/ / AŞ PA-nın yay sessiyasında qəbul olunmuş sənəd həqiqəti daha çox əks etdirən sənəd kimi qiymətləndirilə bilər
AŞ PA-nın yay sessiyasında qəbul olunmuş sənəd həqiqəti daha çox əks etdirən sənəd kimi qiymətləndirilə bilər
02.07.2010 [10:49]
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov www.yap.org.az saytına müsahibə verib:
- Səməd müəllim, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası başa çatdı. Bu sessiya təşkilat tərəfindən Azərbaycanla bağlı məruzənin müzakirə olunması və bununla bağlı sənədin qəbul edilməsi ilə yadda qaldı. Hazırda bu məsələ gündəmin əsas mövzularından biridir. Hətta bəzi dairələr qəbul olunmuş sənəddə ölkəmizin ciddi tənqid olunduğunu iddia edirlər. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur? Həmin sənəddə Azərbaycan üçün hansı tövsiyələrə yer verilir?
- Qeyd edim ki, Avropa Şurasında qəbul olunan sənədlər həmişə mübahisə doğurur. Mənim yadıma gəlmir ki, Azərbaycan 2001-ci ildə qurumda tamhüquqlu üzv kimi fəaliyyətə başladıqdan sonra hansısa qəbul olunmuş sənəd mübahisə doğurmasın. Ancaq burda bir məsələni mütləq qeyd etmək lazımdır. Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədləri təhlil edib müqayisə etmək lazımdır. Və müqayisə edərək baxmaq lazımdır ki, Azərbaycanın üzərinə nə qədər öhdəlik qoyulub, hansı məqamlar tənqid olunub, hansı məsələlər məruzələrdə öz əksini tapıb və hansı tərzdə sənədlər qəbul olunub. 2010-cu ildə qəbul olunmuş sənəd hansı tövsiyələri özündə daşıyır, hansı tərzdə yazılıb və müqayisə şəklində necə təhlil oluna bilər. Bunların hamısını nəzərə alaraq deyə bilərik ki, bu sessiyada qəbul olunmuş sənəd Avropa Şurasının ölkəmizlə bağlı əvvəlki sənədlərindən qat-qat obyektiv və balanslaşdırılmış, həqiqəti daha çox əks etdirən sənəd kimi qiymətləndirilə bilər. Ancaq bu sənədin bizim istədiklərimizi tam əks etdirdiyini də demək düzgün olmazdı. çünki müxtəlif qüvvələrin təsiri azalsa da, tam aradan qalxmayıb. Təbii ki, 2010-cu ildə Avropa Şurasında olan Azərbaycan, 2001-ci ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan Avropa Şurasında çox böyük nüfuza, təsirə və hörmətə malikdir. Doğrudur, Azərbaycan ərazi baxımdan digər ölkələrlə müqayisədə kiçik bir ölkədir. Ancaq keçdiyimiz yol, qazandığımız uğurlar, əldə etdiyimiz əlaqələr Avropa Şurasının gözü qarşısında baş verir və bunları görməmək elə də, asan iş deyil. Bu məruzə özündə Azərbaycanda müsbət məsələləri xeyli əks etdirir. Hamısını sadalamaq mümkün deyil, amma təkcə bir məqamı deyirəm. Bizim Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qəbul etdiyimiz Qanun çox yüksək qiymətləndirilir. Məruzəçilər tərəfindən birbaşa sənədə yazılıb ki, Azərbaycan bu istiqamətdə başqa ölkələr üçün nümunədir. Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlərdə çox böyük irəliləyiş və nailiyyətlər mövcuddur. Elə ölkələr var ki, təşkilata Azərbaycandan daha tez qəbul olunub və neçə illərdir bu quruma üzvdürlər, indiyədək öhdəliklərin böyük bir hissəsini yerinə yetirməyiblər. Amma 2001-ci ildən bu yana Azərbaycanın öhdəliklərinin icrasına diqqət yetirsək görərik ki, bu öhdəliklərin demək olar ki, hamısı yerinə yetirilib. İcra olunmayanlar isə hazırda işçi prosesindədir və ya xarici ekspertlərlə birgə müzakirə olunur. Ona görə də, bəzi dairələr tənqidi məqamlardan yapışırlar. Tənqidi məqamların içərisində obyektiv olanlar da, qeyri-obyektiv məsələlər də var. Qeyri-obyektiv məsələlərdən biri olan “siyasi məhbus” problemi ilə bağlı Azərbaycan öz mövqeyini bildirib, bildirir və bundan sonra da bildirəcək. Ən vacib məsələlərdən biri odur ki, məhz bu sessiyada qurumun İnsan haqları üzrə komitəsində “siyasi məhbus” anlayışı və onun Avropa Şurasında ölkələrə və ölkəyə şamil edilməsi ilə bağlı dinləmələr keçirildi. Bu, əhəmiyyətinə görə, çox vacib dinləmələr idi. Bu dinləmələrə vaxtilə Avropa Şurasının baş katibi tərəfindən təyin olunmuş ekspert cənab Treksil, İspaniyadan Konstitusiya hüququ üzrə mütəxəssis və vaxtilə müxtəlif ölkələrdə insan hüquqları ilə məşğul olan bir professor dəvət olunmuşdu. Müzakirələr bizim üçün çox vacib və əhəmiyyətli oldu.
