Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub
28.05.2010 [09:37]
- Kərim müəllim, 28 May - Respublika Günü xalqımızın tarixinin şərəfli səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlətçilik tarixində yeri haqqında nə demək olar?
- Azərbaycan Xalq Cümhuriyyəti qanunauyğun bir prosesin yekunu idi. Bunu müəyyən etmək üçün Azərbaycanda milli hərəkatın tarixinə nəzər salmaq lazımdır. XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Azərbaycan xalqının taleyində ağır hadisələr baş verdi. Xanlıqlar dövrü məntiqi sonluğuna - vahid dövlət yaradılmasına nail ola bilmədi. Azərbaycan torpaqları Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Rusiya imperiyası və İran arasında bölüşdürüldü. Şimali Azərbaycanda çar Rusiyasının müstəmləkə sisteminə qarşı mübarizə tədricən milli hərəkata çevrilməyə başladı. Bu hərəkatın XIX əsrin 70-ci illərindən genişləndiyini qəbul etmək olar. Burada bəzi mərhələlər də ayrılır: 1870-ci illər - 1905-ci il; 1905-1907-ci illər; 1907-1917-ci illərin əvvəlləri; 1917-ci il oktyabr - 1918-ci il may. Milli hərəkatın ideologiyası, məzmunu da mürəkkəb yol keçib. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətini bəzən təqdim edildiyi kimi təsadüflərlə bağlamaq doğru deyil. Azərbaycan Xalq Cümhuriyyətini yaradan tarixi şəxsiyyətlərin rolu da yüksək qiymətə malikdir.
Sualın ikinci hissəsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Azərbaycanda respublika quruluşu bərqərar oldu, dövlət hakimiyyətinin bütün qolları yaradıldı və s. Diqqət yetiriləsi ən mühüm amillərdən biri dövlətin Azərbaycan adlandırılması idi. Bu fakt bəzən yanlış izah olunur. Azərbaycan adına görə o, ilk Azərbaycan dövləti hesab olunur. Bu tamamilə səhv fikirdir. Azərbaycan Xalq Cümhuriyyətinədək də azərbaycanlıların Vətəni Azərbaycan adlanırdı və Cümhuriyyət özünədək olan bütün Azərbaycan dövlətlərinin varisi idi.
- Azərbaycan Xalq Cümhuriyyəti tarixində hansı hadisələr daha mühüm əhəmiyyət kəsb edir?
- Cümhuriyyət 1918-ci il mayın 28-də elan olunub, 1920-ci il aprelin 28-də süqut edib. İndi biz, bu 23 ayın demək olar ki, hər ayının və hətta hər gününün əsas hadisələrinin xronologiyasını bilirik. Bu hadisələrin böyük əksəriyyəti 28 mayın özü qədər önəmli və əhəmiyyətlidir. Onlar haqqında çox bəhs edilib: məsələn, 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə müqavilə; 26 iyunda Azərbaycan milli ordusunun yaradılması, 27 iyunda Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi və s. Fikrimizcə, bəzi hadisələrin əhəmiyyətinə az diqqət verilir. 1918-ci il iyunun 16-da hökumətin Tiflisdən Gəncəyə köçürülməsi kimi... Bütün bunların sadalanması çox vaxt apara bilər. Hazırda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən çox məqamlar məlumdur, “lakin hər məqam məlumdur”, demək çətin ki, mümkündür.
- Burada Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinin üzərində dayanmaq yerinə düşər...
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi barədə, Cümhuriyyətin özü kimi ruh yüksəkliyi ilə bəhs etmək çətin ki, mümkün olsun. Bu sahədə sözün əsl mənasında böyük elmi zəhmət çəkən bir neçə tədqiqatçını çıxmaq şərtilə, böyük əksəriyyət dəb xatirinə “cümhuriyyətçi” olub. Fikrimi sadə şəkildə izah edim. Cümhuriyyətdən doktorluq işi müdafiə edənlərin əksəriyyətindən, çox yox, eləcə namizədlik dissertasiyalarının adını soruşun. Elmi etikanın elementar tələblərinə əməl etməyərək, sovet beşilliklərindən, sosialist inqilabının qələbəsindən bəhs edən bəzi müəlliflər “eyni uğurla” Cümhuriyyət üzrə mütəxəssislərə çevrildi. Açıq deyim ki, bu hal Cümhuriyyət tarixinin öyrənilməsinə ciddi zərər verdi. Bu məsuliyyətli elmi problem siyasiləşdirildi.
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair hansı kitabları xüsusi qeyd etmək olar?
- Bu sahədə bəzi monoqrafik tədqiqatlar və dəyərli məqalələr vardır. Lakin tarixçilik nöqteyi-nəzərindən Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövründə buraxılmış sənədlər məcmuəsi böyük elmi dəyərə malikdir. Məlum olduğu kimi, 1998-ci ilin yanvarında ümummilli lider Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinə yüksək elmi-siyasi qiymət verilib: “1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”.
Bu tarixi Sərəncam əsasında Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik sənədləri, parlamenti, xarici siyasəti, ordusu və F.X.Xoylunun həyat və fəaliyyətinə dair fundamental nəşrlər reallaşdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə maraq göstərən hər bir şəxsin bu sənəd və materiallar toplusu ilə tanış olması olduqca vacibdir. Parlamentin stenoqrafik hesabatları dövrün bütün koloritini özündə əks etdirən “canlı” bir dram əsəridir. Burada dərk edilməsi zəruri olan, dərin mühakimələr, əlavə tarixi faktlar tələb edən onlarla məsələ vardır. Fikrimizcə, bu miqyasda və səviyyədə işlərin davam etdirilməsinə böyük ehtiyac var.
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hansı problemlərinin öyrənilməsi üzərində dayanmağa daha çox ehtiyac hiss edilir?
- Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi qeyd edilən zaman Yeni Azərbaycan Partiyası elmi və siyasi dairələrin iştirakı ilə yüksəksəviyyəli bir tədbir təşkil etmişdi. Həmin tədbirdə mən də çıxış edərək bəzi elmi düşüncələrimi söyləmişdim. Bu çıxış istər tədbir zamanı, istərsə də tədbirdən sonra kütləvi informasiya vasitələrində müəyyən polemikaya səbəb olmuşdu. İrəli sürülən elmi müddəalara münasibət əvəzinə siyasi hökmlər çıxarılmışdı. Bu günlərdə, Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümündə həmin elmi müddəaları bir daha xatırlayıram: necə oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan və Gürcüstan respublikalarından tez süqut etdi? Sovet Rusiyası tərəfindən işğal ərəfəsində nə üçün hökumət qurulmadı, dövlətin müdafiəsi təşkil edilmədi? Nə üçün parlament kifayət qədər səmərəli qanunvericiliklə məşğul ola bilmədi? Müqavimət hərəkatı işğal zamanı deyil, işğaldan sonra geniş miqyas aldı və s. və i.a. Bu suallara istənilən cavabı vermək olar, lakin Azərbaycan Xalq Cümhuriyyətini xilas etmək mümkün deyildi. Bu suallar isə bizə tarixin dərsləri kimi vacibdir, Cümhuriyyətin uğursuz taleyinin təkrar edilməməsi və fasiləsiz və uzunömürlü dövlət quruculuğu təcrübəsi üçün lazımdır.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

