/ / Fuad Ələsgərov: Hərbi doktrina layihəsi, bəzi hallar istisna olmaqla, Azərbaycanda xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir
Fuad Ələsgərov: Hərbi doktrina layihəsi, bəzi hallar istisna olmaqla, Azərbaycanda xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir
07.06.2010 [09:56]
- Bu gün Hərbi doktrina layihəsi ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardandır. Biz bu sənədi çoxdan gözləyirdik. Lakin layihəyə reaksiya birmənalı deyil, fərqli şərhlər və suallar səslənir. Onlardan bəzilərinə aydınlıq gətirməyinizi istərdik. Hərbi doktrinanın hazırlanması nə üçün bu qədər çox çəkdi?
- İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilə milli təhlükəsizlik siyasəti sahəsində işçi qrup yaradılıb və bu qrup milli təhlükəsizlik konsepsiyasını hazırlamağa başlayıb. Cənab Prezident 2007-ci il mayın 23-də milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib. Bu konsepsiya Hərbi doktrinanın, xarici siyasət strategiyalarının, iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat və s. konsepsiyaların hazırlanması üçün əsas rolunu oynayır. Bunu nəzərə alaraq işçi qrupuna Hərbi doktrina layihəsinin və milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulan digər sənədlərin hazırlanması həvalə edilib. Yəni söhbət ölkənin həyatının demək olar ki, bütün sahələrinin əhatə edən böyük bir işdən gedir. Cənab Prezident bu günlərdə Hərbi doktrina layihəsini Milli Məclisə göndərib.
Hərbi doktrina daxili və xarici təhlükələrdən müdafiəyə yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsaslarını müəyyənləşdirən çox ciddi sənəddir. Eyni zamanda doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Bu cür ciddi sənədin hazırlanması əsaslı surətdə tədqiqat aparılmasını tələb edir. Bundan başqa, doktrinanın hazırlanması zamanı müxtəlif ölkələrin analoji sənədləri, onların təcrübədə tətbiqi və alınan nəticələr də öyrənilib. Sənəd hazırlanan zaman Azərbaycanın hərbi təhlükəsizliyinin təmin olunması üçün ən optimal yolu seçmək lazım idi.
- Mətbuatda belə fikirlər səslənir ki, doktrinada müttəfiqlər və Ermənistan istisna olmaqla, düşmənlər konkret göstərilməyib, sənəd dağınıqdır, konkretlik yoxdur. Bununla bağlı nə deyə bilərsiniz?
- Yəqin heç kim inkar etməz ki, hazırda Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi ölkənin milli təhlükəsizliyinə neqativ təsir göstərən əsas faktordur. Bundan başqa, erməni işğalı ölkəmiz üçün əsas real hərbi təhlükədir. Buna görə də bu məqam birmənalı şəkildə Hərbi doktrina layihəsində əksini tapıb. Müttəfiqlərə və düşmənlərə gəldikdə, qeyd etmək istəyirəm ki, doktrina layihəsində bu cür yanaşma var. Bu yanaşmaya əsasən, ölkənin müdafiə siyasəti bizim hansısa ölkələrə bəslədiyimiz simpatiyadan deyil, Azərbaycanın milli maraqlarından və bu maraqlar üçün təhlükələrin nəzərə alınmasından asılı olaraq müəyyənləşir. Məhz bu yanaşma - çağırışlara cavabların müəyyənləşməsi doktrinanı çevik və uzunmüddətli edir. Bu, çox mühüm məsələdir. Bir çox ölkələrin analoji sənədlərində olduğu kimi, Azərbaycanın Hərbi doktrina layihəsində göstərilir ki, bu sənəd təhlükəsizlik mühitinin dinamikliyini əks etdirən dəyişiklik və dəqiqləşdirmələr üçün açıqdır. Bununla belə, digər ölkələrin təcrübəsi göstərir ki, adətən konseptual sənədlər, o cümlədən Hərbi doktrina müəyyən zaman keçdikdən sonra yenilənir. Orta hesabla bu zaman kəsiyi 5-10 ilə bərabərdir. Bu müddət ərzində doktrina adekvat sənəd olaraq qalmaqdadır. ölkənin daimi və uzunmüddətli maraqlarının əsas götürülməsi buna nail olmağa imkan verir.
Həmçinin qeyd etmək lazımdır ki, milli təhlükəsizlik konsepsiyası ilə yanaşı, hərbi doktrina da strateji müdafiə icmalının və gələcəkdə bu iki sənədin müddəalarını inkişaf etdirəcək və dəqiqləşdirəcək digər konseptual sənədlərin hazırlanmasında əsas götürülür. ümumilikdə isə milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycan çoxsəviyyəli balanslaşdırılmış xarici siyasət yürüdür, beynəlxalq hüququn ümumi tanınmış normaları əsasında bütün dövlətlərlə dostluq münasibətlərinin qurulmasında maraqlıdır. Başqa sözlə desək, biz digər ölkələrlə dostluq münasibətlərində maraqlıyıq.
- Son illər regionda baş verən hadisələri nəzərə alsaq, belə fikirlər səslənir ki, geosiyasi dəyişikliklər nəticəsində dünənki tərəfdaş bu gün düşmənə çevrilə bilər. Bu nöqteyi-nəzərdən bəzi şərhçilər iddia edir ki, hərbi doktrinada potensial xarici təhdidləri göstərmək lazımdır.
