/ / Əli Həsənov: Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması haqqında düşünürük
Əli Həsənov: Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması haqqında düşünürük
26.06.2010 [09:46]
- Əli müəllim, milli mətbuatın 135 illiyi münasibətilə hazırlanan tədbirlər planı nələri əhatə edir?
- Tədbirlər planı əsasən icra strukturlarının mətbuatın 135 illik yubileyini keçirməsi ilə bağlıdır. Azərbaycanın 9 regionunda bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Rayonlarda, bölgələrdə yerli, regional, o cümlədən, mərkəzi mətbuat orqanlarının iştirakı ilə Azərbaycan mətbuatının tarixi, mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunacaq. Müvafiq qurumlarda, məsələn, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində elmi-praktik konfrans, eləcə də, jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək. Azərbaycan mətbuatının 135 illik yubileyi münasibətilə yekun tədbir isə iyul ayının 22-də Bakıda mərkəzləşdirilmiş formada keçiriləcək.
- Bu yubileylə bağlı jurnalistlərə fəxri adların verilməsi nəzərdə tutulubmu?
- Jurnalistlərə fəxri adların verilməsi planlaşdırılır. Eyni zamanda, KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna tapşırıq verilib ki, Prezident Administrasiyası ilə birgə mətbuat orqanlarından təqdimatlar toplasın, jurnalistika sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən jurnalistləri müxtəlif nominasiyalar üzrə fəxri adlara, orden və medallara təqdim etsin.
- Bu gün jurnalistlərin əsas sosial problemi mənzillə bağlıdır. İyunun 23-də Prezident İlham Əliyev hərbi qulluqçuların mənzil probleminin həll olunması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırıb. Jurnalist təşkilatları da mətbuat işçilərinin mənzil probleminin həllinə kömək göstərilməsi üçün bir neçə dəfə müraciət edib. Yubiley ərəfəsində jurnalistlər üçün oxşar addımların atılması gözlənilirmi? Dövlət bunun üçün torpaq sahəsi, yaxud mənzillərin tikilməsinə yardım məqsədi ilə vəsait ayıra bilərmi?
- Müxtəlif dövrlərdə bəzi KİV-lərin baş redaktorları, Mətbuat Şurası və digər jurnalist təşkilatları bu məsələni gündəmə gətirib, müraciətlər edib. Hazırda dövlətin Azərbaycan jurnalistlərinə ev tikmək haqda qərarı yoxdur. Belə bir qərarın milli mətbuatın yubileyi ərəfəsində qəbul olunması da gözlənilmir. Amma cəmiyyətdə müzakirə olunan hər bir məsələ dövlət qurumlarının da diqqət mərkəzinə çıxarılır.
Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması haqqında düşünürük. Bu, dövlətin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılarkən bu qurumun fəaliyyətində yalnız ayrı-ayrı sahələr üzrə mətbuatın inkişafını stimullaşdırmaq deyil, eyni zamanda, mətbuatda çalışanların maddi durumunun yaxşılaşdırılması ideyası da qarşıya qoyulub. Əlbəttə, biz düşünürük, gələcəkdə hər şey ola bilər. Əgər bu məsələ ictimai müzakirəyə çıxarılıbsa, ola bilsin, gələcəkdə fondun və yaxud fonddan yuxarı orqanların bununla bağlı hansısa tədbiri olsun.
- Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında, onlara maddi yardımların göstərilməsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti nə dərəcədə effektlidir? Bu sahədə ciddi dəyişiklik müşahidə olunurmu?
