Qeyri-konstruktivliyin zərbəsi, ilk növbədə, Ermənistanın özünə dəyəcək
05.05.2010 [10:30]
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə www.yap.org.az saytında müsahibə verib:
- Aydın müəllim, son zamanlar Cənubi Qafqaz bölgəsində ciddi proseslər baş verməkdədir. Ermənistan Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasından imtina etdikdən sonra yaranmış vəziyyəti necə şərh edərdiniz?
- Dünyada baş verən proseslər bu bölgədə də özünü göstərir. Region hadisələri vaxtaşırı böyük dövlətlərin diqqət mərkəzində olur. Bu dövlətlərin hər biri özünün siyasəti çərçivəsində Cənubi Qafqaz faktorunu çox ciddi şəkildə nəzərə alır. Cənubi Qafqazda bu gün proseslərə mənfi təsir edən Ermənistan faktoru var. Bu ölkənin hərəkətləri bölgədə sabitliyi pozur. Ermənistan özünün əhatə olunduğu dövlətlərin üçünə qarşı torpaq iddiası ilə çıxış edir. Regionda gedən proseslərin çoxunda Ermənistanın “qara izi” açıq-aydın görünür. Onun Azərbaycan torpaqlarını işğal etməsi, Türkiyə torpaqlarına iddia etməsi və tarixi saxtalaşdıraraq dünyada antitürk təbliğatı aparması, Gürcüstanın Cavaxetiya bölgəsi ilə bağlı ərazi iddialarının hamısı bölgəyə və ilk növbədə, bu ölkənin özünə ciddi problemlər yaradır. Ermənistana rəhbərlik edən dairələr bunun fəsadlarını hiss etmirlər. Onlar hakimiyyəti birbaşa xalqdan almadıqlarına görə, xalqın hansı vəziyyətdə yaşaması da həmin rəhbər şəxsləri qətiyyən narahat etmir.
- Sizcə, protokolları ratifikasiya etməməklə Ermənistanın itirdiyi, yoxsa qazandığı çox olacaq?
- Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün “olum ya ölüm” məsələsidir. çünki dənizə çıxışı olmayan, qonşu dövlətlərlə münaqişədə yaşayan ölkə üçün Türkiyə ilə sərhədlərin açılması iqtisadiyyatın dirçəlməsi, yeni investisiyalar, Avropaya birbaşa çıxış olardı. Ancaq iş burasındadır ki, Türkiyə ilə sərhədlərin açılmasını Ermənistan çox bəsit və Türkiyənin maraqlarına sayğısızlıq şəraitində həll etmək istədi. Sürix protokollarının imzalanması Ermənistan üçün tarixi şans idi. Ancaq Ermənistan bilərəkdən bu protokolların təsdiqlənməsini ilk andaca böyük təhlükə altına qoydu. Bildiyiniz kimi, bu ilin yanvarında Ermənistan Konstitusiya Məhkəməsi verdiyi rəydə protokollara xeyli əlavələr etdi. Əslində, beynəlxalq aləmdə imzalanmış sənədlərə əlavələr praktikası yoxdur. Türkiyənin bu məsələdə qınanılacaq hərəkəti olmayıb. Türkiyə sülh və sabitlik üçün bu sənədləri imzaladı. Ermənistan isə buna hazır olmadığını və ya bunu istəmədiyini göstərdi, protokolları dondurmaq qərarı verdi. Digər tərəfdən, yaranmış vəziyyət situasiyanı bir qədər dəyişdirir, Dağlıq Qarabağ probleminin həllini sonraya atır. Ancaq Ermənistan və onu müdafiə edən beynəlxalq dairələr bilməlidir ki, bunun zərbəsi, ilk növbədə, Ermənistanın özünə dəyəcək. Türkiyə böyük dövlət statusunu qoruyub saxlamaqdadır və Ermənistanla sərhədləri açmaq ona hansısa xüsusi divident gətirmir.
Azərbaycan da öz problemini həll edəcək və bu, uzaqda deyil. Bu gün danışıqlara önəm verilməsi Azərbaycanın digər variantları unutması və müharibə amilini istisna etməsi demək deyil. Azərbaycanın öz ordusuna yönəltdiyi resurslar və səylər nəticəsini verməkdədir. Prezident İlham Əliyevin Müdafiə Nazirliyində keçirdiyi müşavirə göstərir ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır və bu faktordan etibarlı surətdə istifadə ediləcək.
- Aydın müəllim, Azərbaycan ordusunun gücü beynəlxalq səviyyədə də etiraf olunur. Bəs Ermənistanda bu sahədə vəziyyət necədir?
- Azərbaycan ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan ordusudur. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin bugünkü ən müasir tələblərə cavab verdiyini göstərir.
Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş, bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistana da kifayət qədər məlumdur. Təbii resursları kasad, militaristləşdirilmiş siyasətin həyata keçirilməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də, özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub. Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir. Bu gün Ermənistan ordusu faktiki olaraq, hərbi polis rejimini xatırladır.
Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Xidmətdən yayınmaq halları, dedovşina faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz. Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi müxtəlif mərhələlərdə mənimsənilir.
Ən əsası isə qonşu dövlətin torpaqlarını işğalda saxlamaq bu gün erməni əsgərləri, zabitləri üçün maraq kəsb etmir. O özünün yaşayışını düşünür, bundan narahat olur. Ermənistan vətəndaşları müxtəlif üsullarla çağırışdan yayınmağa çalışırlar. Cəbhə xəttinə düşməmək üçün hərbi komissarlıqlara böyük məbləğdə rüşvətlər verilir. Artıq cəbhə və sərhəd xətlərində ciddi əsgər çatışmazlıqları hiss edilir. Vəziyyətdən çıxmaq üçün erməni ordu komandanlığı yerli əhali ilə müqavilə bağlayaraq, postlara onları yerləşdirir. Bir sözlə, dövlətin böhran situasiyası erməni ordusuna da ciddi sirayət edib. Və bu gün Ermənistan başqa dövlətlərin torpaqlarına iddia edir, başqa dövlətlərin mədəniyyətini, tarixini mənimsəmə siyasəti həyata keçirir, güclü, müasir dövlət qurmaq siyasətini militarist, orta əsr təfəkkürünə malik olan ideologiya ilə əvəz edir. Bu siyasət isə ciddi böhrana, inkişaf imkanlarından məhrum olmağa gətirib çıxarır. Azərbaycan və Ermənistan dövlətlərinin qüdrətinin, Azərbaycan və Ermənistan ordularının təhlili bu müqayisənin bizim xeyrimizə olduğunu göstərir.
- Proseslərin həssas mərhələyə keçdiyi bir vaxtda Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması ilə bağlı təkliflər də gündəmə gəlib. Türkiyənin həmsədr olması danışıqlar prosesini nə dərəcədə irəli apara bilər?
- Bu məsələ həmsədrlik institutu yaranandan indiyədək vaxtaşırı müzakirə olunur. Türkiyə regiona çox ciddi təsir imkanlarına malikdir. Bu faktı nəzərdən qaçırmaq olmaz. Amma prosedur qaydası belədir ki, həmsədrlik institutu Azərbaycan və Ermənistan tərəfi ilə mütləq razılaşdırılmalıdır. Ermənistanın daim tutduğu AntiTürkiyə mövqeyi qardaş dövlətin həmsədrliyini rəsmi surətdə reallaşdırmağa mane olur. Rəsmi olmasa da, Türkiyə proseslərdə çox fəal iştirak edir. Türkiyə faktorunu Dağlıq Qarabağ probleminin həllində istisna etmək olmaz. Türkiyənin məsələ ilə bağlı mövqeyi şübhəsiz ki, Azərbaycan cəmiyyətinin diqqətindədir və buna görə də, türk qardaşlarımıza minnətdarıq. Həmsədrlik məsələsi isə zərurətdən doğur, problemin daha dərindən və tez həlli istəyindən yaranır. Amma bir məsələ də var ki, həmsədr olsa da, olmasa da Türkiyə bu prosesdə iştirak edir. Eyni zamanda, məqsəd təkcə Türkiyəni həmsədr görmək deyil, bütövlükdə münaqişəni həll etməkdir. Azərbaycan ictimaiyyəti həmsədr ölkələri fəal olmağa, problemə obyektiv qiymət verilməsinə çağırır. Təəssüf ki, son bir neçə il istisna olmaqla, həmsədrlər 10 ildən çox müddətdə formal fəaliyyət göstərdilər. Zamanı boş yerə itirdilər. Artıq problemin həllinin vaxtı çatıb. Və həmsədrlər öz üzərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Ermənistan beynəlxalq hüquq normalarına hörmətə çağırılmalıdır.
- Uydurma “erməni soyqırımı”nın İsrail parlamentində müzakirəsinə münasibətiniz necədir?
- Uzun müddət yaxın olmuş iki dövlət arasında bu gün soyuq münasibətlər müşahidə olunur. Bu məsələnin İsrail parlamentinin müzakirəsinə çıxarılması da, şübhəsiz ki, bundan doğan nəticədir. İsrail cəmiyyətində Türkiyə ilə bağlı hər hansı məsələni yaxın qoymayan müəyyən qruplar hazırda Türkiyəyə narazılığını belə formada bildirməyə çalışırlar. Amma bütün gərginliyə, narahatlığa baxmayaraq, həmin qərarın İsrail parlamentində tanınmayacağını güman etmək olar. Knessetdə olan çoxluq Ermənistanın iddia etdiyi 1915-ci il hadisələrinin yalan olduğunu yaxşı bilir. Onlar bu yalan kampaniyasında növbəti halqa olmaq istəməzlər. Bu baxımdan, məsələnin öz yoluna qoyulacağını gözləməyə dəyər.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