- Doktrina kifayət qədər dəqiqliklə təhlükələri, hərbi təhlükəsizliyin hərbi-strateji əsaslarını, sülh, real təhlükə və müharibə dövrlərində Silahlı Qüvvələrin əsas vəzifələrini, hərbi quruculuğun istiqamət və perspektivlərini müəyyənləşdirir. Beləliklə, layihədə xarici hərbi və siyasi təhlükələr - Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının davam etməsi; Azərbaycanın daxili işlərinə mümkün xarici hərbi müdaxilə; xarici hərbi asılılıq; qonşu dövlətlər tərəfindən ərazi iddiaları; daxili siyasi və sosial-iqtisadi stabilliyi pozmağa yönəlmiş fəaliyyət, o cümlədən, separatçı və dini-ekstremist hərəkatların dəstəklənməsi, xarici dövlətlər tərəfindən Azərbaycan ərazisinə qanunsuz silahlı qruplaşmaların göndərilməsi və göndərilmək üçün terrorçuların hazırlanması, qonşu dövlətlərin dövlətlərarası münaqişələrdə iştirakı, bu ölkələr ərazisində daxili münaqişələrin, hərbi əməliyyatların, hərbi qiyamın, hərbi və hərbi-siyasi qeyri-stabilliyin başqa formalarının baş verməsi; regional hərbi balansın pozulması, yaxud müdafiə qabiliyyəti həddinin aşılması, həmçinin Azərbaycanın dövlət sərhədləri və sahil suları yaxınlığında hərbi bazaların yaradılması, qoşun qruplarının və silahın cəmləşməsi, hərbi iştirakın digər formalarının güclənməsi; Azərbaycanın dövlət sərhədlərinin hərbi qruplaşmalar və hərbi dəstələr tərəfindən pozulması, sərhəd mübahisələrinin və ya münaqişələrin kəskinləşməsi, kütləvi qırğın silahının və yeni hərbi istehsal texnologiyalarının yayılması şəklində müəyyənləşib.
- Xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı məsələlər də qızğın diskussiyalara səbəb olub. Azərbaycan ərazisində xarici hərbi bazalar hansı hallarda yerləşdirilə bilər?
- Doktrina layihəsinə əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.
- Məsələn, Azərbaycana qarşı müharibə zamanı?
- O cümlədən...
- Bəziləri iddia edir ki, Avroatlantik strukturlara inteqrasiya strateji məqsəd kimi göstərilməyib, baxmayaraq ki, milli təhlükəsizlik konsepsiyasında belə müddəa var. Bununla bağlı nə deyə bilərsiniz? Azərbaycanın NATO ilə münasibətləri necə olacaq?
- Bir daha təkrar edirəm, Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasının törəməsidir və onun tərkib hissəsi sayılır. Sülh dövründə müdafiə siyasətini müəyyənləşdirən doktrina, həmçinin tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı nəzərdə tutur. Vahid təhlükəsizlik prinsipini və bizim regionun Avroatlantik məkanın tərkib hissəsi olduğunu nəzərə alaraq, Azərbaycan bu məkanda təhlükəsizlik sisteminin yaradılmasına cəhdləri dəstəkləyir və Hərbi doktrina layihəsində müəyyən olunduğu kimi, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirəcək.
- Hərbi doktrina layihəsində əks olunmuş hərbi quruculuq istiqamətləri və perspektivləri barədə qeyd etdiniz. Bu barədə bir az geniş məlumat verə bilərsiniz?
- Sözsüz ki, Hərbi doktrina bugünkü reallıqlara əsaslanan və gələcəyə istiqamətlənmiş sənəddir. Buna görə də bu sənəddə hərbi quruculuq perspektivlərinə böyük əhəmiyyət verilir. ümumilikdə isə prioritet istiqamətlərdən Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin komanda və idarəetmə strukturlarının effektivliyinin artırılmasını, peşəkar əsaslarda digər hərbi birləşmələrin komplektləşdirilməsinə tədrici keçidi, müasir birgə müdafiə və hücum əməliyyatlarının keçirilməsi vərdişlərinin mənimsənilməsini, Silahlı Qüvvələr və digər hərbi birləşmələr arasında koordinasiya işinin effektivliyinin artırılmasını qeyd etmək olar. Prioritetlər sırasında hərbçilərin sosial müdafiəsinin gücləndirilməsini də vurğulamaq lazımdır. Təbii ki, mən yalnız bir neçə prioritet istiqaməti qeyd etdim. Doktrina layihəsində Azərbaycanın Hərbi-Sənaye Kompleksinin təchizatı, formalaşdırılması və inkişafı siyasətinə də əhəmiyyəti rol ayrılıb. Hərbi-Sənaye Kompleksinin inkişafının əsas istiqamətləri kimi Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin müdafiə məhsullarına tələbatının ödənilməsində maksimum mümkün müstəqilliyin təmin edilməsini, HSK-nın xarici bazarlarda rəqabətə davamlılığının təmin olunmasını, yəni bizim hərbi-sənaye kompleksimizin ixrac potensialının inkişaf etdirilməsini vurğulamaq olar.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