- Bu fond ötən il yaradılıb. Fonda ayrılan vəsaitin çox az olması onun çox böyük effektindən danışmağa əsas vermir. Amma hər halda fond ayrılmış vəsait çərçivəsində ötən müddətdə bir neçə uğurlu tədbir keçirib, jurnalist müsabiqələri elan edib, ayrı-ayrı istiqamətlər üzrə jurnalistləri mükafatlandırıb. İndi isə dövlət sifarişli qrantlar elan etməyə hazırlaşır. Əlbəttə, 2 milyon manatlıq vəsaitlə Azərbaycan mətbuatının və onun çoxminli kollektivinin sosial problemlərini həll etmək mümkün deyil. Hər halda, fond bu vəsait çərçivəsində nəsə etməyə çalışır. Amma biz düşünmürük ki, bu vəsait elə bu miqdarda qalacaq. Gələcəkdə Azərbaycan dövlətinin büdcə imkanları artdıqca fonda dəstəyin artırılması istisna olunmur. özəl şirkətlər, qurumlar bu fonda kifayət qədər sanballı yardımlar göstərsələr, onda fond jurnalistlər üçün, hətta mənzil tikilməsi təşəbbüsü ilə çıxış edə, jurnalistlərin digər problemlərinin həllinə də yardım göstərə bilər. Bunların olması istisna deyil.
- Jurnalistlər, xüsusən də qəzetlərin baş redaktorları reklam qıtlığından şikayətlənirlər. Müxalifət qəzetləri iddia edirlər ki, tirajları kifayət qədər yüksək olsa da, şirkətlər, özəl qurumlar hakimiyyətdən çəkindiklərinə görə onlara reklam vermir. Eyni zamanda, onlar hökumət qurumlarının elanlarının yalnız bir neçə dövlət qəzetinə və hakimiyyətyönlü qəzetlərə verilməsindən narazılıq edirlər. Müxalifət qəzetlərinə reklam verilməməsində hökumətin hansısa bir rolu varmı? Hökumət qurumlarının verdiyi elanların qəzetlər arasında ədalətli bölünməsi mexanizmi yaradıla bilərmi?
- Azərbaycan hakimiyyəti heç bir KİV-ə hansısa şirkətin reklam verməsini qadağan etməyib. Belə bir prosedur olmayıb və yoxdur. ümummilli liderimiz Heydər Əliyevin zamanından başlayaraq Azərbaycan hökuməti indiyə qədər mətbuatla bağlı atdığı addımlarda istisnasız olaraq bütün mətbuat orqanlarını o sıraya daxil edib. Məsələn, KİV-lərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması və sonradan ləğv olunması prosesinə baxın. Onda “Azadlıq”, “Yeni Müsavat” və digər müxalifət qəzetlərinin də borcları məgər silinmədimi? Bütün mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına olan borcları silindi. Sonrakı dövrdə bir neçə dəfə Prezident Azərbaycan mətbuatına birdəfəlik yardımlar göstərdi. Bu da istisnasız olaraq bütün iqtidar-müxalifət mətbuatına, yəni fərq qoyulmadan hamıya şamil edildi. Yəqin ki, bu il də 135 illik yubileylə bağlı birdəfəlik yardım olacaq. Yenə də istisnasız olaraq iqtidar-müxalifət mətbuatına Prezident tərəfindən birdəfəlik yardım göstərilməsi planlaşdırılır. İndi baxın, Prezident tərəfindən birdəfəlik yardım verilərkən heç bir ayrı-seçkilik edilmirsə, onda hansı qadağadan danışmaq olar? Belə olan halda hansı əsasla söyləmək olar ki, iqtidara görə müxalifət qəzetlərinə reklam vermirlər?
Burada yeganə istisna Mətbuat Şurasının reket elan etdiyi qəzetlərdir. Mətbuat Şurası, jurnalist ictimaiyyəti onları reket hesab etdiyi kimi, biz də onlara yardım göstərə bilmərik. Hesab edirəm ki, şirkətlər Prezidentin yardım göstərdiyi qəzetlərə reklam verməkdən çəkinməməlidir. Sadəcə, Azərbaycanda reklam bazarı qeyri-normaldır. Mətbuat bu qeyri-normal vəziyyəti qeyd etməli və onun üzərinə getməlidir. Mətbuat bunu müzakirə etməlidir ki, nəyə görə Azərbaycan kimi iqtisadi cəhətdən dinamik inkişaf edən bir ölkədə reklam bazarı, xüsusən də çap mediasının reklam bazarı bu qədər kasaddır? Bunun səbəblərini araşdırıb ortaya qoymaq lazımdır. Dövlət bu sahədə bir iş görə bilərsə, biz bunu mətbuatla müzakirə etməyə hazırıq.