- Bu dinləmələrin əhəmiyyəti nədən ibarətdir?
- Dinləmələrdə yüksək səviyyədə təsdiq olundu ki, “siyasi məhbus” termini çox ehtiyatla istifadə olunmalıdır. çünki terminin özü axıra kimi müəyyən olunmayıb. Digər tərəfdən, “siyasi məhbus” terminini hansısa bir ölkəyə şamil etmək ümumiyyətlə, düzgün deyil. Bu terminin özündə problem olduğu halda, bunu insan haqları məsələsilə bağlayırlar. Amma insan haqları məsələsi bir ölkədə deyil, bütün ölkələrdə olan problemdir. Bilirsiniz ki, vaxtilə Avropa Şurasına üzv ölkələrdə “siyasi məhbus” məsələsinin araşdırılması ilə bağlı sənəd rədd olunub. Heç bir ölkə onu qəbul etməyib. Təkcə süni şəkildə bunu Azərbaycana tətbiq etdilər. Bu nöqteyi-nəzərdən, Avropa Şurasına üzv ölkələrin nümayəndələri qeyd etdilər ki, “siyasi məhbus” termini altında Azərbaycana təzyiq etmək düzgün deyil və başqa ölkələrdə buna görə insan haqları məsələləri araşdırılmır. Bildirildi ki, bu anlayış bir ölkəyə qarşı yönəlib. Macarıstanın, Ukraynanın nümayəndələri öz ölkələrində insan haqları problemlərinin olduğunu dedilər. Vurğulandı ki, tənqidlərin hamısı Azərbaycana yönəlib, başqa ölkələrdə isə elə bil ki, heç bir problem yoxdur. Əslində, Azərbaycan bu yanaşmanın səhv olduğunu çoxdan bildirmişdi və öz mövqeyində qalmaqdadır. İndi artıq bu reallıq qurumun özü tərəfindən də etiraf edilir. Yəni, bu yanaşma quruma üzv ölkələrdə insan haqları ilə bağlı problemlərin araşdırılmasına mənfi təsir göstərir. Ona görə də, bu tənqidi məqam məruzədə öz əksini taparaq insan haqları nöqteyi nəzərindən qəbul oluna bilər, amma “siyasi məhbus” nöqteyi nəzərindən qəbul oluna bilməz. Məruzənin ətrafında olan müzakirələr xüsusi diqqətə layiqdir. Ermənistan nümayəndələrinin və Azərbaycanın ərazi bütövlüyünü pozaraq separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni keçirdiyi seçkiləri müşahidə edən Fransa deputatının çıxışlarını çıxmaq şərtilə bütün çıxışlar obyektiv, Azərbaycanın mövqeyini düzgün təhlil edən, müsbət fikir söyləyən çıxışlar oldu.
- Sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş keçirilib. Belə görüşlərin və Dağlıq Qarabağ problemi ilə bağlı Alt Komitənin bərpası yönündə danışıqların perspektivini necə görürsünüz?
