Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır
23.04.2010 [09:51]
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi çingiz Əsgərov Avropa Məhkəməsinin E.Fətullayevin işinə dair çıxardığı qərarla bağlı AzərTAc-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında, əsasən, hansı hüquqların pozulması ilə əlaqədar məsələlər qaldırılır?
- Avropa Məhkəməsi öz qərarlarında Avropa Konvensiyasında təsbit edilmiş müxtəlif hüquq və azadlıqların pozulmasına dair şikayətlərə baxmışdır. Bu günə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı cəmi 21 yekun qərarında insan hüquq və azadlıqlarının pozulması müəyyən edilmişdir. Bu qərarların əksəriyyətini Avropa Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə baxışı hüququnun pozulması ilə bağlı qərarlar təşkil edir. Lakin bu o demək deyildir ki, bütün bu işlərdə söhbət yalnız məhkəmə baxışı zamanı insanların prosessual hüquqlarının pozulmasından gedir. Qeyd edim ki, ölkə məhkəmələrinin çıxardığı qərarların icrası məsələsi də Avropa Konvensiyasının 6-cı maddəsi ilə əhatə olunur. Bu mənada, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrin çıxardığı qərarların icra edilməməsi ölkəmiz üçün müəyyən problem yaratmışdır. Lakin bildiyiniz kimi, son zamanlar qaçqınların və məcburi köçkünlərin yeni və müasir tələblərə cavab verən yaşayış yerləri ilə təmin edilməsi üçün çox işlər görülmüşdür və yaxın zamanlarda bu sahədə məhkəmə qərarlarının icrası ilə bağlı bütün problemlər tamamilə aradan qaldırılacaqdır. Eyni zamanda, qeyd etmək istərdim ki, Avropa Məhkəməsi bu işlərlə bağlı qəbul etdiyi qərarlarda şəxslərin pozulmuş hüquqlarını bərpa etmək üçün Azərbaycan hökumətinə bir neçə mümkün çıxış yolu tövsiyə etmişdir. ümumiyyətlə, Avropa Məhkəməsinin dövlətlərə bu cür göstərişlər verməsi olduqca mübahisəlidir. Avropa Məhkəməsi öz qərarlarında yalnız bu və ya digər hüququn pozulmasını müəyyən edir, Konvensiyaya əsasən Məhkəmənin qərarlarının icrasına nəzarət etməli orqan - Avropa Şurasının Nazirlər Komitəsi isə həmin pozuntuların aradan qaldırılması üçün tədbirləri müəyyən edir.
- Avropa Məhkəməsinin Eynulla Fətullayevin şikayəti ilə bağlı qərarında da belə tədbirin həyata keçirilməsi tövsiyə olunur. Bununla bağlı nə deyə bilərsiniz?
- Bəli, Avropa Məhkəməsinin bu işlə bağlı qərarında bildirilir ki, cavabdeh dövlət şikayətçinin dərhal azad olunmasını təmin etməlidir. Məsələnin bu cür qoyuluşu həm Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları, həm də Azərbaycanın qanunvericiliyi baxımından qəbuledilməzdir. Məlumdur ki, Avropa Konvensiyası suveren dövlətlər arasında bağlanmış çoxtərəfli beynəlxalq müqavilədir və ona görə də Konvensiya əsasında təsis olunmuş Avropa Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsində subsidiar, yəni əlavə mexanizm kimi çıxış edir. Başqa sözlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi cavabdeh dövlətin məhkəmə, inzibati və digər orqanlarını əvəz edə və bununla da, həmin dövlətin məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəməsinə çevrilə bilməz. Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq, hətta, müəyyən bir işdə pozuntu müəyyən edilsə belə, onun qərarları başlıca olaraq deklarativ xarakter daşıyır, pozulmuş hüquqların bərpası üçün həyata keçirilməsi zəruri olan tədbirlərin seçilməsi isə ümumilikdə dövlətin vəzifəsidir. Eyni zamanda, qeyd olunmalıdır ki, bu ilin fevral ayında qəbul edilmiş İnterlaken Bəyannaməsində Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsini milli məhkəmələrin baxdığı və barəsində qərar çıxardığı faktlar və ya qanunvericilik məsələlərinə yenidən baxmaqdan çəkinməyə, Konvensiyanın təfsiri və tətbiqində öz supsidiar rolunu nəzərə almağa dəvət etmişdir. Digər tərəfdən, Avropa Məhkəməsinin Fətullayevin işi ilə bağlı bu cür göstərişini icra etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq hüquqi əsas yoxdur. Hesab edirəm ki, həmin göstərişin Azərbaycan dövləti tərəfindən hansı vasitələrlə həyata keçirilməsi məsələsi Avropa Məhkəməsi tərəfindən öyrənilməmişdir. Avropa Məhkəməsi öyrənə bilərdi ki, ölkəmizin Cinayət Prosessual Məcəlləsinə əsasən, Avropa Məhkəməsi tərəfindən insan hüquq və azadlıqları haqqında Konvensiyanın pozulması müəyyən edildikdə, bu məsələyə Ali Məhkəmənin Plenumunda baxıla və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilə bilər. Məhkum edilmiş şəxsin sırf Avropa Məhkəməsinin qərarına əsasən azad edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmamışdır.
ümumiyyətlə, Avropa ölkələrində qəbul edilmiş təcrübəyə uyğun olaraq, Avropa Məhkəməsinin qərarları dövlətdaxili məhkəmələrində hüququn şərhi qismində tətbiq olunur. Bir sözlə, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz. Pozulmuş hüquqların bərpasına yönəldilmiş tədbirlərlə bağlı dövlətə seçim qoymamaqla və Avropa Şurasının üzv dövlətinin məhkəmələrinə göstəriş verməklə, Avropa Məhkəməsi özünü dördüncü məhkəmə instansiyasına çevirmiş və Konvensiya ilə ona verilmiş səlahiyyətlərini aşmışdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin qərarı elan edildiyi gündən üç ay müddətində işin Böyük Palataya baxılması üçün verilməsi barədə vəsatət təqdim edilmədiyi təqdirdə qüvvəyə minir. Qeyd etdiyim məsələləri nəzərə alaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək, habelə Konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədilə biz bu işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