- “Reket jurnalistikaya” qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz? Bəzi hallarda “reket” qəzetləri vəzifəli şəxslərin himayə etməsi məsələsi gündəmə gətirilir və qeyd edilir ki, məhz bu səbəbdən reketçiliyin qarşısını almaq olmur. Hazırda bu fikirlərin reallığa uyğunluğu nə dərəcədədir?
- Hansısa məmurun və yaxud dövlət strukturunun hansısa mətbuat orqanını himayə etməsinə dair ciddi faktlara malik deyiləm. Əlbəttə, bu, istisna deyil. Mümkündür ki, bu strukturlarda çalışanlar arasında başqa məqsədlərə xidmət edən savadsız insanlar olsun. Onlar dırnaqarası rəqib saydıqları qurumlara, insanlara və yaxud şirkətlərə qarşı “reket mətbuat”dan istifadə edə bilərlər. Amma bütövlükdə bu meyilin özü çox eybəcərdir. Bu, Azərbaycan cəmiyyətindən yığışmalıdır. İnanın ki, bu eybəcərlik yalnız cəmiyyətə deyil, jurnalistikanın özünə illərlə aradan qaldırılması mümkün olmayan zərbələr vurur. Jurnalistikanı nüfuzdan salır, onu cəmiyyətin gözündə kiçildir. İlk növbədə, sağlam jurnalistlər, mətbuat orqanları özləri buna qarşı mübarizə aparmalıdırlar. Hesab edirəm ki, Mətbuat Şurasının başladığı bu kampaniyaya bütün mətbuat oqranları və dövlət rəsmiləri dəstək verməlidir. Başqa cür biz sağlam və qeyri-sağlam medianı bir-birindən fərqləndirə bilmərik, medianın nüfuzunu qaldıra bilmərik. Təəssüflər olsun ki, bu gün jurnalist adı ilə jurnalistikanı nüfuzdan salan 50 minə yaxın insan var. Biz mətbuatı onlardan təmizləməliyik. Hansı yolla və vasitə ilə olursa-olsun, onların üzərinə getməliyik, onları mətbuatdan birmənalı təmizləməliyik.
- “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin problemini müzakirə etmək üçün beş tanınmış jurnalist görüş almaq məqsədi ilə Prezident İlham Əliyevə müraciət edib. Jurnalistlərin bu müraciətinə baxılırmı? Prezidentin müraciət müəlliflərini qəbul etməsi gözlənilirmi?
- Biz Prezidentə olan müraciəti şərh edə bilmərik. Bu qəbulun məqsədəuyğun olub-olmadığını, müraciətin qəbul edilib-edilməyəcəyini deyə bilmərik. Bizim səlahiyyətimizə aid deyil. Amma Azərbaycanın nüfuzlu jurnalistlərinin Prezidentlə görüşləri dəfələrlə olub. Azərbaycan praktikasında bu var. ümummilli liderimiz Heydər Əliyevin də, cənab Prezident İlham Əliyevin də jurnalistlərlə görüşləri olub. Bundan sonra da belə görüşlər istisna deyil.
- Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərar çıxarmasından iki ay ötür. Hökumət bu qərardan şikayət verəcəyini elan etsə də, bu, hələ baş verməyib. Avropa Şurası isə məhkəmənin qərarının icrasını istəyir. Azərbaycan hökuməti qərardan şikayət vermək fikrindən daşınaraq qərarı icra edə bilərmi?
