması üçün mütləq tanınmış xarici şirkətlər də cəlb edilməlidir.
1990-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi, danışıqlar aparılırdı, tenderlər keçirilirdi, hətta bu tenderlərin qalibləri elan edilirdi, protokollar, memorandumlar, başqa sənədlər imzalanırdı. Ancaq nəticə yox idi! Nəticə deyəndə söhbət nədən gedir - imzalanmış və hüquqi qüvvəyə minmiş anlaşma, saziş, bunun davamı olaraq qoyulmuş sərmayələr, başlanmış işlər - bunlar yox idi. Bunlar ola da bilməzdi, çünki o zamanlar hakimiyyətdə olanların arasında beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, ümumilikdə beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını, incəliklərini mükəmməl bilən, böyük təcrübəsi olan, beynəlxalq dairələrdə nüfuzu olan, biliyinə, təcrübəsinə, nüfuzuna millətin hörməti və ehtiramına, inam və dəstəyinə arxalanıb, müsbət və mənfi məqamları, riskləri nəzərə alıb uzunmüddətli neft-qaz stratategiyasını, bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin edə bilən, bu prosesi idarə edə bilən, bunlarla bağlı bütün məhsulliyəti öz üzərinə götürə bilən siyasi lider yox idi.
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu proseslərə nə dərəcədə təsir etdi?
- 1993-cü ilin iyun ayında faktiki olaraq Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Azərbaycan dövlət olaraq parçalanma ərəfəsində idi, Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənərək davam edir, bir sözlə, ölkə ictimai-siyasi, iqtisadi, maliyyə böhranında idi. Bu gərgin şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə ümummilli liderimiz Heydər Əliyev gəldi. çoxları və birinci növbədə xarici neft şirkətləri, onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardımına ehtiyacı olan dövlətin yeni rəhbərliyi Azəri-çıraq-Günəşli neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi... Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. O zaman, o şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli, dözümlü olmalı idi, hansı iradənin sahibi olmalı idi - bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir. Eyni zamanda, bu qərarı verən şəxsin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.
Azərbaycanın xarici neft şirkətləri ilə Azəri-çıraq və Günəşli yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında elan edildi, sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 - may 1994-cü il) Azərbaycanın uzunmüddətli, ancaq bir saziş ilə, ancaq neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, onlarla illəri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılırmış.
- Neft strategiyasının reallaşmasında, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ixrac kəmərlərinin də rolu hər kəsə məlumdur. İstərdik, bu məsələnin tarixi haqqında da danışasınız. Bir neçə istiqamətdə neft kəmərlərinin çəkilməsi ideyası necə yarandı?
- Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarından birində deyəndə ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi (!) boru kəməri vasitəsi ilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhfi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu - bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Azərbaycan bu gün istədiyi istiqamətdə, istədiyi istehlakçıya, məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər. Əlbəttə ki, bu imkanlar Ulu öndər Heydər Əliyevin neft-qaz strategiyasının və bu strategiyanı məharətlə təkmilləşdirərək həyata keçirən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
- Enerji təhlükəsizliyi məsələsi dünyanın qlobal probleminə çevrilib. Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu haqqında danışarkən bir neçə məqamı nəzərə almalıyıq:
- Azərbaycanın zəngin neft-qaz ehtiyatları (mövcud ehtiyatlar və gələcəkdə kəşf ediləcək ehtiyatlar);
- Azərbaycanın, Xəzər dənizinin neft-qaz ehtiyatlarını (tək Azərbaycan sektorunda yox, həm də qonşu ölkələrə məxsus olan sektorlarda) Avropa bazarlarına çatdıra bilən nəqliyyat infrastrukturu (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Novorossiysk ixrac neft boru kəmərləri; Cənub Qafqaz ixrac qaz boru kəməri - daha çox Bakı-Tbilisi-Ərzurum kimi tanınan kəmər; dəmir yolu);
- Azərbaycanın, beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində olan təcrübəsi və qüdrəti;
- Azərbaycanın sözünə, vədinə, imzaladığı sənədlərə sadiqliyi (zamanla yoxlanılmış, çətin sınaqlardan keçmiş);
- Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunması və bunlara əsaslanan dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi.