- Bizim bu görüşləri keçirməkdə iki məqsədimiz var. Hər iki məqsəd Azərbaycanın xeyrinədir. Birincisi, bundan ibarətdir ki, Dağlıq Qarabağ problemi ilə bağlı Alt Komitənin işi bərpa olunsun və bu qurum problemlə bağlı Avropa Şurasında daimi fəaliyyət göstərsin. Biz Azərbaycan həqiqətlərini Avropa Şurasının deputatlarına bu komitə vasitəsilə çatdırmaq istəyirik. Həmişə demişik ki, Avropa Şurasında bu məsələ ilə bağlı gedən müzakirələr ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları əvəz edən struktur deyil. Biz belə məqsəd də güdmürük. Dağlıq Qarabağ probleminin Avropa Şurasında komitə səviyyəsində müzakirə olunması və Avropa ictimaiyyətinə çatdırılması yaxşı məqsəddir. Amma ermənilər buna çox müqavimət göstərir. Müqavimət elə güclüdür ki, onlar hətta etiraz formasında deyirlər ki, komitənin işində iştirak etməyəcəyik. Təbii ki, kimsə danışıqlarda iştirak etmirsə, onu güclə masa arxasında oturtmaq mümkün deyil. Bəzən KİV nümayəndələri ermənilər razı olmasa da, bu komitənin yaradılmasının nə dərəcədə mümkün olduğu barədə suallar verirlər. Amma nəzərə almaq lazımdır ki, burada tərəf ermənilərdir, onlar olmasa danışıqları kimlə aparaq? İkinci məqsədimizin dəyəri birincidən bəlkə də daha yüksəkdir. Məqsədimiz Dağlıq Qarabağ, Azərbaycanın ərazi bütövlüyü və qaçqın-məcburi köçkün problemlərinin həlli ilə bağlı ölkəmizin konstruktiv, Ermənistanın isə qeyri-konstruktiv mövqedə dayandığını Avropaya nümayiş etdirməkdir. Xatırladım ki, qurumun yaz sessiyasında AŞ PA Prezidenti Mövlüd çavuşoğlunun iştirakı ilə ermənilərlə bir görüş keçirmişdik, budəfəki görüşümüz daha geniş tərkibdə oldu. Bundan əlavə, gələcəkdə də görüşlər keçiriləcək. Əminəm ki, ermənilər yenə də Alt Komitənin fəaliyyətinə razılıq verməyəcəklər. Bütün bunlar onu göstərir ki, Ermənistan açıq-aşkar danışıqlardan qaçır və bunu bütün Avropa Şurasına, Avropa ictimaiyyətinə göstərir. Sonuncu iclasda biz təklif etdik ki, Avropa Şurası çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının nümayəndələrinin görüşünü keçirək. Ermənilər buna da etiraz etdi və bu etiraz təkcə bizə yox, qurumun rəhbərinə, deputatlarına bildirildi. Sabah Avropa Şurasında heç kimə sübut etmək mümkün olmayacaq ki, Ermənistan konstruktiv, Azərbaycan isə qeyri-konstruktiv mövqedədir. Əksinə, Azərbaycan danışıqlar yolu ilə Avropa Şurası çərçivəsində problemin həll olunmasına ümumi müsbət atmosfer yaradıb. Minsk qrupunun fəaliyyətinə müdaxilə yox, təsir göstərmək istəyir. Ermənilərin mövqeyi isə tamamilə məntiqsizdir. Dünya anlamaqdadır ki, Ermənistanın arxasında güclü dəstək olsa da, onların mövqeyində məntiq yoxdur. Məntiq isə vacib amildir. Yəni, daim məntiqsiz danışıqlar aparmaq mümkün deyil. Bu gün Azərbaycan həmsədrlərin təkliflərini qəbul etdiyi halda Ermənistan bundan qaçır. Bununla da, Ermənistan dünyada özünü ifşa etməkdədir. Alt Komitə fəaliyyət göstərməsə belə, biz Dağlıq Qarabağ problemini Avropa Şurasının gündəmindən çıxartmayacağıq, necə ki, indinin özündə çıxarmırıq.
- Andres Herkel AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi kimi fəaliyyətini başa vurdu. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri kimi onun ötən müddət ərzindəki işinə münasibətiniz necədir?
- Biz məruzəçi kimi çalışdığı vaxtlarda Andres Herkellə xeyli mübahisələr etmişik. Onun mövqeyi o qədər də obyektivliklə müşahidə olunmurdu. Problem burda bir məsələ idi: Məruzəçinin proseslərə şəxsi münasibət bildirməyə ixtiyarı yoxdur. O, faktlara əsasən fəaliyyətini qurmalıdır. Şəxsi münasibətini isə sonraya saxlamalıdır. A.Herkel artıq məruzəçi deyil və Azərbaycanla bağlı proseslərə şəxsi münasibətini bildirə bilər və bildirir. Herkel qurumun son sessiyasında Azərbaycanla bağlı “mən bu ölkəyə vurğunam” dedi. O, Azərbaycan hökumətinə, Milli Məclisə, Azərbaycanın qurumdakı nümayəndə heyətinə və xalqımıza minnətdarlığını bildirdi. Baxmayaraq ki, biz ondan çox qeyri-obyektiv münasibət gördük. Herkel tərəfindən Azərbaycana yaraşmayan və layiq olmayan sözləri eşitdik, ancaq dözümlü, təmkinli olduq. Ən əsası zaman kimin haqlı, kimin isə haqsız olduğunu göstərdi. Belə olmasaydı, o, Azərbaycana öz minnətdarlığını bildirməzdi.
- Yeni həmməruzəçi haqqında nə deyə bilərsiniz? Sizcə, bu şəxs fəaliyyətində obyektiv olacaqmı?