- Müvafiq strukturlar bu qərarla bağlı şərhlər veriblər. Avropa Məhkəməsi ilə Azərbaycan Hökumətinin münasibətləri, Avropa Məhkəməsinin qərarları ilə Azərbaycan hakimiyyətinin onları icra etməsi arasında uyğunluq və uyğunsuzluq məsələlərinə dair bilavasitə şərh verə bilmərəm. Eynullanın məsələsinə gəlincə, onunla bağlı hazırda məhkəmə gedir, ona görə də, bu məsələyə toxunmaq istəmirəm. çünki mənim bununla bağlı söyləyəcəyim istənilən fikir dərhal hakimiyyətin münasibəti kimi məhkəməyə təzyiq və təsir kimi qiymətləndirilə bilər. Ona görə də, bu məsələyə cavab verməkdən çəkinirəm.
- Parlament seçkisinə bir neçə ay qalmış Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişiklik etdi. Sizcə, buna ehtiyac vardımı? Müxalifət hesab edir ki, seçki kampaniyası müddətinin 75 gündən 60 günə endirilməsi təbliğat imkanlarını daha da məhdudlaşdıracaq.
- Azərbaycanda nə qədər insan varsa, bir o qədər də fikir ola bilər. Beynəlxalq təşkilatların da bu və ya digər məsələ ilə bağlı fərqli fikirləri ola bilər. Hesab edirəm ki, Azərbaycan xalqının seçdiyi 125 deputatın təklifi və müzakirəsi ilə qəbul edilmiş bir qərara icra strukturunun bir məmurunun münasibət bildirməsi etikadan kənar olardı. Ona görə də, biz parlamentimizin, deputatlarımızın səs çoxluğu ilə qəbul edilmiş qərarlarına hörmətlə yanaşmalıyıq. Bunun pis, yaxud yaxşı, cəmiyyət üçün xeyirli və ya xeyirsiz olduğunu zaman göstərər. Yaşayarıq, görərik.
Seçki Məcəlləsinə uyğun olaraq və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu il Azərbaycanda şəffaf parlament seçkisi keçiriləcək. Seçkidə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, qrupların fəaliyyətinə hər cür şərait yaradılacaq.
- ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bir müddət əvvəl bildirmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiyaların keçirilməsi üçün ayrılacaq yeni yerlərin siyahısını hazırlayıb. Lakin meriya rəsmiləri bunu təkzib etdilər. Müxalifət isə hesab edir ki, indi ayrılan yerlər aksiyaların keçirilməsi üçün əlverişli deyil. Azərbaycan hakimiyyəti yeni yerlərin ayrılması məsələsinə baxırmı?
- Hər dəfə olduğu kimi, bu seçkidə də aksiyaların keçirilməsi üçün yerlər ayrılacaq və onların siyahısı mətbuatda dərc olunacaq. Azərbaycanın bütün rayonlarında, yaşayış məntəqələrində lazımı şərait yaradılacaq. Hakimiyyət nümayəndələri, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, hələlik tezdir. Seçkiqabağı görüşlər ərəfəsində bu siyahı qəzetlərdə dərc olunacaq.
Müxalifətin sərbəst toplaşmaq azadlığı ilə bağlı fikirlərinə gəlincə, onların arasında ziddiyyətli və subyektiv yanaşmalar çoxdur. Konkret bilsəydim ki, hansı partiya necə mövqe bildirib, ona şərh verərdim.
- Əsas narazılıq yaradan məqam şəhərin mərkəzində aksiyalara icazə verilməməsi ilə bağlıdır. Şəhərin mərkəzində aksiyalara icazə verilə bilərmi?
- Bu məsələ hər bir şəhər, rayon və qəsəbədə fərdi həll olunur. Elə yer var ki, orada şəhərin mərkəzində aksiyalara şərait yaradıla bilər. Nəqliyyatın sıx, insanların gur olduğu yerlərdə aksiyalara yer ayırmaq mümkün deyil. İndiyə qədər harada aksiyalar keçirmək mümkündürsə, orada şərait yaradılıb. Bundan sonra da belə olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