Sözsüz ki, Xəzər dənizinin neft-qaz ehtiyatlarının Avropa enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri var və bu ehtiyatlara Avropa bazarında ehtiyac ildən-ilə artacaq.
Təbii ki, Azərbaycanın mövcud ixrac-tranzit infrastrukturuna, bu infrastrukturun genişlənməsinə də ehtiyac artacaq.
Yuxarıda sadaladığım məqamları da nəzərə alsaq qəbul etməliyik ki, Azərbaycanın iştirakı, Azərbaycanın dəstəyi olmadan, Azərbaycanın maraqları nəzərə alınmadan, hər hansı beynəlxalq əhəmiyyətli enerji layihəsinin icrası mümkün deyil.
- Bu gün ölkəmiz inkişafı baxımdan dünyada ən öndə gedən dövlətlərdən biridir və artıq Azərbaycanın iqtisadi inkişaf modeli aparıcı beynəlxalq institutlar tərəfindən öyrənilməkdədir. Bu mənada Azərbaycanın inkişaf modelinin formalaşmasında neft strategiyasının rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın son 15 illik inkişaf tarixini təhlil edən hər bir kəs, razılaşar ki, neft strategiyası, ölkəmizin bütün sahələrinin - ictimai, siyasi, iqtisadi, sosial, mədəni və s. inkişafını əhatə edən geniş strateji planın bir hissəsidir; əlbəttə ki, xüsusi yeri olan, xüsusi önəmi, dəyəri olan bir hissəsidir.
Dayanıqlı inkişafı təmin edən geniş strateji planın ayrı-ayrı istiqamətlərinin, sahələrinin inkişafını təmin edən planlar, tədbirlər arasında hər birinin ayrılıqda və hamısının cəm şəklində inkişafını təmin edən, bunlara daxildən və xaricdən mənfi təsirlərin qarşısını ala bilən və ya da mümkün qədər neytrallaşdıra bilən, müsbət təsirlərin isə gücünü artıra bilən əlaqələr, mexanizmlər, bunların idarə olunması, icrasına nəzarəti yolları müəyyən edilməsəydi, onların səmərəli tətbiqi təmin edilməsəydi, yəqin ki, həm neft strategiyamızın uğurları, həm də həyatımızın bütün sahələrində əldə etdiyimiz uğurlar bugünkü səviyyədə olmazdı.
çox önəmli bir məqama da toxunmaq lazımdır: Heydər Əliyevin neft-qaz strategiyası önəmli bir hissəsi olan geniş strateji inkişaf planının zamanın tələblərini, regionda, dünyada gedən prosesləri nəzərə alaraq ardıcıllıqla, əzmkarlıqla təkmilləşdirilməsinin təşkil və təmin olunması, tətbiq edilməsi - bunlar olmasaydı yəqin ki, Azərbaycan hər bir sahədə və ümumi inkişafını əks etdirən makroiqtisadi göstəricilərinə görə dünyada ən yüksək səviyyədə olan ölkələr arasında olmazdı.
Neft və qaz ehtiyatları olan, neft və qaz hasil edən ölkələrin sayı onlarla ölçülür və bunların içində həm neft-qaz ehtiyatları ilə, həm də neft-qaz hasilatının həcminə görə Azərbaycandan çox-çox irəlidə gedən ölkələr var (o cümlədən, yaxın qonşularımız).
Ancaq ən obyektiv olan makroiqtisadi göstəriciləri müqayisə etsək, ölkəmizin bunların əksəriyyətindən gözəçarpan dərəcədə irəlidə olduğunu görərik. Bunun da səbəbi, mənim fikrimcə, yuxarıda qeyd etdiyim məqamlardan irəli gəlir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