- Məruzəçinin vəzifəsi müvafiq ölkədə vəziyyəti obyektiv şəkildə qurumun Monitorinq Komitəsinə çatdırmaq və təhlil etməkdir. Yeni məruzəçi təyin olunmuş Pedro Aqramunt Fon de Mora Avropa Şurasında uzun illərdir işləyir və mən onu obyektiv insan kimi tanıyıram. O, müxtəlif ölkələr üzrə məruzəçi olub. Yeni məruzəçi Avropa Xalq Partiyasından olan nümayəndə kimi Monitorinq Komitəsinin sədr müavinidir. Bu, çox böyük vəzifədir. Bu vəzifəyə seçilməyə özünün obyektiv fəaliyyəti nəticəsində nail olub. Onun Azərbaycanla bağlı fəaliyyətini isə gələcək göstərəcək. Bir nümayəndə kimi hər iki məruzəçinin fəaliyyətinin Avropa Şurasının dəyərləri çərçivəsində, Avropa Şurası-Azərbaycan münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində həyata keçirilməsini gözləyirik. Bu mərhələdə onlara, xüsusilə yeni məruzəçiyə uğurlar arzulamaq istəyirəm.
- Səməd müəllim, AŞ PA-nın yay sessiyasında çıxışınız zamanı dəyərlər Avropasının maraqlar Avropasına çevrildiyini vurğulamısınız. Sizin bu qənaətiniz nədən yaranıb? ümumiyyətlə, bu fikrə münasibət necə oldu?
- Hesab edirəm ki, doğrudan da belədir. Azərbaycan xalqının Avropa Şurasında iştirakı dəyəri yoxdur, Azərbaycan xalqının Avropa əlaqələri dəyəri var. Azərbaycan bir strukturla münasibət qurmur, ölkəmiz strukturun içərisində onu əks etdirən dəyərlərlə öz münasibətlərini quraraq onları özü üçün cazibədar dəyərlər kimi seçib. Həqiqətən də, demokratiya, insan haqları və qanunun aliliyi Azərbaycanda hələ ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Demokratik Respublikasında elan olunmuş ali dəyərlərdir. Eləcə də, Şərqdə ilk demokratik dövləti bizim xalqımız yaradıb, mədəniyyət və incəsənətimiz bütün dünyada yayılıb. Ona görə də, dəyərləri özəlləşdirmək olmaz və heç bir dəyər hansısa təşkilatın özəl əmlakı deyil. Demokratiya, insan haqları, qanunun aliliyi Avropada ən inkişaf etmiş dəyərlər kimi qəbul olunur. Bunun əsasında 1949-cu ildə İkinci Dünya müharibəsinin dəhşətlərini görəndən sonra belə bir təşkilat yaradılıb. Bu təşkilat qeyd etdiyim dəyərlərin qoruyucusu funksiyasını yerinə yetirməli idi. Amma dünyada baş verən ciddi dəyişiklərdən sonra xoşagəlməz proseslər başladı. Bu, böyük bir mövzudur. Məsələn, mənim fikrimcə, bir neçə il öncə dünyada başlanmış iqtisadi böhran əslində, dəyərlər böhranıdır. Yəni, dəyər böhranı iqtisadi böhrana gətirib çıxardı. çünki iqtisadiyyat da dəyərlərlə birbaşa bağlıdır. Avropanın yaşadığı böhranlar məhz dəyərlərdən maraqlara keçməkdir. Ən təhlükəli məsələ müqəddəs dəyərləri, yəni Avropanın bünövrəsində olan demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərini hansısa maraq, istiqamət üzrə istifadə etməkdir. Məgər Azərbaycana qarşı “siyasi məhbus” məsələsinin təkidlə şamil olunması hansısa maraqdan xəbər vermirmi? Bununla bərabər qonşu ölkədə insan haqları ilə bağlı ağır vəziyyəti görməməzliyə vurmaq hansısa maraqlardan xəbər vermirmi? Eyni münasibətin Türkiyəyə də göstərilməsi maraqlardan irəli gəlir. Belə misalların sayını daha da artırmaq olar. Avropa təşkilatlarından biri olan Avropa Şurasının bünövrəsində olan demokratiya, insan haqları və qanunun aliliyi dəyərləri hansısa mərhələdə maraqlar üçün hansısa ölkəni gücləndirmək, yaxşı təqdim etmək və digər bir ölkəni isə zəiflətmək, ona təsir etmək, onu idarə etmək üçün istifadə olunmağa başladı. Biz bunları gözəl bilirik. Dəyərlər niyə cazibədardır? çünki dəyərlər birləşdirir, dəyərlərimiz üst-üstə düşürsə biz birləşirik. Amma maraqlar insanları bir-birindən ayırır. çox təhlükəli məsələ budur ki, dəyərdən danışaraq dəyərsiz fəaliyyət göstərmək ortaya çıxır. Bu isə öz-özlüyündə dağıdıcı bir meyildir.
Xəbər lenti
Hamısına baxSosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58

